D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə87/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   83   84   85   86   87   88   89   90   ...   290
DƏDƏ QORQUD ARAŞDIRMALARI
lazım  olduğunu  çox  tez  anlayır.”Nəbi  Boz  atın  gözlərinə  əlini 
çəkdi. Əzizim, Boz at, məni yarım saata Padara çatdır. Boz at iki 
dəfə kişnədi, quş kimi uçmağa başladı, yarım saata Padarın yanına 
gətirdi” (3, 176).
At  igidin  qanadıdır. Atın  başına  bir  işin  gəlməsi  qəhrəmana 
böyük  zərbədir.  Düşmən  qüvvələr  də  məhz  bu  üsuldan  istifadə 
edirlər.  Dastan  yaradıcılığında  “atın  oğurlanması”  süjeti  həm 
“Koroğlu”  dastanında,  həm  də  “Qaçaq  Nəbi”dastanında  möv-
cuddur. Hər iki dastanda atı oğurlayan qəhrəmanın düşməni de-
yil, sadəcə olaraq özünü çətin vəziyyətdən çıxarmaq üçün yaxud 
məcburiyyətdən bu işi görmüş insanlardır. Ona görə də, içimizdə 
bu obrazlara nifrət yaranmır, əksinə qəhrəmanın yenilməzliyini sü-
but edir. ”Koroğlu”dastanında “Keçəl Həmzənin Qıratı aparması” 
qolu ilə “Qaçaq Nəbi”dəki “Boz atın oğurlanması” süjeti oxşardır.
1. Hər iki halda qəhrəmanın atı qaçırılır. Koroğlu-Qırat, Qaçaq 
Nəbi-Boz at.
2. Dastanların hər ikisində atının aparılmasını eşidən qəhrəman 
eyni şəkildə reaksiya göstərir. Koroğlu:
Ya ölərəm, ya Qıratı gətirrəm,
Ayı dolansa da, ilə qoymaram (1, 160).
Qaçaq  Nəbi:  ”Boz  atı  düşmənlərim  oğurlayıb  qanadımı 
kəsiblər Dəmirqapı Dərbəndə getsə də Boz atımı tapmalıyam” (3, 
198).
3. Atın aparılmasını eşidən qəhrəmanların hər ikisi eyni məz-
munlu poetik parçalarla təəssüfünü bildirir. ”Koroğlu” dastanında:
Qıratdı mənim dirəyim,
Əriyər qalmaz ürəyim.
Sən olasan duz çörəyim


91

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin