5
GİRİŞ
1.Azərbaycanın maddi-mədəni irsinin inkişaf mərhələləri
İbtidai icma cəmiyyətinin maddi mədəniyyət örnəkləri
Azərbaycan ərazisinin füsunkar təbii-coğrafi şəraiti biososial varlıq olmaq etibarilə ibtidai
insanın təşəkkül tapması üçün zəruri şərt olan hər cür əlverişli ekoloji amillərə: mülayim iqlimə,
zəngin flora və fauna aləminə malik olmuşdur. Məhz ekoloji şəraitin bu cür əlverişli olması
səbəbindən Cənubi Qafqazın bu dilbər guşəsi tarixən dünyanın ilk sivilizasiya mərkəzlərindən
birinə çevrilmişdir. Yaşı milyon yarım ili haqlamış dünya şöhrətli Azıx düşərgəsi və onun ibtidai
sakinlərindən biri hesab edilən azıxantrop olduqca münbit və bol təbii qida mühitində təşəkkül
tapmışdır. Təbiətin səxavəti üzündən tarixi Azərbaycan ərazisi dünyanın ən qədim sivilizasiya
beşiklərindən birinə çevrilmişdir. Bu ərazidə zaman etibarı ilə biri-digərini əvəz edən bir sıra
arxeoloji mədəniyyət örnəyi təşəkkül tapmışdır.
Ölkəmizin ilk arxeoloji mədəniyyətlərindən biri Kiçik Qafqazın
cənub-şərq ətəklərinə
düşən Quruçay hövzəsində təşəkkül tapmışdır.
Quruçay mədəniyyəti daşıyıcıları çaydaşından
bəsit əmək alətlərinin ilk tipoloji nümunələrini yaratmaqla, yurdumuzun qədim sakinlərinin
sonrakı sosial-mədəni tərəqqisinə texniki zəmin hazırlamışdır.
İbtidai icma cəmiyyətinin maddi mədəniyyəti bilavasitə insanın yaranması prosesinin
gedişində təşəkkül tapmaqla, zaman etibarı ilə o, 1,5-2 milyon ilə yaxın çox böyük tarixi mər-
hələni əhatə edir. İbtidai insanın yaranmasının ilk mərhələsi üçün səciyyəvi olan
erkən ovçuluq,
yığıcılıq, bəsit əmək alətləri və oddan istifadə kimi ümdə mədəni dəyərlər meydana gəlmişdir.
İnkişaf etmiş ovçuluq, ixtisaslaşmış yığıcılıq, habelə torpağın bəsit becərilməsi (toxa
əkinçiliyi) və maldarlığın meydana gəlməsindən başlamış ilk sinifli cəmiyyətlərin yaranmasına
qədərki çox geniş dövrün maddi mədəniyyət tarixinin öyrənilməsi arxeoloji araşdırmalarla
yanaşı, həm də etnoqrafik tədqiqat orbitinə daxildir.
Azıx mağarasının Şel və Aşel dövrlərinə aid alt mədəni təbəqələrindən çaydaşından dü-
zəldilmiş ən bəsit əmək alətləri aşkar olunmuşdur. Bunların arasında «giqantolit» adlanan və
bənzərinə dünyanın paleolit abidələri arasında çox nadir hallarda təsadüf edilən iri (azman) daş
alətlər diqqəti cəlb edir. Bununla yanaşı, mağaradan yurdumuzun ən
qədim sakinlərindən olan
azıxantroplara məxsus daşdan düzəldilmiş
əl çapacağı, kobud
çapılmış
bizvari alətlər, itiuclular,
bəsit
qaşovlar tapılmışdır.
1
Bütün bu faktlar Azərbaycan ərazisində ibtidai insanın uzaq daş
dövründə təşəkkül tapdığını göstərən nadir maddi mədəniyyət nümunələri olub misilsiz elmi
əhəmiyyətə malikdir.
Azərbaycanda paleolit dövrünün maddi mədəniyyət örnəkləri
mağara məskənləri və (Azıx,
Damcılı, Daşsalahlı, Tağlar və s.)
açıq tipli düşərgələr (Qayalı, Acıdərə, Şişquzey, Qədirdərə,
Çaxmaxlı, Marallı və s.), habelə onlardan əldə olunmuş müxtəlif tipoloji növə malik
daş alətlərlə
təmsil olunur.
2
Quruçay mədəniyyəti dövründə daşişləmə texnikasının təkmilləşməsi
Mustye və
Son
paleolit mədəniyyətlərinin yaranması ilə nəticələnmişdir.
Mustye (orta paleolit) dövrünün əmək alətlərini düzəltmək üçün qədim insanlar xammal
kimi təkcə çay daşından deyil, «obsidian» adlanan vulkan şüşəsindən
də istifadə etməyin
yollarını öyrənib mənimsəmişdilər. Bu fakt yurdumuzda Mustye mədəniyyətinin ən gözəçarpan
nailiyyətlərindən biri sayılır. Mustye dövrü insanlarının digər sosial uğuru bu dövrün sonlarından
etibarən
qəbilə quruluşunun təşəkkül tapması olmuşdur.
3
Azərbaycanın
son paleolit abidələrindən (Tağlar, Damcılı, Yataq yeri) əldə olunmuş maddi
mədəniyyət nümunələri, əsasən, çaxmaqdaşı, bazalt, obsidian və dolomitdən olub daha təkmil
texniki üsullarla hazırlanmışdır. Bunların çoxu uzunsov qəlpələrdən düzəldilmiş
mikrolit
alətlərdən (bıçaq, biz, qaşov, kəski və s.) ibarət olmuşdur.
4
Paleolit dövrünün mədəni-texniki uğurları, öz növbəsində,
Mezolit mədəniyyətinin təşəkkül
tapmasına gətirib çıxarmışdır.
Qədim daş dövrünün başa çatması ilə əlaqədar Azərbaycan ərazisində məskunlaşmış ibtidai
icmaların həyatında, həm də onların maddi mədəniyyət tarixində yeni bir mərhələ başlanmışdır.
6
Elmdə
«mezolit» adı ilə bəlli olan
orta daş dövrü (e.ə. X-VIII minilliklər)
ölkəmizin qədim
sakinlərinin həyatına yeni növ əmək alətlərinin yaranması ilə qədəm qoymuşdur. Mezolit
mədəniyyətinin ən böyük uğuru
ox və
kamanın kəşfi olmuşdur.
5
Bunun sayəsində ovçuluq
təsərrüfatında əmək məhsuldarlığı xeyli yüksəltmiş, fərdi ovçuluğa keçmək imkanı yaranmışdır.
Mezolit dövründə daşişləmə texnikasının təkmilləşməsi nəticəsində həm əmək aləti, həm
də silah kimi istifadə olunan, elə bu səbəbdən də, universal səciyyə daşıyan daş məmulatının rolu
getdikcə artmış, həyati əhəmiyyəti daşıyan müxtəlif əməliyyatların yerinə yetirilməsində onların
faydalı iş əmsalı yüksəlmişdir.
Qədim və orta daş dövründə məhsuldar qüvvələrin inkişafı mədəni-texniki tərəqqinin
artmasına gətirib çıxarmışdır. Bunun nəticəsində daşişləmə texnikası daha
da təkmilləşmiş, onun
bir sıra yeni texniki üsulları meydana gəlmişdir.
Çapma, qəlpələmə, dişəmə, cilalama,
pardaxlama kimi texniki üsullar bilavasitə ibtidai icma tarixinin daş dövrü mərhələsində icad
olunmuşdur.
Mezolit dövründə xırda ölçülü mikrolit
alətlər xeyli təkmilləşmiş, iti ucluqlu (qurama)
silahqayırma texnikası meydana çıxmışdır. Damcılı və Qobustan tapıntıları buna parlaq
nümunədir. Bütün bu texniki irəliləyişlər, o cümlədən, ox və kamanın ixtirası tədricən
təbiətin
hazır məhsullarını mənimsəməkdən bilavasitə
istehsal təsərrüfatına keçilməsi üçün əlverişli
zəmin yaratmışdır.
6
Həmin keçid
«neolit» adlanan yeni daş dövründə (e.ə.VIII-VI minillik) baş vermişdir.
