Onomastika, Dialektologiya, Etimologiya
Beləliklə, Gül tigin adının “göl qədər ağlı olan şahzadə” an-
lamında olması fikri həqiqətə daha yaxındır.
Yalnız titul adları əsasında və rütbə adlarının digər vahidlərlə
işlənməsi nəticəsində yaranan antroponimlərə aşağıdakı şəxs ad-
larını da nümunə göstərə bilərik:
Alp Urunu Tutuk*-alp (igid, qəhrəman), urun (bayraq), tu-
tuk (rütbə adı)
Altun Tamğan Tarkan - altun - (qızıl), tamğa (damğa, möhür),
tarkan (rütbə adı)
Apa Tarkan-apa (rütbə bildirən söz, böyük qohum), tarkan
(rütbə adı)
Bay apa - bay (zəngin, varlı, dövlətli), apa (rütbə bildirən söz,
böyük qohum)
Boyla Bağa Tarkan –boyla (rütbə adı, ünvan verən kişi), bağa
(titul rütbə adı), tarkan (rütbə adı)
El Toğan Tutuk-el (el, xalq, ölkə, dövlət), toğan (şahin, şahin
quşu), tutuk (rütbə, vali)
Elçi çor-elçi (səfir, elçi), çor (hərbi rütbə adı)
İl çor-il (xalq, el, ölkə, dövlət), çor (hərbi rütbə adı)
İnançu Alp-inanc (inanılmış, etibarlı, rütbə adı ), alp (igid,
qəhrəman)
İnanç çor-inanç (inanılmış, etibarlı), çor (rütbə adı)
İşbara Tamğan-işbara (rütbə adı ), tamğan (damğa, möhür)
İşbara Tamğan Çor –işbara (rütbə adı), tamğan (damğa, mö-
hür), çor (rütbə adı)
Yaruk Tigin-yaruk (işiğ, şəfəq, gün), tigin (titul –Ə. A.)
(şahzadə, xaqanın oğlu) (Ə.T)
Yolığ Tigin-yolığ (xoşbəxt, bəxtiyar) tigin (titul, şahzadə)
Külük Apa-külük (şanlı, şöhrətli, məşhur), apa tutuk (rütbə
*Bu antroponimlərin məna açımını verərkən Ə.Tanrıverdinin “Qədim türk
mənblərində yaşayan şəxs adları” kitabına istinad olunub.
|