D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə168/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   164   165   166   167   168   169   170   171   ...   290
Bəhram Məmmədov, 
elmi işçi
ORXON-YENİSEY YAZILI ABİDƏLƏRİ VƏ 
DİALEKTLƏRİMİZ


168
DƏDƏ QORQUD ARAŞDIRMALARI
rast gəlinir. Avropada isə Orxan-Yenisey abidələri haqqında ilk 
məlumatı Nikolay Vidzen vermişdir. N.Vidzendən sonra Trobol 
boyarının oğlu Semyon Remazov Orxon-Yenisey abidələri haq-
qında məlumat verir.
Hər  iki  tədqiqatçı  qədim  türk  abidələrinin  yeri  haqqında 
məlumat verməklə kifayətlənmiş, abidələrin özləri haqqında elmi 
əhəmiyyət daşıyan fikir söyləməmişlər.
Orxon-Yenisey  abidələri  haqqında  elmi  tədqiqatlara  XVII 
əsrdən  başlanmışdır.  İsveç  zabiti  Filipp-İohann Tabbet  Stralen-
berq 1730-cu ildə nəşr olunan “Das Nord und Ostliche Theil von 
Europa und Asia” adlı əsərində elmdə ilk dəfə olaraq, “Orxon-Ye-
nisey əlifbası ilə yazılmış bir neçə kitabədən nümunə vermişdir. 
Sonrakı illərdə isə “Orxon-Yenisey abidələri ilə bağlı V.Tomsen, 
V.V.Radlov  və  başqaları  davamlı  tədqiqat  aparmağa  başladılar. 
Tədqiqatçılar  apardıqları  uzunmüddətli  tədqiqat  sayəsində  bir 
tərəfdən yeni abidələri kəşf etdilər, eyni zamanda tapılan abidələrin 
türk  xalqlarına  məxsus  olmasını  müəyyənləşdirdilər.  Abidələr 
üzərində işləyən Danimarka alimi V.Tomsen 1893-cü il, dekabr 
ayının 15-də Danimarka Kral Elmlər Akademiyasının iclasında 
Orxon-Yenisey  yazılarının  açılması  haqqında  məlumat  verdi. 
V.Tomsen əvvəlcə, Kül-tigin abidəsindəki dörd sözü-tenri, türk, 
kül, tigin sözlərini oxuyur. Tomsenlə eyni vaxtda akad.V.V.Rodlov 
20-yə qədər işarəni açmağa müvəffəq oldu. V.Tomsendən sonra 
V.V.Rodlov Kül-tigin şərəfinə qoyulmuş abidəni tərcümə edir və 
1894-cü il yanvarın 19-da Rusiya Elmlər Akademiyasının iclasın-
da oxuyur. O, həmin ildə Bilgə xaqan şərəfinə abidəni də ilk dəfə 
tərcümə edir. 1894-1895-ci illərdə V.V.Radlov Orxon, habelə Ye-
nisey abidələri üzərində işləyir. 1895-ci ildə Yenisey abidələrinin 
Monqolustanda  tapılmış  kiçik  abidələri  və  Ongin  abidəsini, 
həmçinin,  Kül-tigin  şərəfinə  abidənin  üçüncü  tərcüməsini  nəşr 
etdirir. Sonra o, xüsusi olaraq Orxon-Yenisey abidələri dilinin fo-


169

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin