D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə160/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   156   157   158   159   160   161   162   163   ...   290
DƏDƏ QORQUD ARAŞDIRMALARI
mür dağda, yar çayının (sahilində) üç bayraqlı türk xalqı...” (18, 
s. 149).
Qədim türk dilində kömür “dağ başında dar yarğanlıq, uçu-
rum  yer”  mənasını  bildirmişdir  (Məmmədov  N.  Azərbaycanın 
yer adları. B., 1993, s.26). Türk dünyasının müxtəlif bölgələrində 
bu  sözlə  meydana  gələn  toponimlərə  təsadüf  edilir.  Məsələn, 
Azərbaycan  toponimiyasında  Kömür  –  İrəvan  quberniyasının 
Şərur - Dərələyəz qəzasında kənd adı, Kömür – 1728-ci ildə İrəvan 
əyalətinin Sisyan nahiyəsində kənd adı, Kömürlü – İrəvan xanlı-
ğının Dərələyəz mahalında kənd adı,  Kömürlü – İrəvan quberni-
yasının İrəvan qəzasında dağ adı (6, s. 307-308); Kömürxanadağ 
– Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Dağ orada ağac 
kömürü hazırlanmasına görə belə adlanmışdır (7, s. 216). Bun-
dan əlavə müasir Azərbaycan toponimiyasında Kəlbəcər və Laçın 
rayonlarında Kömürdağ, Oğuz rayonunda Kömür aşırımı, Quba 
rayonunda Kömürdağ toponimləri  kömür lekseminin iştirakı ilə 
yaranmışdır. Bu oronimlərin bəziləri ola bilsin ki, vulkan mənşəli 
dağ süxurları qara rəngdə olduğuna və kömürə bənzədiyinə görə 
belə adlanmışdır.
Kara Səŋir. Abidələrdə bu toponim 4 dəfə (Yn XXIV, 2; 4; 
5; 5) qeyd olunmuşdur. Kara Səŋir toponimi suxurun qara rəngini 
bildirən  kara  və  qədim  türk  dillərində  “dağ  burnu”  mənasında, 
senir (12, s. 495) sözlərindən əmələ gəlmişdir. Azərbaycanda rast 
gəlinən Səngərdağ və Səngərqaya oronimləri də bu sözdən  ya-
ranmışdır.
Toğu balık. Orxon-Yenisey abidələrində Toğu balık toponi-
mi 2 dəfə (Bx. s.3 0; KT sm 4) qeyd olunmuşdur. Çox güman 
ki, bu toponim türklərdə “gün doğan, şərq mənasında doğu (t – 
d) əvəzlənməsi  türk dillərində mövcuddur) və “şəhər” anlamın-
da  balık  sözlərindən  yaranmışdır.  Şəhər  Tola  çayının  sahilində 
yerləşir (20, s.388). Biz də Toğu balık  toponiminin “gündoğan 


161

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin