İşbara (ŞU 16). Titul bildirən bu söz burada şəxs adı kimi
işlənmiş, sanskrit dilindən alınmışdır. İşiyi (isyi) - (KTşm 12). Bu
antroponimi bəzən İsyi Liken şəklində qeyd edirlər. Çin dilindən
alınmışdır. Abidədə onu Çindən Kül tiginin dəfn mərasimində iş-
tirak etmək üçün gəldiyi vurğulanır. Lisün tay senün (BX c 11).
Mətndən Çin generalı olduğu anlaşılır. On, tutuk (KTş 31, 32: BX,
25). Çin qoşun sərkərdəsinin adıdır. Aşok (Ton 46) soğd hökmda-
rının adıdır. Bu sözü bəzi tədqiqatçılar, xüsusilə, S.Y Malov suk
şəklində oxunmuşdur (43, s.64). Lakin türk tədqiqatçısı T.Tekin
qeyd etdiyimiz kimi, Aşok şəklində oxunmuşdur. Aşok sözünün
soğd mənşəli olduğunu güman etmək olar. Makaroç tamğacı (KT
şm 13 ). Tinsi (T 47) Çin dilindən alındığını güman etmək olar.
Tədqiqatçılardan bəziləri Kül tigin abidəsində (KTşm 12) əsl
mətndə Neᶇ, şəklində yazılmış antroponimi Nek şəklində oxuyur
və onun İran dillərindən alınmış bir söz olduğunu göstərirlər (33,
s. 132). S.Y.Malov isə onu transkripsiyada Neᶇ, tərcümədə isə
Nek şəklində vermişdir (43, s, 33, 43), Neŋ,variantı İran mənşəli
nek vahidindən törəndiyi güman edilir.
Türk tədqiqatçısı O.Sertkayaya görə, Bilgə kağan abidəsində