D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə145/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   141   142   143   144   145   146   147   148   ...   290
Onomastika, Dialektologiya, Etimologiya
yayılmış dil təzahürüdür. Nəzərə alsaq ki, erkin/irkin antroponimi 
«güclü», «qüdrətli» kimi izah edilir (61, s. 9), o zaman bayırku 
etnonimini  bay  (bəy),  irkin/erkin  (güclü,  qüdrətli)  sözlərindən 
əmələ gəldiyini və etnonimin etimologiyasının «güclü, qüdrətli 
bəy» anlamında olduğunu söyləyə bilərik.
Basmıl. Bu etnonimin BX ş 29; MÇ 28; 30; 36; 37, 41-də rast 
gəlirik. Basmıl çoxsaylı türk tayfalarından biridir. Bu tayfa adına 
M.Kaşğarlının «Divan»ında da rast gəlinir. M.Kaşğarlının yaz-
dığına görə basmıllar şimalda yerləşmişlər (44, s. 36). Ə.Rəcəbli 
bu etnonim barədə yazır ki, Çin dilində pa-si-mi adlanan, türk-
dilli  qəbilə  olan  basmillər  40  bölmədən  ibarətdir,  lakin  bölmə 
nə tayfa, nə də qəbiləyə bərabərdir. Onlar kiçik xalqdır və şərqi 
Tarbağatayda təşəkkül tapmış, sonralar Cunqarayaya köçmüşlər. 
Lakin köçmə tarixi məlum deyildir. Basmıllar Cənubi Cunqariya-
nın şərqində Orta Asiya hunlarının qalıqları olan Şato qəbilələri 
ilə qonşuluqda yaşamışlar. Basmıl xalqı uyğurlarla birlikdə tele 
qəbilə  ittifaqına  daxil  olmuşdur.  Basmılların  dili  göytürklərin 
dilinə çox yaxındır.
Bu sözün mənşəyi barədə türkoloji ədəbiyyatda müəyyən fi-
kir yoxdur.
Berçəkər. Kül tigin abidəsinin şimal tərəfinin 12-ci sətrində 
berçəklər yılısının adı çəkilir. Ə.Rəcəbliyə görə, bu qədim türk 
peçeneq qəbiləsinin türkcə adıdır (20, s. 393).
Bersil.  Terxin  (17-ci  sətir)  və  Bögü  xaqan  (10-cu  sətir) 
abidələrində bersil xalqı haqqında xəbər verilir (20, s. 393). Ber-
sil  etnonimi  bu  abidələrdə  tokuz  oğuz  xaqanlığının  VII  əsrin 
II  yarısında  göytürklərlə  savaşda  məğlub  olması  epizodu  ilə 
əlaqədar  xatırlanır.  Bu    etnonim  həmin  abidələrdə  kadır,  kasar 
etnonimləri  ilə  yanaşı  qeyd  edilir.  Mənbələrdə  bersillər  bulqar, 
xəzər türklərinin bir boyu olaraq göstərilir.
Tarixçi  S.Gomeç  Barsil  adı  ilə  bağlı  yazır:  «…Barsil  adı 


148

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin