Onomastika, Dialektologiya, Etimologiya «güclü» mənasını ifadə etdiyini söyləyir.
Kəŋərəs. Bu etnonimə KT ş. 39-da rast gəlirik. Abidənin
verdiyi materiallar əsasında kəŋərəslərin Göytürk xaqanlığı-
nın qərbində yaşadığını və göytürklərlə ittifaqda olduğunu
müəyyənləşdirmək olur. Hesab edilir ki, bu sözdə e.ə.III əsrdən
eramızın ilk əsrlərinə qədər Orta Asiyada Sır-Dərya çayının
hövzələrində yerləşən Kanq dövlətinin adı əks olunmuşdur. Məhz
bu dövlətin adamları (Kanq ərləri, adamları) adı ilə məlumdur
(23, s. 115-119). «Kəngərlərin eramızdan əvvəl II əsrdə Sır-Dərya
çayının orta və aşağı axarında güclü dövlətləri olmuşdur. Çin
səfiri Çjan Tsyan eramızdan əvvəl 128-ci ildə Kəngər dövlətinin
paytaxtında olmuşdur. Kəngərlərin hakimiyyəti qərbi Xəzər və
Volqa çayınadək yayılırdı. Eramızın I əsrində kəngərlər Qafqazda
da möhkəmlənirlər. Sonralar kəngərləri peçeneq adlandırmışlar.
Bizim eramın VI-IX əsrlərində kəngərlər Sır-Dərya çayının orta
və aşağı axarında yaşamışlar (20, s. 394). Göytürklərin əcdadı
olan, sonralar isə «Oğuznamə»də «kanqlı» ifadəsi ilə adlanan,
hunlar zamanından Səfəvilər zamanına qədər hərbi bacarıqları
ilə seçilən kəngərlərin müəyyən hissəsinin eramızın ilk əsrlərində
hunlarla birlikdə Cənub-Şərqi Avropaya, oradan da Cənubi
Qafqaza gəlmələri məlumdur. Erkən orta əsrlərdə, kəngərlər
Cənubi Qafqazda üç bölgədə yaşamışlar: 1-İndiki Ermənistan
ərazisindəki Kəngər dağları (Qukasyan rayonunda) ətrafında.
2-Gürcüstan Azərbaycan həmsərhəd bölgəsində (indiki Qazax-
Ağstafa bölgəsində). 3-Naxçıvan ərazisində (39, s. 102). Klavdı
Ptolomey Albaniyada Kangar yer adının olduğunu yazır. V əsr
müəllifi Lazar Parblı kəngərlərdən danışarkən Kəngər dağı, Kür
vadisindəki Kəngər vilayəti haqqında məlumat verir (4, s. 89-91).
Qədim türk abidələrindəki kənqər tayfa adından törəmiş
kəŋərəs etnonimi kanq, ər sözündən və -s ünsüründən yaranmış-
dır. Buradakı ər «insan» anlamını bildirir, -s isə cəm şəkilçisidir.