D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Orxon-Yenisey abidələrində işlənmiş hidronimlər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə138/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   134   135   136   137   138   139   140   141   ...   290
Orxon-Yenisey abidələrində işlənmiş hidronimlər. Orxon-
Yenisey abidələrində əsasən aşağıdakı hidronimlərə rast gəlinir.
Ak Tərməl
*
 - çay adı; Altun köl – göl adı, Anı sub-Anı çayı; 
*Qeyd. Bu faktlar Ə.Rəcəblinin və Y.Məmmədovun birlikdə yazdığı “Orxon-
Yenisey abidələri”  (Bakı, 1993) kitabına əsaslanır.


140
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Arkar – çay adı; Açıq-Alatır-göl adı; Balıklı-çay adı; Egük katun 
– çay adı; Ertis – İrtış çayı; İrtiş-çay adı; Yabaş – çay adı; Yar 
ügüz – Yar çayı; Yaşıl ügüz – Hoanq – ho çayı; Yinçü ügüz – 
Zərəfşan çayı, Yit – çay adı; Yılun kol – çay adı – kol monqolca 
«çay» deməkdir; Yula köl - göl adı; Kem – Kem çayı – Yenisey 
çayının qədim türk adı; Kərgü – çay adı; Kazluq göl – göl adı; 
Kara Yotuğan – çay adı, Kara köl – göl adı; Kasuy/Kaşuy – çay 
adıdır; Karluk göl – göl adıdır; Koşuy – çay adı; Orkun-Orxon 
çayı; Sələnə – Monqulustandan başlayıb Baykal gölünə tökülən 
Selenqa çayı: Tayğan köl – göl adı; Taluy – çay adı – (Ə.Şükürlü 
bunu dəniz, okean adı kimi verir). Toğla – Tola çayının qədim 
türk adı; Tukuş – çay adı; Türgi Yarğun – göl adı; Üç Birgü – Ulan 
– Batorun şimal-qərbində çay adı; Çıyıltır köl-göl adı; Çuş – çay 
adı.
Abidələrin  dilində  bir  çox  hidronimik  coğrafi  terminlər 
işlənmişdir.
Baş  coğrafi  termini.  Bu  termin  Orxon-Yenisey  abidələrinin 
dilində  oronimlərdə  işləndiyi  kimi  hidronimlərin  tərkibində  də 
nəzərə  çarpır.  Baş  termini  «çayın  mənbəyi»  mənasını  bildirir. 
Məsələn: Arkarbaşı (ŞU 25), Keyrebaşı (ŞU 7, 18), Tezbaşı (Terx. 
q. 5).
Beltir.  Bu  termin  abidələrin  dilində  «iki  çayın  qovuşduğu 
yer»  mənasında  işlənmişdir  (ŞU  10,  21).  Beltir  termini  müasir 
Altay dilində beltir, xakas dilində piltir, Tuva dilində beldir, yakut 
dilində bilir şəkillərində göstərilən mənada işlənir. Beltir coğrafi 
termini həmin bölgənin Beş-beltir, Ada-piltiri, Sos-piltiri, Uybat-
piltiri, Piltir kimi toponimlərin tərkibində müşahidə edilir (11, s. 
168).
Köl. Bu söz abidələrin dilində həm müstəqil şəkildə, həm də 
hidronimlərin  tərkibində  işlənmişdir.  Məs.; Açığ Altur  köl  (ŞU 
18), Kazluk köl (ŞU 26), Kara köl (KT şm 2), Tağ tayğun köl 


141

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin