DƏDƏ QORQUD ARAŞDIRMALARI Daha bir Bıkov – Afanasi Zaxarov sın Bıkov 1618-ci ildə
zadəgan və boyar uşaqlarının siyahısına salınmışdı (31, s. 85).
N.A.Baskakov Bıkov familiyasını türk dillərinə məxsus
«bık» - «buğa» sözü ilə əlaqələndirir. Doğrudan da, Bıkov fami-
liyası «buğa» sözündəndir. Ancaq o, birbaşa bu məna ilə bağlı
deyil. «Bık» etnosun tapındığı heyvanın adıdır. Bu etnos özünü
tapındığı heyvanın adı ilə adlandırmışdır. Bıkov nəsli də həmin
etnosdan çıxmışdır (8, s. 54).
Aslan. Bu antroponimik vahid Orxon-Yenisey abidələrində
bir dəfə gözə çarpır. Arslan külüg tirig (Y 44). Bu onomastik va-
hid runik abidələrində az işlənsə də, sonrakı dövr abidələrində
çox işlənmiş, hətta totem olmuşdur (21, s. 89). Müasir antroponi-
miyamızda Aslan şəxs adından geniş istifadə olunur.
Qeyd etdiyimiz antroponimlərdən əlavə aşağıdakı şəxs adla-
rının yaranmasında da zoonimik vahidlər iştirak etmişdir:
Bars kan – bars (bəbir), kan (xan)
Bars urunu - bars (bəbir), urun (bayraq)
Buğa – buka (buğa, öküz). Ə.Rəcəbov yazır ki, Buğanın ikin-
ci adı Kök Amaş Tutukdur ( Ə.Rəcəbov. Göytürk dilinin leksika-
sı. B., 2004. s.100.).
Küç Bars – küç (güc), bars (bəbir)
Kara Bars – kara (qara, böyük), bars (bəbir)
Oğul Bars – oğul (oğul, övlad), bars (bəbir)
Tüz bay Küç Bars – tüz (düz), bay (bəy), küç (güc), bars
(bəbir)
Çoçuk Böri Seŋün - böri (qurd), seŋün (hərbi rütbə adı)
Külük Toğan – külük (şanlı, şöhrətli, məşhur), toğan (şahin,
şahin quşu).
Toŋa tigin – tona (bəbir), tigin (titul) və s.
4) Dövlət və dövlətçiliklə bağlı olan sözlər əsasında yaranan
antroponimlər:
El Toğan Tutuk – el (el, xalq, ölkə, dövlət), toğan (şahin, şa-