Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə13/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   9   10   11   12   13   14   15   16   ...   194
İSTEHSAL MƏDƏNİYYƏTİ 
 
 Əmək alətləri və yaraqlar 
İnsanın təşəkkülü prosesində müstəsna rol oynamış  əmək və  əmək alətləri cəmiyyətin 
inkişafının sonrakı gedişində  də özünün əməli  əhəmiyyətini itirməmişdir.  Əmək fəaliyyəti və 
istehsal sahələri genişləndikcə əmək alətləri də artıb çoxalmış, onların müxtəlif tipoloji növləri 
yaranmışdır. Bununla yanaşı, həyati ehtiyaclar əmək alətlərinin təkmilləşməsini labüd etmiş
yaradıcı düşüncəyə təkan vermiş, texniki tərəqqiyə səbəb olmuşdur.  
Ənənəvi əmək alətləri, hər şeydən öncə, tətbiq sahələrinə görə: təsərrüfat-istehsal alətləri, 
ev-məişət alətləri, musiqi alətləri, təbabət alətləri və s. olmaqla müxtəlif tipoloji qruplara 
bölünür. 
Tipoloji zənginlik baxımından bunların arasında təsərrüfat alətləri müstəsna yer tutmuşdur. 
Daha qədim tarixə malik olan təsərrüfat alətləri həm ev, həm də çöl  təsərrüfatı işlərində istifadə 
olunmuşdur. Bu mənada çöl təsərrüfatı  işlərinin həcmi çox geniş  olduğundan və buradakı  iş-
istehsal proseslərinin çoxnövlü olması  səbəbindən burada tətbiq olunan əmək alətlərinin daha 
zəngin tipoloji növ və çeşidləri yaranmışdır. 
Əmək alətləri, habelə hazırlanma materialına görə:  daş, sümük, ağac  və  metal  olmaqla 
tipoloji növlərə ayrılır. Erkən metal dövrünə qədərki tarixi mərhələdə daş və sümükdən, qismən 
isə  ağacdan düzəldilmiş  əmək alətləri təsərrüfat-istehsal fəaliyyətində başlıca yer tutmuşdur. 
Antik dövrdən etibarən dəmir (polad) alətlərin daha mükəmməl tipoloji növləri yaranmışdır.      
Azərbaycan xalqının yeni dövr maddi mədəniyyəti onun sosial-iqtisadi inkişafının ötən 
tarixi mərhələlərdə  əldə etdiyi texniki nailiyyətlər üzərində  pərvəriş tapmışdır. Nəsildən - 
nəsillərə ötürülən irsi varislik, ənənə mühafizəkarlığı maddi mədəniyyətin bütün sahələrində, o 
cümlədən ənənəvi əmək alətləri və məişət vasitələrində də özünü aydın təzahür etdirir. 
Feodalizm dövrünün əmək alətləri, məişət vasitələri və silahlarının bir qismi yeni dövr-də 
də özlərinin əməli əhəmiyyətini itirməmişdi. 
Yeni dövrün əmək aləti, məişət vasitələri və silahlarının səciyyəvi xüsusiyyəti bundan 
ibarət idi ki, müasir texniki tərəqqi ilə əlaqədar olaraq, onların bir qismi təkmilləşib dəyişikliyə 
uğramaqla, özlərinin  əməli  əhəmiyyətini xeyli dərəcədə qoruyub saxlaya bilmiş, yeni məişət 
tələblərinə cavab verə bilməyən qismi isə  tədricən aradan çıxmış, yaxud yeniləri ilə  əvəz 
olunmuşdur. Həyatın bu dəyişməz, dialektik qanunauyğunluğu yeni dövrün maddi 
mədəniyyətinin bütün sahələrində, o cümlədən  əmək alətləri və silahların tarixi taleyində  də 
aydın izlənilir. 
Azərbaycanın ayrı-ayrı tarixi-etnoqrafik bölgələrində geniş yayılmış, qismən də  məhəlli 
səciyyə daşıyan  əmək alətləri və  ənənəvi məişət vasitələri etnoqraflar tərəfindən  ətraflı  tədqiq 
olunmuşdur.
1
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin