Onomastika, Dialektologiya, Etimologiya və b. bəhs etmişlər (8, s. 200; 39, s.306; 14, s.49). Ümumi nəticə
belədir ki, Bars bəy şəxs adı igidlik motivi əsasında formalaşan
antroponimlər sisteminə daxildir. Apelyativi «bəbir» anlamlı ar-
xaik «bars» sözü və «bəy» tituludur. Bars antroponimik vahid
kimi Azərbaycan antroponimləri sistemində arxaikləşmişdir. La-
kin rus soyadları sistemində bu gün də işlənməkdədir. Məsələn:
Barsukov antroponiminin əsasını təşkil edən «barsuk» sözünün ilk
hissəsi «bars» leksemidir, «-uk» isə kiçiltmə funksiyalı şəkilçidir
(8, s.200). Bars komponentli qəbilə və tayfa adına «barlos-barlos»
- müasir özbək dilində, eləcə də, antroponimlərə Barlas, Bürebars
müasir tatar dilində, - İlparas – müasir çuvaş dilində, Elbars –
müasir türkmən dilinin antroponimləri sistemində təsadüf olunur.
Zoonim əsasında yaranmış şəxs adlarından biri də Buğa ant-
roponimidir. Bu şəxs adına Yenisey abidələrinə aid olan «İkinci
Tuva abidəsi»ndə rast gəlinir. Buğa ər atı; “Buğa ər adı” (18, s.
315). Buradakı qısa mətndən bəlli olur ki, Buğa-ər (igid) adıdır.
Ə.Tanrıverdiyev Buğa, Buğac antroponimindən bəhs edərək
qeyd edir ki, hər iki antroponimin apelyativi «buğa» zoolekse-
midir. «Buğa» zooleksemi əsasında formalaşan antroponimlər
Azərbaycan antroponimiyası baxımından arxaikləşmişdirsə də,
türk xalqları antroponimiyasında yaşamaqdadır. Məsələn: qazax
antroponimləri sistemində Buka, Bukabay kimi antroponimlər
müasirliyini itirməyən antroponimlər sırasına daxildir. Əlavə
edək ki, gürcü familiyaları sistemindəki Buğadze familiyasının
əsasında da türk mənşəli Buğa antroponimi durur (14, s. 49).
Buğa sözü rusların soykökündə də fəal iştirak etmişdir. Bu
əsasda yaranan soyadlarından biri Bıkov və Bıkovski familiya-
larıdır. Türkoloji əsərlərdən məlum olur ki, Bıkov və Bıkovski –
rusiyadakı türk mənşəli iki nəsildir. Yuri Zaxarov sın Bıkov 1643-
cü ildə çar və böyük knyaz Mixail Tyodoroviç tərəfindən fəxri
nişanlar və mülklə təltif edilmişdi.