11
etnirk fasiləsizliyi qıra bilmişdilər. Antik dövrdə və erkən orta əsrlərdə alban etnosunun və onun
«Arran mədəniyyəti» adı ilə bəlli olan etnomədəni irsinin mövcudluğu
bunu bir daha təsdiq
edir.
26
Antik dövrün sonlarından etibarən Albaniya və sabiq Atropatena ərazisinə
türkdilli
tayfaların kütləvi yürüşləri başlanmışdır. Sonralar həmin axınlar müəyyən fasilələrlə də olsa,
aramsız surətdə davam etmişdir. Türkdilli tayfaların (hun, barsil, suvar, xəzər, qıpçaq, oğuz və
b.) Cənubi Qafqazdan Kiçik Asiya və İran körfəzinədək çox geniş ərazini əhatə edən bu kütləvi
axınları gələcək Azərbaycanın etnik simasının müəyyənləşməsində həlledici amil olmuşdur.
Türkdilli Azərbaycan xalqının təşəkkülü prosesi ölkənin şimal (Albaniya-Arran) və cənub
(Atropatena-Aderbadaqan) əyalətlərində müxtəlif aborigen ünsürlər zəminində baş versə də,
onların etnik dəyişdiricisi və qovuşdurucusu mənşə etibarı ilə eyni bir etnos – türkdilli tayfalar
olmuşdur. Yerli (avtoxton) və gəlmə etnosların erkən orta əsrlərdə baş verən
qovuşma prosesi
ölkənin şimal və cənub etnik mərkəzlərinin hər ikisində eyni vaxtda, həm də etnogenetik
cəhətdən çoxluq təşkil edən vahid bir etnos əsasında cərəyan etmişdir.
Türkdilli elatların Azərbaycanın hər iki regionuna eramızın əvvəllərindən başlayaraq, bir
neçə əsr davam edən müntəzəm miqrasiyası bu sosial-mədəni mərkəzlər arasında baş verən
etnomədəni inteqrasiya proseslərində birləşdirici, etnogenetik qovuşdurucu rolunu oynamışdır.
Say etibarilə üstünlük təşkil edən türkdilli gəlmə etnoslar ölkənin hər iki konsolidasiya
mərkəzində yerli etnik əhali kütləsi ilə qaynayıb qarışmaqla, onun
avtoxton sakinlərinə
çevrilmişlər. Türkdilli elatların Azərbaycana aramsız hicrəti yerli
oturaq əkinçi-maldar
etnosların məişət və mədəniyyətini tarixən
köçəri və
yarımköçəri maldarlıqla məşğul
olan türk
mənşəli
köçəbə əhalinin məişət və mədəniyyəti ilə qovuşdurmuşdur. Bununla da türkdilli
etnoslar Azərbaycanın şimal və cənub əyalətlərində oturaqlaşıb sabitləşəndən son-ra onların hər
ikisinə müştərək xas olan mütərəqqi etnomədəni ənənələrin daşıyıcısına və davamçısına
çevrilmişlər.
Yüksək şəhər mədəniyyəti, inkişaf etmiş irriqasiya sistemlərinə malik əkinçilik və bağçılıq
təsərrüfatı, mükəmməl sənət istehsalı yaratmağa nail olmuş oturaq əhalinin minilliklərlə ölçülən
əməli təcrübəsi türk elatlarının maldarlıq, qoyunçuluq, atçılıq, dəvəçilik təsərrüfatı sahəsində
əldə etdiyi zəngin empirik təcrübəsi və peşə uğurlarının bir-birinə qovuşması müxtəlif
mədəniyyət elementlərinin sintezi üçün əlverişli zəmin yaratmışdır. Məhz bu sayaq etnik
alabəzəkliklə müşayiət olunan etnososial amillərin qarşılıqlı təsiri sayəsində Azərbaycanın maddi
mədəniyyət tarixi çoxşaxəli və çoxçalarlı xüsusiyyət kəsb etmişdir. Tarix boyu davam edən
etnomədəni qovuşma prosesləri nəticəsində ölkənin oturaq və köçəbə elat əhalisi
olduqca böyük
sosial-iqtisadi və texniki irəliləyişə nail ola bilmişdir. Beləliklə, ölkə hüdudlarında aramsız
şəkildə baş verən etnoslararası qovuşma və assimilyasiya prosesləri nəticəsində bir tərəfdən yeni
etnik birliklərin etnomədəni həyatı zənginləşmiş, digər tərəfdən isə onun dünya sivilizasiyasına
dəyərli töhfələr bəxş etmək imkanı artmışdır.
Tarixi taleyin hökmü ilə Azərbaycan əyalətləri əvvəlcə Assur və Midiya, bir qədər sonralar
isə Əhəməni, Yunan, Roma, Parfiya, Bizans, Sasani mədəniyyətləri ilə sıx təmasda olmuşlar. Bu
yaxınlıq sayəsində Azərbaycanın maddi mədəniyyət nümunələrini yaradanlar tarixən dünyanın
qabaqcıl ölkələrinin texniki nailiyyətləri ilə tanış olmaq, onları mənimsə-yib inkişaf etdirmək
imkanı əldə etmişlər. Bununla da, maddi mədəniyyət tarixinin bir sıra nailiyyətləri üzrə ortaq bir
müştərəklik təşəkkül tapmışdır.
Məhz bu səbəbdən də gavahınlı kotan, dəndəli təkər, at
qoşulmuş yüngül
cəng arabası, iki və ya
dördtəkərli yük arabası, dulus kürəsi, körüklü
Dostları ilə paylaş: