Onomastika, Dialektologiya, Etimologiya şəhər” anlamında olması fikrindəyik
Sukak yolu. Bu toponim MÇ abidəsində (35) işlənmişdir.
Sukak yolu toponimi Abakan ətrafında ərazilərdən birinin adıdır.
Bu toponimin apelyativi M.Kaşğarinin “Divanü lüğat-it-türk”
əsərində işlənmiş və ceyranabənzər heyvanın adını ifadə etmişdir
(44, s.214). Çox güman ki, bu ərazidə o heyvanın çox olması ilə
bağlı olaraq həmin yerə Sukak yolı adı verilmişdir.
Beləliklə, Orxon-Yenisey abidələrinin tədqiqi nəticəsində
müəyyən edilir ki, bu abidələr onomastik vahidlərlə zəngindir
və bu onomastik vahidlərin tədqiqi türk xalqlarının tarixini,
etnogenezini və etnoqrafiyasını öyrənmək üçün zəngin fakti-
ki material mənbəyi kimi olduqca əhəmiyyətlidir. Araşdırma
nəticəsində məlum olur ki, abidələrdə qeyd olunan onomastik
vahidlərin əksəriyyəti qədim türk mənşəlidir. Bu coğrafi adların
(toponimlərin, hidronimlərin, etnonimlərin və s.) tərkibində mü-
asir türk dilləri üçün arxaik hesab edilən qədim türk sözləri möv-
cuddur. Orxon-Yenisey abidələrində rast gəlinən toponimlərin
yaranmasında iştirak edən leksik vahidlərin bir qismi Cənubi
Qafqazda, o cümlədən Azərbaycanda bəzi toponimlərdə öz əksini
tapmışdır. Maraqlıdır ki, abidələrdəki onomastik vahidlərin ya-
ranması qanunauyğunluqları Azərbaycan onomastikasında da
mövcuddur.
Orxon-Yenisey abidələrinin onomastik vahidlərinin
öyrənilməsi türk xalqlarının dilinin, yazısının, etnoqrafiyasının,
mənşəyinin çox qədim və şərəfli bir tarixə malik olduğunu bir
daha sübut edir.
Qeyd edək ki, Orxon-Yenisey abidələri tarixi onomastik
vahidlərin toplandığı qiymətli bir xəzinədir, onun üzərində bir
çox alimlərin tədqiqat aparması heç də yetərli ola bilməz, odur ki,
bu abidə digər araşdırıcılarını da gözləyir.