D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə153/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   149   150   151   152   153   154   155   156   ...   290
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Tədqiqatçılar –s şəkilçisi ilə düzələn cəmlik formasının ümumal-
tay xarakteri kəsb etdiyini çoxdan qeyd etmişlər (48, s. 272-278).
Azərbaycanda  bir  sıra  Kəngərli  toponimləri  bu  tayfanın 
izlərini qoruyur. Məs.; Kəngərli – Ağdam və Tərtər rayonlarında 
kənd, Kəngərli Ağdam rayonunda dağ, Şərur rayonunda düz adı, 
Kəngərli düzü.
Kıbçak. Türkdilli qıpçaq qəbiləsidir. Qıpçaqlar Azərbaycan 
xalqının  etnik  tarixində  mühüm  rol  oynamışlar.  Bəllidir  ki, 
Azərbaycan dili oğuz və qıpçaq dilləri əsasında formalaşmışdır.
Kıbçak etnoniminə Terxun (4-cü sətir) abidəsində rast gəlirik: 
türk kıbçak elig yıl olurmuş. «Türk və qıpçak xalqı üzərində əlli 
il oturmuş». Bu etnonim ilk dəfə məhz bu kitabadə işlənmişdir. 
Tədqiqatçılar bu abidə tapılana qədər belə hesab edirlər ki, kıbçak 
etnonimi  ilk  dəfə  IX  əsrdə  ərəb  coğrafiyaçısı  İbn  Xordadbekin 
«Kitabi-əl-məsalik və əl-məmalik» adlı əsərində işlənmişdir.
M.Kaşğarlı  bu  adı  Qıpçaq  şəklində  2-ci  sırada  çəkir.  Bu-
radan məlum olur ki, qıpçaqlar Bizans-Rum ölkəsinə yaxın bir 
ərazidə məskunlaşmışlar. Müəllif əsərin başqa bir yerində Qıfça-
ğın türklərdən bir bölük və Kaşğar ətrafında yer adı olduğunu da 
qeyd edir. R.Eyvazova bu etnonimdən bəhs edərək yazır ki, ayrı-
ayrı tədqiqatçılar tərəfindən çox müxtəlif səciyyələndirilən (sərt, 
amansız, uğursuz, bədbəxt, möhkəm və s.) qıpçaq etnonimi  çox 
geniş areallara yayılmışdır. Bu ad nəinki Mərkəzi və Orta Asiya-
da, hətta Şərqi Avropada türk xalqının arasında özünü göstərir. 
Qıpçaqlar  türk  dilləri  arasında  ən  böyük  etnik  dil  qruplarından 
birini təşkil edirlər. Qıpçaq etnoniminə hələ yeni eradan əvvəl I 
minillikdə Mərkəzi Asiya tarixi salnamələrində rast gəlinmişdir 
(54, s. 73). Ə.Şükürlü Qıpçaq etnonimi haqqında yazır ki, qıb-
çaqlar XIII yüzilliyədək geniş yayılmış və çox fəal türk qəbilə 
birliklərindən  biri  olmuşlar,  indiki  tatarların,  qumıqların  və  s. 
əsasında  dayanmışlar.  Əski  türk  dilində  qıpçaq  sözü  su  ayrıcı 


155

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin