DƏDƏ QORQUD ARAŞDIRMALARI 1) Yalnız rütbə adları əsasında yaranan antroponimlər: Apa
Tarkan, İnaç Çor və s.
2) Antroponimik modellərdə rütbə adlarının digər vahidlərlə
birlikdə işlənməsi: Bars kan, Bilgə Kağan, Elçi çor, İşbara Tam-
ğan çor, Yoluğ tigin, Külük tutuk və s.
3) Dövlət və dövlətçiliklə bağlı olan apelyativlər əsasında
formalaşan antroponimlər: Altuğa, Eltəris//İltəris, Eltəbər, Baz
Kağan, Alp Urunu və s.
4) Zoonimlər əsasında yaranan antroponimlər: Bars Urunu,
Bars kan, Çoçuk Börü Sənün, Buğa, Toğan və s.
5) Etnonimlər əsasında yaranan antroponimlər: Aza Tutuk,
Töliş Bilgə, Oğuz Bilgə və s.
6) İgidlik, mübarizlik, böyüklük mənasını ifadə edən
antroponimlər: Böyük Kağan, Ərən Uluğ, Kapağan,Tok Bögüt,
Kara Yaş, Kara kan, Küç Uyı və s.
7) Aqillik, müdriklik, xoşbəxtlik və s. bildirən sözlər əsasında
formalaşan antroponimlər: Yolığ Tigin, Külük Apa, Tay ögə, Kut-
luğ, Bilgə Tuğma və s.
8) Qiymətli metal adları əsasında yaranan antroponimlər: Al-
tun tay Sanun, Altun Tamğan və s. (13, s. 52-53).
Biz də Orxon-Yenisey abidələrindəki antroponimlərin leksik-
semantik cəhətdən bu cür qruplaşdırılmasını daha məqsədəuyğun
sayırıq.
Orxon-Yenisey abidələrində rast gəldiyimiz türk ad siste-
mi orta əsrlər türklərinin ad sistemindən olduqca fərqlənir. Bu
fərqlərdən ən əsası abidələrin dilində alınma antroponimlərin
sayının çox az olmasıdır. Abidələrdə işlənmiş alınma
antroponimlərin demək olar ki, hamısı türklərin deyil başqa xalq-
ların nümayəndələrinin adlarıdır. Bunu nəzərə alaraq Orxon-Ye-
nisey abidələrinin antroponimlərini iki qrupa ayırmaq olar:
1) Alınma antroponimlər