Onomastika, Dialektologiya, Etimologiya qeyd edir (18, səh. 377).
L.N.Qumilyov “Qədim türklər” (B., 1993) əsərində yazır ki,
vəliəhd vəzifəsindən asılı olmayaraq tigin adlanırdı. Təsadüfi de-
yildir ki, çinlilər qul sözünün ekvivalentini tegin hesab edirdilər.
N.Y.Biçurin də tegini vassal şəklində tərcümə edir (s. 54). Ma-
raqlıdır ki, M.Kaşğarı “Divan”ında da tigin “qul”, “kölə”şəklində
izah edilir (44, s. 413). Bu da Qumilyovun fikrinə uyğun gəlir.
Tigin titulunun mənşəyi ilə bağlı da türkologiyada müxtəlif
fikirlər mövcuddur. V.M.Nasılov türk mənşəli tigin sözünün
qədim dövrdə “əldə etmək”, “yaxınlaşmaq” mənalarını bildirdiyi-
ni göstərir (52, s. 18). R.Şmidt, G.Dörfer, V.Radlov, M.Rəsenen,
C.Klauson və b. bu sözün Çin dilindən alınma olduğunu iddia
edirlər (61, s.104).
O.Semerin, T.Althaym, R.Ştil tegin titulunu fars dilindəki
dehkan sözü ilə əlaqələndirirlər. Bu fikirlə bağlı J.Qəribovanın
yazdığı “Tegin yoxsa dihkan” məqaləsi maraq doğurur. Müəllif
yazır ki, tegin sözü qədim türk dilində “şahzadə”, “xanın yaxın
qohumu” mənalarını bildirmişdir. Lakin sonralar bu sözün se-
mantikası bir qədər genişlənmiş və o, dövlət adamlarının daşıdığı
rütbə bildirən sözə çevrilmişdir. Daha sonra tegin sözünün se-
mantik paradiqmasına vəzifə bildirən yeni bir məna əlavə olun-
muşdur ki, bu da ərəb mənbələrində dihkan şəklində göstərilir.
Lakin tegin və dihkan sözləri arasında birbaşa deyil, vasitəli əlaqə
mövcüddur. J.Qəribova fikrini sübuta yetirmək üçün türkcədəki
tegin sözü ilə İran dillərindəki dihkan leksemini qarşılaşdıraraq
qeyd edir ki, t-d dəyişməsi anlautda kar samitin cingiltili samitə
keçməsi kimi izah oluna bilər. Bundan sonrakı mərhələdə isə tigin
/tegin//tekken//dikkin şəklini almış, daha sonra isə dihkan forma-
sı meydana çıxmışdır (32, s.86). Bu yazısıyla J.Qəribova dihkan
sözünün qədim türk dilindəki, tegin titulundan əmələ gəldiyini
dildaxili qanunlara əsaslanaraq sübut edir.