Edizkər. Ediz qəbilə ittifaqına daxil olan soydur (20, s. 394).
İgdır. Bu etnonimdən Terxun abidəsində (cənub, 3-cü sətir)
danışılır. İgdirlər türkdilli xalqdır. Etnonim, çox güman ki,iki
komponentdən – ig və dir-dən ibarətdir. A.N.Kononova görə ig
«kök, əsas», J.Nemetə görə isə igdir «məşhur, tanınmış, alicənab»
mənasını bildirir (35, s. 93). Bu etnonim Türkiyədəki İgdir topo-
niminin adında özünü yaşadır.
İzgil. Orxon-Yenisey abidələrində İzgil tayfasının da adı
çəkilmişdir. Belə ki, KT şm 3,4-də bu etnonimin adı çəkilir. Run
əlifbası ilə izgil (KT şm 3) və zgl (KT şm 4) formasında yazılan
bu sözü izgil, eləcə də ezgil kimi oxumaq olar. Qeyd etdiyimiz
kimi, A.N.Kononov bu sözün tərkibindəki –gil morfemini cəm