DƏDƏ QORQUD ARAŞDIRMALARI xalqı uyğurların da daxil olduğu tele qəbilə ittifaqına daxil olmuş-
dur. Uyğur dili göytürk dilinə çox yaxındır. Az dili uyğur dilinə
yaxındırsa, deməli, göytürk dilinə də yaxındır. Az xalqı haqqında
Çin qaynaqları da, Avropa mənbələri də məlumat vermir (20. s.
392).
F.Ağasıoğlu azları aslarla qarşılaşdırır, Azərbaycandakı
Azıx (mağara adı) onomastik vahidini az etnoniminin izləri kimi
qiymətləndirir (26, s. 12-17).
C.İ.Cəfərov «Bəzi damğa və işarələrin etimoloji izahı» adlı
məqaləsində Az-aslar haqqında yazır: «Unudulmuş etnonimlərdən
biri kimi Azərbaycan xalqının etimologiyasında ilk, həm də əsas
yadrolardan hesab edilən aslar və azların adını çəkmək olar» (10,
s. 29).
C.Cəfərov bir sıra tarixi məlumatlara müraciət edir. O,
V.Tomsonun, V.V.Bartoldun, Z.N.Qumilyevin az-aslar haqqın-
dakı qaranlıq fikirlərinə toxunur. P.Q.Kuzayevə əsaslanaraq qeyd
edir ki, as (az) etnonimi əsrlərlə təkcə Qafqazda deyil, dünya-
nın bir sıra ölkələrində yaxşı tanınmış, hətta «Altaydan Urala
qədər böyük ərazidə də çox məşhur olmuşdur». Müəllif as-az
qəbiləsi ilə bağlı Orxon-Yenisey abidələrinə müraciət edir, ma-
raqlı fikirlər söyləyir. O, ərəb mənbələrinə, bir sıra tarixi qaynaq-
lara əsaslanaraq az(as) qəbiləsinin düşdüyü fəlakətləri xatırladır.
Bu günə qədər Azərbaycan ərazisində özünü yaşadan dağ, dərə,
kənd, tayfa adlarını göstərir. Qobustan qayaları üzərində olan az
(as) qəbilə adının heroqliflərlə işarə edildiyini inandıcırı şəkildə
sübuta yetirir. C.Cəfərov nəticədə yazır: «Beləliklə aslar Qaf-
qaz torpağında, xüsusilə Naxçıvanda, Qazaxda, Kəlbəcərdə və
s. yerlərdə özlərinin ilk yazı mədəniyyətlərini də e.ə. təxminən
X-VIII minilliklərdə yaşatmışlar. As xətti və az damğası qədim
dünya yazı mədəniyyəti tarixində də nümunə kimi diqqəti cəlb edir
(10, s.35). Bir sıra tədqiqatçılar Azərbaycan sözünün tərkibindəki