D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə134/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   130   131   132   133   134   135   136   137   ...   290
DƏDƏ QORQUD ARAŞDIRMALARI
olmuşdur (21, s. 12).
Orxon –Yenisey abidələrində “müdrik, ağıllı, bilici” mənasını 
ifadə  edən  öge  sözündən  də  istifadə  edilmişdir.  Bu  leksik  va-
hid  eyni  zamanda  antroponimlərin  tərkibində  çıxış  etmişdir: 
Küç ögə (Talas VIII), Ögə bört tutuk (Th SIV). Ögə qədim türk 
cəmiyyətində ən yüksək titullardan biri sayılırdı. M.Kaşğari də 
“Divanü lüğat-it-türk” əsərində Öge leksemindən bəhs etmişdir. 
O, öge titulunun tigindən bir dərəcə aşağı olduğunu və bu titulun 
xalqdan olub, görkəmli yaşlı və ağıllı şəxslərə verildiyini bildirir  
(44,s 90).
Kutluğ-kutluğ (xoşbəxt, bəxtəvər)
Yolığ Tigin – yolığ (xoşbəxt, bəxtiyar), tigin (titul). 
Külük  Apa  –  külük  (şanlı,  şöhrətli,  məşhur),  opa  (rütbə 
bildirən söz, böyük qohum) və s. 
3)  Zoonimlər  əsasında  yaranan  antroponimlər.  Qədim 
türklərdə bəzi heyvanlar müqəddəs sayılmış, bəzən də totemis-
tik  xarakterə  malik  olmuşdur.  Belə  heyvan  adları  əsasında  bir 
çox şəxs adları da yaranmışdır. Məsələn, bars leksemi abidələrin 
dilində Bars beg (KT ş 20), Bars kan saŋun (Th, 16), Bars uruŋu 
(ThSI, b), Oğul bars (Talas 1), El iç çor bars (Y 14), Tüz bay küç 
bars (Y 17) kimi şəxs adlarının tərkibində işlənmişdir.
Bars beg. Bu şəxs adına Kül tiginin şərəfinə yazılmış abidədə 
rast gəlinir: Bars bağ erti, kağan at bunta biz birtimiz, siŋlim kun-
çuyug birtimiz, özi yaŋıltı, kağanı ölti, bodunı küŋ-kul boltı; Bars 
bəy oldu. Burada xan rütbəsini (ona) biz verdik, kiçik bacımızı 
ona xanımlığa verdik, (ancaq) o yanlış yolla getdi, (o) xan öldür-
dü, xalqı qul, kəniz oldu (15, s. 229, 235). Bu cümlədən aydın 
olur ki, göytürk hökmdarı qəbilə başçısı olan Bars bəy adlı şəxsə 
öz  bacısını  ərə  vermiş,  həm  də  onu  türgis  xalqına  xaqan  təyin 
etmiş, lakin o xəyanət etdiyinə görə edam edilmişdir. Bu antro-
ponim haqqında N.A.Baskakov, Q.Qeybullayev, Ə.Tanrıverdiyev 


137

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin