119
Onomastika, Dialektologiya, Etimologiya
Türk xalqlarının əlimizə gəlib çatan
ən qədim yazılı abidələri göytürk Orxon-
Yenisey abidələridir. Bu qədim türk yazılı
abidələri türkün daş yaddaşıdır. Türkün
ən qədim, ən etibarlı, ən saf dil və mədəni
mirası olması baxımından Orxon-Yenisey
abidələrinin dəyəri əvəzsizdir. Buna görə
də çox qədim və zəngin tarixə malik türk
xalqlarının mədəni irsi kimi bu abidələrin
tarixi və filoloji aspektdən öyrənilməsi bu
gün də aktualdır. Orxon-Yenisey abidələri
tapıldığı əraziyə görə adlandırılmışdır.
Həmin abidələr Mon-qolustanda Orxon
çayının, Sibirdə Yenisey çayının və Al-
tayda Talas çayının sahillərində aşkar
edilmişdi.
Adından da göründüyü kimi Orxon-
Yenisey abidələri 2 yerə ayrılır: Orxon
abidələri və Yenisey abidələri. Bu abidələr
içərisində Kül Tiginin (732-ci il), Bilgə
xaqanın (735-ci il) və Tonyukukun (716-
ci il) şərəfinə yazılmış abidələr və Ongin
abidəsi (731-ci il) informasiya yüklərinə
görə digər abidələrdən fərqlənir. Belə
ki,qədim türklərin bir sıra tayfa adları və
Aynurə Əliyeva,
elmi işçi
Dostları ilə paylaş: