D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə155/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   151   152   153   154   155   156   157   158   ...   290
DƏDƏ QORQUD ARAŞDIRMALARI
dövlət – Kırğız xaqanlığını yaratmışlar (20, s. 396). F.Zeynalov bu 
etnonim haqqında yazır: «Qırğızlar yeni eranın əvvəllərində artıq 
bir çox sahələrdə yüksək nailiyyətlər əldə edərək, Sibirdə yaşa-
yan köçəri xalqlar içərisində seçilməyə başlayırlar. Onlar VI-VIII 
əsrlərdən etibarən artıq yazıya da malik idilər (Yenisey yazıları)» 
(24, s. 188). Kırkız/qırğız etnoniminin mənşəyi barədə türkologi-
yada ümumi bir fikir yoxdur. Türkoloqlardan K.İ.Petrov bu sözün 
kırığ  «qırmızı»  sözü  və  -z  cəm  şəkilçisinin  birləşməsindən  ya-
randığını, N.ABaskakov isə bu etnonimin kırku «qırmızı» və quz 
«oğuz» sözlərinin birləşməsindən əmələ gəldiyini, «cənubda ya-
şayan oğuzlar» anlamını bildirdiyini göstərir. Bunlara münasibət 
bildirən F.Zeynalov qeyd edir ki, qırğız adının kırqut-kırkız sözü 
ilə (qırmızı sifət, üz) bağlı şəkildə formalaşması daha çox ağla-
batandır.  Uyğurlar  onları  xaqas  adlandırmışlar.  Onlar  sonralar 
kilqislər  adlanmışlar.  Qırğız  adının  bu  sözdən  nəşət  etməsi  də 
mümkündür (24, s. 188).
Abidələrdə yuxarıda bəhs etdiyimiz etnonimlərdən əlavə kök 
türk, kürt, kitay, kurikan, oğuz, on ok, on uyğur, Otuz tatar, səkiz 
oğuz, soğdak, suğd/soğd, toğbaç, tanut, tarduş, tat, tatar, tatabı, 
tezik, tokar, tokuz oğuz, toŋra, toliş, tüpüt, türqis, türk, uyğur, üç 
karluk, üç kurikan, üç oğuz, yağma etnonimləri də işlənmişdir.
Orxon-Yenisey abidələrində aşağıdakı toponimlər qeyd olun-
muşdur.*

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin