Onomastika, Dialektologiya, Etimologiya deməkdir. Olsun ki, qıpçaq qəbilə adı həmin sözdən törəmişdir
(15, s. 73). «Oğuznamə»də Oğuz kağan bəylərdən birinə Kıvçak
adı vermiş, onu ağacla bağlı izah etmişdir. Bu rəvayətin başqa
variantına Rəşidəddin və Əbülqazi xanda da rast gəlirik. Fəzullah
Rəşidəddin yazır ki, içiboş ağacı qədim türklər kıpçak adlandırır
(29, s. 18).
Bu fikri qəbul etsək, o zaman deyə bilərik ki, kıbçak, kıv-
çak leksemi kovuk, kobuk sözü ilə eyni kökdəndir. Müasir
Azərbaycan dilində bu söz qabıq, qovuq şəklində işlənir. Türk
advermə ənənələrində qoruyucu adlara müraciət edilməsi faktla-
rını nəzərə alsaq, kıbçak etnoniminin qoruyucu xüsusi ad olması
fikrini haqlı hesab edirik.
Kırkız. Bu etnonim KT ş. 4; 14; 17; 20; 25; 35; 36; KT şm.13;
BX ş 26; T. 20; 27; 28; MÇ 22; 23; və s. abidələrdə işlənir.
Kırkızlardan bəhs edən Ə.Rəcəbli qeyd edir ki, bu etnonim
Yenisey çayının yuxarılarında Kem və Kemçik çayları hövzəsində
yaşamış türk xalqıdır. Çin mənbələri onları xyakas adlandırır,
VII-VIII yüzilliklərdə qırğızların dili və yazısı göytürk və uy-
ğurlara yaxın olsa da, mədəniyyətləri onlardan fərqlənmişdir.
Bəzi parametrlərdə bu üç xalq arasında kəskin fərq nəzərə çar-
pır. Qaynaqların xəbər verdiyinə görə, qırğızlar cənub-qərbdə
karluqlar, qərbdə kurıkanlar (Baykal gölünün şimalında Anqara
çayının aşağı axarında yaşayırdılar), şimalda isə boma xalqı ilə
qonşu idilər. Onlardan şərqdə çik qəbilələri yaşayırdı. Deməli,
qırğızların şimal sərhəddi indiki Krasnoyar şəhərindən bir qədər
şimaldan, şərq sərhəddi Şərqi Sayan dağlarının ətəklərindən, qərb
sərhəddi Tom və Biy çaylarında Salair silsiləsinədək keçirdi. Qır-
ğızların ərazisi cənubda Karaşarla hüdudlanır. Qırğızlar hündür
boyludur, saçları kürəndir, al yanaqlı və mavi gözlüdürlər. Onlar
Şaman (qam)izm dininə biyət edirlər. Kırkızlar 840-cı ildə uyğur-
ları (Uyğur xaqanlığını) məğlub edib Mərkəzi Asiyada qüdrətli