DƏDƏ QORQUD ARAŞDIRMALARI altun sözündən yaranmış dağ adları vardır. “Kitabi-Dədə Qorqud”
dastanında Altuntaxt toponiminə rast gəlirik. İndiki Ermənistan
ərazisində Altuntaxt , XIX əsrdə Azərbaycanın Zəngəzur və Şuşa
qəzalarında Altuntaxt dağ adları məlumdur (6, s. 121). B.Budaqov
və Q.Qeybullayevin fikirlərinə görə, qeyd olunan oronimlərdəki
altun sözü dağın suxurunun lava mənşəli olduğuna görə qırmı-
zı rəngə çalması ilə əlaqədardır (6, s. 121). Altun yış toponimi
sonralar Altay şəklinə düşmüşdür. E.Murzayev qeyd edir ki,
Altay dağlarına monqollar Altay leksemi ilə yanaşı, Altain-nuri
də deyirlər (45, s. 286). Altay leksemi altun sözünün tərcüməsi
nəticəsində meydana çıxmışdır. Çünki Altay sözü də monqol yazı
dilində “qızıl” mənasını ifadə edir. Altay oronimindən bəhs edən
E.Murzayev yazır: “Bu söz türk mənşəli olub, güman ki, ala dağ –
yəni “daima qar, torpaq və otdan ibarət şaquli örtükləri olan dağ”
mənasını verən alatau sözü ilə bağlıdır. Belə silsilələrinin hün-
dür dağ zonaları öz alabəzəkliyi ilə seçilir: ağ qar ləkələri, qara,
bitki örtüyündən məhrum daşlıq sahələr, yaşıl alp çəmənlikləri,
boz qranit massivlərə burada tez-tez təsadüf edilir. Elə Djun-
qar Alatausu adı da buradan yaranıb (45, s. 285). V.Maxpirov
M.Kaşğarinin lüğətində qeyd olunan toponimlərdən bəhs edərkən
yazır ki, M.Kaşğari, Altun xan onomastik vahidini “qızıl çıxarılan
yer” kimi izah etmiş və toponimdə fars mənşəli kən (“çıxarılan”)
sözünün iştirak etdiyini göstərmişdir (49, s. 36). Altun yış toponi-
mi ilə qədim türklər indiki Altay dağlarını ifadə etmişlər.
Çox güman ki, bu oronimin həm Altun yış şəkli, həm də Altay
forması türkmənşəlidir. Altun kır oronimindəki kir leksemi türk
dillərində çoxmənalıdır: “çöl, yayla, alçaq yüksəklik” və s. La-
kin bəzi türk dillərində (o cümlədən tuva dilində) kır “dağ beli”
mənasındadır (47, s. 327). Fikrimizcə, Altun kır toponimində al-
tun sözü torpağın süxurunun qırmıızı rəngini, kır sözü isə “dağ
beli” mənasını bildirir. Belə ki, vulkan (lava) mənşəli qırmızımtıl