Kapitalizmə keçid dövrünün maddi mədəniyyəti daha çox sinfi qütbləşmə və sosial
təbəqələşmə meyllərinin artması, etnik spesifikliyin azalması ilə səciyyələnir.
Məlum olduğu kimi, Azərbaycan kapitalist inkişafı yoluna xeyli gec, X1X əsrin ikinci
yarısında düşməyə başlamışdır.
31
Azərbaycan iqtisadiyyatının gur inkişafı ilə səciyyələnən bu
dövrdə kapitalist münasibətlərinin yaranması ilə yanaşı, Azərbaycan milləti də təşəkkül tapmağa
başlayır. Bu proseslər nəticə etibarilə mədəniyyətin, o cümlədən, maddi mədəniyyətin milli
məzmun kəsb etməsinə gətirib çıxarmışdır. Azərbaycan cəmiyyətinin sosial strukturunda əsaslı
dəyişiklik baş vermiş, milli burjuaziya, ziyalı zümrəsi və fəhlə sinfi meydana gəlmişdir. Bununla
belə, ən çox hakim burjua-mülkədar zümrələrinin sosial-iqtisadi və mədəni ehtiyaclarına xidmət
edən yeni formasiya zəhmətkeş xalq kütlələrinin də maddi mədəniyyətinin inkişafına müsbət
təsir göstərmişdir. Hər şeydən əvvəl, bu təsir öz əksini istehsal proseslərində, o cümlədən, sənət
istehsalının bəzi sahələrində mexaniki maşın və dəzgahların tətbiqində tapmışdır. Bunu
Azərbaycanın ənənəvi ipəksarıma və ipəktoxuma sənətləri ilə bağlı olan şərbaf karxanalarının
timsalında daha aydın izləyə bilirik. Toxucu dəzgahlarının təkmilləşdirilmiş mexaniki növlərinin
tətbiqi ipək parçaların kəmiyyət və keyfiyyətinə əsaslı təsir göstərmişdir. Digər tərəfdən, kapital-
ist istehsal müəssisələrinə xas olan texniki tərəqqi, ənənəvi maddi mədəniyyət nümunələrinin
bəsit əl üsulu ilə istehsalını tənəzzülə uğramağa başlamışdır.
XIX əsrdə Azərbaycan mədəniyyətinin tətbiqi sənətlə bağlı növləri: boyakarlıq, divar
rəssamlığı, gəctəraşlıq, oymakarlıq, şəbəkəçilik, misgərlik, silahsazlıq, zərgərlik, xalçaçılıq,
basmaqəlib və qələmkarlıq sahələri xüsusilə yüksək inkişaf səviyyəsinə çatmışdı.
XIX əsrin ikinci yarısında kapitalist münasibətlərinin inkişafı nəticəsində Azərbaycan
əhalisinin ictimai tərkibində ciddi dəyişiklik baş vermiş, yeni siniflər, burjuaziya və proletariat
yaranmağa başlamışdır. Azərbaycan iqtisadiyyatının Ümumrusiya və dünya əmtəə tədavülünə
cəlb olunması bu prosesi daha da sürətləndirmişdir. Kənd burjuaziyasını təmsil edən
qolçomaqlar Azərbaycan milli burjuaziyasının tərkibində müəyyən zümrə təşkil edirdi. Digər
tərəfdən, kəndlərdən şəhərlərə, ilk növbədə isə neft sənayesi mərkəzi kimi böyüməkdə olan
Bakıya kəsbkarlığa gedən kəndlilərin hesabına proletariata çevirib fəhlə sinfinə qovuşanların
sayı durmadan artırdı. Kəsbkar axınları təkcə neft mədənləri və neft emaletmə müəssisələrini
deyil, dağ-mədən sənayesi, gəmi təmiri, maşınqayırma, kənd təsərrüfatı alətləri istehsal edən
mexaniki zavodları, balıq vətəgələri, ipək emalı, şərab və spirtçəkmə müəssisələrini, tütün və
ipəktoxuma fabriklərini, dəmiryolu və su nəqliyyatını da əhatə etmişdir. Beləliklə, Azərbaycanda
burjuaziya kimi, çoxmillətli səciyyə daşıyan fəhlə sinfi də təşəkkül tapmışdı.
