Onomastika, Dialektologiya, Etimologiya abidələrdə rast gəlirik. İnğak kölükin Toğlada Oğuz kalti. «Toğla
çayı (sahilində) Oğuz (qəbilələri) hamısı gəldilər (tabe oldular)
(T 15) (15, s. 246-250). Toğla hidronimi Orxon çaynın qolların-
dan birinin adıdır. Bu gün də Tola şəklində öz adını qoruyub sax-
layıb. E.M.Murzayev leksemin mənasını Azərbaycan dilindəki
«tökülmək» sözü ilə bağlayır. Müəllif haqlı olaraq yazır ki, bu
hidronim Azərbaycan dilindəki «tökülmək», qırğız dilindəki eyni
mənalı toğu-felindən törəmişdir (45, s. 44). Toğla hidronimindəki
o-u əvəzlənməsi yəqin ki, sonralar baş vermişdir.
Kara köl. Bu hidronimə Kül tigin abidəsində rast gəlinir:
Az bodun yağı boltı. Kara költə süŋüşdimiz. «Az xalqı yağı
oldu. Qara göldə döyüşdük» (KT şm 2) (18, s.75-82). Məlumdur
ki, türk toponimlərinin tərkibində kara/qara leksemi müxtəlif
mənaları ifadə edir. Bu hidronimin tərkibindəki kara sözü «bö-
yük» anlamında işlənmişdir. Kara köl – «böyük göl» mənasını
bildirir. E.M.Murzayev Karaköl hidroniminin tərkibindəki kara
komponentinin apelyativinin «yeraltı qrunt suları ilə qidalanan
göl» şəklində izah edir (46, s. 49).
Kara ünsürü abidələrdə Kara sub (Terx. 29) hidronimin
tərkibində də işlənmişdir. Fikrimizcə, bu hidronimin mənası «bö-
yük çay» anlamını ifadə edir.
Orxon-Yenisey abidələrinin onomastik sistemində etnonimlər
özünəməxsus yer tutur. Abidələrdə rast gəlinən etnonimlərdən bir
neçəsinə nəzər yetirək:
Az. Bu etnonimə KT şm 2; KT şm 12; T 13; T14; Talas V
abidələrində təsadüf olunur. Bundan əlavə az etnonimi Az tu-
tuk (KT ş 38) və Az eltəbər (KT ş 23) etnoantroponimlərinin
tərkibində də işlənmişdir. Orxon abidələrinin (Kültigin, Bilgə
xaqan, Tonyukuk abidələri) mətnlərindən məlum olur ki, azlar
Kögmən dağları ətrafında yaşamışdır. V.V.Bartoldun yazdığına
görə az xalqı Sayan dağları ilə Altayın arasında yaşamışdır. Az