DƏDƏ QORQUD ARAŞDIRMALARI S.Əliyeva “Orxan-Yenisey abidələrində toponimlər“ (B.,
2003) kitabında həmin abidələrdəki toponimləri, onların leksik-
semantik və morfoloji xüsusiyyətlərini kompleks şəkildə tədqiq
etmişdir.
Türkiyə tədqiqatçıları da Orxon-Yenisey abidələrinin araş-
dırılması ilə məşğul olmuşlar. Bu sahədə R.R.Aratın, M Er-
ginin, T.Tekinin, Ə.B.Erçulasunun adlarını qeyd edə bilərik.
H.N.Orkunun xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Onun
tədqiqatı bir sıra üstün cəhətləri ilə diqqəti cəlb edir. Belə ki, müəllif
əsərində bütün qədim türk və uyğur abidələrinin tərcümələrini
vermiş, eyni zamanda, ”notlar” adı altında həmin mənbələrdə
qeyd olunmuş toponimlərin, etnonimlərin, şəxs adlarının və bü-
tün xüsusi isimlərin mənaları haqqında öz mülahizələrini qeyd
etmişdir. Bunlar müsbət haldır. Lakin o, həmin xüsusi isimlərin
mənşəyi məsələlərinə toxunmamışdır..
Beləliklə, aydın olur ki, Orxan-Yenisey abidələrinin tarixi
onomastik vahidləri sistemli şəkildə öyrənilməmişdir.
Qədim türk dillərinin lüğət tərkibindəki antroponimlər xalq
yaradıcılığının məhsulu olub, hər bir şəxsə kollektiv tərəfindən
verilir.
Tarixi antroponimlər o dövrün türk tayfalarının “dünyagörü-
şü, mədəni-bilik səviyyəsi, istək və arzusu, xoşbəxt həyat uğrun-
da mübarizəsi, təbiət, cəmiyyət və kainat haqqındakı təsəvvürləri,
milli psixologiyası, məişət və əmək fəaliyyəti ilə əlaqədar olaraq
yaranmış” (3, s. 3) və bu proses bu gündə davam etməkdədir.
“İnsan adlarının yaratdığı təbəqələr xalqın tarixi inkişafının
mərhələlərinə uyğundur” (58, s. 125-136). Qumilyevin fikrincə,
şəxs adı-idionim insan tarixində çox qədimdən meydana gəlmişdir
(41, s. 8).
“Şəxs adlarının əmələ gətirdiyi laylar da xalqın tarixi inkişa-
fının mərhələlərinə, şübhəsiz ki, uyğun gəlir. Həmçinin, hər bir