Kapitalist əmək bölgüsünün yaranması, istehsalın təmərküzləşməsi, ümumi bazar
əlaqələrinin güclənməsi, iqtisadi və mədəni mərkəzlərin meydana çıxması nəticəsində
Azərbaycan burjua cəmiyyəti və burjua milləti təşəkkül tapmaqda idi. Beləliklə, XIX əsrin ikinci
yarısında Azərbaycan xalqlarının tarix boyu ümumi ünsiyyət vasitəsi olan dil birliyi (Azərbaycan
türkcəsi), vahid ərazi, iqtisadi həyat birliyi, mədəniyyət ümumiliyində təzahür edən mənəviyyat
birliyi zəminində o, millət keyfiyyəti kəsb etmişdir.
Kapitalizmin son mərhələsi olan imperializmə keçid dövründə maddi mədəniyyətin inkişaf
meylləri iki istiqamətdə baş vermişdir. Bu cəhət özünü, hər şeydən öncə, sinfi qütbləşmənin
dərinləşməsində göstərirdi. Digər tərəfdən, həmin meyl müasir Avropa mədəni standartlarının
Azərbaycanın ənənəvi maddi mədəniyyətinə sirayət etməsində özünü təzahür etdirirdi. Bunun
nəticəsində ənənəvi maddi mədəniyyət elementlərinin xeyli qismi aradan çıxmağa başlamışdır.
Bununla belə, Azərbaycanın maddi-mədəni irsinin ayrı-ayrı sahələrində, xüsusilə, kənd təsər-
rüfatı alətləri və bəzi sənət məhsullarının timsalında köhnə ənənələr davam etdirilməkdə idi.
16
Azərbaycanın maddi mədəniyyət tarixinin müasir dövr mərhələsi imperializmin meydana
gəlməsi, onun böhranı, Birinci Cahan müharibəsi ilə əlaqədar təsərrüfat düşkünlüyünun artması
və sosialist sisteminin yaranması ilə səciyyələnir.
Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra burjuaziya və mülkədarların bir sinif
kimi ləğv olunması, habelə ruhanilərin mövqelərinin zəiflədilməsi nəticəsində istismardan azad
yeni bir cəmiyyət, burjua və qolçomaqlarsız sosialist cəmiyyəti qurulmağa başladı. Zəhmətkeş
kütlələrə, fəhlə və kəndlilərə, onların içərisindən yetişmiş ziyalılara əsaslanan sosialist milləti və
onun özünə məxsus sosialist mədəniyyəti təşəkkül tapmağa başlamışdır.
Keçən əsrin 90-cı illərində Sovetlər Birliyinin süqutu ilə əlaqədar olaraq Azərbaycan
müstəqillik əldə edəndən sonra onun əhalisinin sosial tərkibində və mədəni həyatında köklü
dəyişikliklər baş vermişdir. «Vətəndaş cəmiyyəti» qurmaq məramı meydana gəlmişdir. Əslində
isə Azərbaycan cəmiyyətinin sosial strukturunda ciddi dəyişiklik yaranmış, əhalinin sosial
tərkibində təbəqələşmə güclənmiş, cəmiyyət yenidən varlı zənginlərə və kasıb zümrələrə
bölünmüşdür. Bir sözlə, ümumxalq mülkiyyətinə əsaslanan sosialist milləti tədricən öz
mahiyyətini dəyişib xüsusi mülkiyyətin hökmran rol oynadığı burjua cəmiyyətinə, kapitala
söykənən burjua millətinə çevrilməyə başlamışdır. Hakim təbəqələrin göz qamaşdıran təmtəraqlı
həyat tərzi və buna müvafiq «elitar» mədəniyyəti təşəkkül tapmağa başlamışdır. Varlı zümrənin
ümumxalq mədəniyyətindən uzaqlaşan, bununla da, millilikdən uzaq düşən kosmopolit
mədəniyyəti daha çox Avropa mədəni standartlarına yaxınlaşmaqdadır.
1
М.М.Гусейнов. Древний палеолит Азербайджана. Б.,1985.
2
M.M.Hüseynov. Daş dövrü və onun Azərbaycanda inkişaf mərhələləri. Bax: Azərbaycanın arxeoloji
abidələri.B.,1981, s.5-6; Q.M.Əhmədov. Azərbaycan ibtidai icma quruluşu dövründə. Bax: Azərbaycan tarixi.
B.,1993, s.11.
3
Q.M.Əhmədov. Göst. əsəri, s.11
4
Yenə orada, s.12.
5
M.M.Hüseynov. Göst. əsəri, s.16
6
Yenə orada, s18: Həmçinin bax: Q.M.Əhmədov. Göst. əsəri, s.12.
7
О.А.Абибуллаев. Энеолит и бронза на территории Нахичеванской АССР. Б.,1982; И.Г.Нариманов. Культу-
ра древнейшего земледельческо-скотоводческого населения Азербайджана. Б., 1987, с.113-114.
8
Q.M.Əhmədov. Göst. əsəri, s.13-14; həmçinin bax: C.Rüstəmov. Qobustan dünyası. B., 1994, s. 59.
9
Q.M.Əhmədov. Göst. əsəri, s.14.
10
Yenə orada, s.15; Həmçinin bax: O.Həbibullayev. Göst. əsəri; İ.H.Nərimanov. Göst.əsəri; Г.С.Исмаилов. Архео-
логические исследования древнего поселения Баба-Дервиш. Б., 1977; Ф.Р.Махмудов. Культура юго-
восточного Азербайджана в эпоху бронзы и раннего железа (автореф). Тбилиси, 1979; V.Əliyev. Qədim
Naxçıvan. B., 1979.
11
Q.M.Əhmədov. Göst əsəri, s.19-21.
12
Yenə orada.s.21
13
Yenə orada.s.23.
14
Г.М.Асланов, Р.М.Ваидов, Г.И. Ионе. Древний Мингечаур. Б., 1959; О.Ш.Исмизаде. Ялойлутепинская
культура. Б., 1956; Н.В.Минкевич – Мустафаева. Ходжалы-Кедабекская археологическая культура (авто-
реф). Б., 1961; F.L.Osmanov. Qafqaz Albaniyasının maddi mədəniyyəti. B., 1982; Дж.А.Халилов. Материаль-
ная культура Кавказской Албании. 1985.
15
İ.H.Əliyev. Azərbaycan qədim dövrdə. Bax: Azərbaycan tarixi.B.,1993, s.30-41.
16
Yenə orada, s.46-47.
17
S.Qaşqay. Manna dövləti. B.,1993, s.48-53.
18
ASE, X c., s.521.
19
S.Qaşqay. Göst. Əsəri; s.10-21, 53-56.
20
Yenə orada, s.59.
21
ASE, X c., s.521.
22
İ.Əliyev. Göst. Əsəri; s.90.
23
Azərbaycan tarixi. B., 1993, s. 94-95.
24
Yenə orada.
25
Yenə orada, s. 95.
26
Yenə orada.
27
ASE, I.c. B.,1976, s.216; Həmçinin bax: Азербайджанцы. Историко-этнографический очерк. Б.,1998, с.14;
S.Qaşqay. Manna dövləti. B., 1993, s. 54.
28
З.М.Буниятов. Азербайджан VII-IX вв.Б.,1965, с.149.
29
Yenə orada, s.171.
17
30
Историческая география Азербайджана. Б.,1987,с.67-73.
31
А.С.Сумбатзаде. Промышленный капитализм в Азербайджане. Б.,1969, с.20.
|