DƏDƏ QORQUD ARAŞDIRMALARI –ər ünsürünün (məs.; tatar, qacar, balkar, əfşar, bulqar, suvar və
s.) «insan» anlayışı bildirməsi haqqında türkologiyada müəyyən
fikirlər mövcuddur (26, s. 135; 54, s. 143-151). Bunu əsas
götürərək, apar etnoniminin apa-böyük, ar-insan, əsgər sözlərinin
birləşməsindən yaranmasını güman etmək olar. Apar-«böyük in-
sanlar», «böyük xalq» anlamına daha yaxındır.
Aparim. Bu etnonimə Kül tigin abidələrində rast gəlirik (KT
ş 4). Əslində bu sözü toponim kimi qəbul etmək olar. Çox gü-
man ki, qədim türklər eyni sözlə həm etnosu, həm həmin etnosun
yayıldığı ərazini, həm də həmin etnosun qurduğu dövləti adlan-
dırmışlar. Ə.Rəcəbli aparim etnonimi haqqında yazır ki, Kül ti-
gin abidələrində bu ad apar «avar» etnonimindən sonra çəkilir,
deməli, o, avarlara nisbətən qərbdə yerləşir. Buna görə də mən
onu Apa Urum – Böyük Roma kimi oxuyuram. Mən belə güman
edirəm ki, bu, Bizansa (Vizantiyaya) verilən addır (20, s. 393).
Deməli, aparim sözü ilə abidələrdə Bizans imperiyası ifadə olun-
muşdur. Bu sözün etimologiyası çox aydındır. Belə ki, aparum
sözünün I komponenti apa «böyük», II komponenti rım//rum isə
«yunan» mənasında işlənən sözdür. Aparum sözü «Böyük Rum»,
«Böyük Roma» mənasında işlənmişdir.
Bayırku. Bu etnonimə KTş 35-də rast gəlirik. Ə.Rəcəbli ba-
yırkuların türklərdən şimalda yaşayan xalq, türkdilli qəbilə oldu-
ğunu göstərir. Müəllif qeyd edir ki, bu etnonim Çin dilində pa-ye-
ku adlanır. Bayırku qəbilələri gah göytürk qəbilə ittifaqına daxil
olmuş, gah da türklərlə düşmənçilik etmişdir (20, s. 393).
F.Sümər bayırkuları M.Kaşğarinin «Divan»ında adı çəkilən
yabakularla eyniləşdirir. Bu fikir yanlışdır, nəzərdən qaçırmaq
olmaz ki, M.Kaşğarlı yabakuları şərqdə yaşayan xalq hesab
edir (44, s. 30). Bayırkı sözünün bay və irkin sözlərindən ya-
randığını söyləyə bilərik. Məlumdur ki, hər iki söz titul bildirir.
Antroponimlərin sonradan toponim və etnonimə çevrilməsi geniş