Azərbaycanın
neolit mədəniyyətinin uğurları təkcə daş alətlərin işlənmə texnikasının
təkmilləşməsi, daha təkmil alət və silahların hazırlanması ilə bitmir. Bu dövr həm də istehsal
təsərrüfatının, başqa sözlə,
əkinçilik və
maldarlığın yaranması ilə səciyyələnir.
Neolit dövründə oturaq əmək məşğuliyyətinin (toxa əkinçiliyi, ev maldarlığı) və bununla
əlaqədar oturaq həyat tərzinin bərqərar olması daimi səciyyə daşıyan
möhrə, daş və ya
çiy kərpic
ilə hörülmüş
ev tiplərinin və kəndlərdən ibarət ilk daimi
məskən növlərinin yaranmasını labüd
etmişdir.
Neolit mədəniyyətinə xas olan oturaq məişət tərzi üç böyük mədəni nailiyyətin
yaranmasına gətirib çıxarmışdır. Əvvəla, bununla oturaq əkinçi və maldar
tayfalara məxsus icma
kəndləri və köçəbə tayfalara xas olan elat obalarından ibarət, qan qohumluğuna əsaslanan ilk
nəsli
qəbilə məskənləri yaranmışdır. İkincisi, oturaq məskənlərin meydana gəlməsi vaxtı ilə
gəzərgi həyat tərzi keçirən qəbilə və tayfaların müəyyən bir məkana bağlanıb qalmasını zəruri
etmiş, «yurd» anlayışı yaratmışdır. Üçüncüsü, oturaq məişət tərzinin yaranması qarşılıqlı
ünsiyyət əlaqələrinin və qohumluq münasibətlərinin güclənməsinə əlverişli sosial-mədəni zəmin
yaratmışdır. Bütün bu mütərəqqi irəliləyişlər isə təsərrüfat fəaliyyəti üçün əlverişli şəraitə malik
olan məskunlaşma ərazilərində
etnikləşmə prosesinin ilk rüşeymlərinin yarandığını göstərirdi.
Neolit dövrü, habelə, maddi mədəniyyətin zənginləşməsi, onun bir sıra yeni tipoloji
növlərinin yaranması ilə xarakterizə olunur. Əkinçilik və maldarlıq məhsullarının emalı,
saxlanması, bişirilib qida halına salınması yeni tip əmək alətlərinin (daş və sümük
toxa, həvəng
və
sürtkəclər) yaranmasını, müxtəlif növ qabların (
gil, toxuma, dəri) və bişirmə vasitələrinin
(
çölmək, küvəc, küpə, sac, təndir və s.) meydana gəlməsini də labüd etmişdir.
Yurdumuzun neolit sakinləri mədəniyyət tarixində ilk dəfə olaraq daşı kəsməyi, deşməyi və
cilalamağı öyrənmişlər. Bu texniki
üsullarla daşdan düzəldilmiş toppuz nümunələri Kültəpə,
Çalağantəpə, Qarğalar təpəsi və digər abidələrdən aşkar olunmuşdur.
7
Təbriz ətrafındakı Yanıqtəpə, Urmiya gölü civarındakı Həsənli kəndi yaxınlığında
Firuztəpə, Xanlar şəhəri həndəvərində Gillikdağ, Naxçıvan yaxınlığındakı Kültəpə, Abşerondakı
Qobustan düşərgələri (Ovçular zağası, Ana zağa, Kənizə) və digər neolit abidələri Azərbaycanın
ibtidai icma dövrü maddi mədəniyyət tarixini saysız-hesabsız yeni tipoloji nümunələrlə
zənginləşdirmişdir.
8
Əkin, biçin və döyümlə əlaqədar əmək alətləri, maldarlıq məhsullarının
emalı, saxlanması, bişirilməsi ilə bağlı müxtəlif formalı saxsı və dəri qabların ilk bəsit
nümunələri məhz bu dövrdə ixtira olunub mənimsənilmişdir.
9
Daşqura və
möhrə hörgülü
divarlara malik sabit
ev tipləri məhz bu dövrdən etibarən dəb düşmüşdür.
Yeni daş dövründə baş verən texniki irəliləyiş məhsuldar qüvvələrin sonrakı inkişafına
güclü təkan verməklə taxıl, ət, süd və ağartı məhsullarından ibarət etibarlı qida ehtiyatı
7
bolluğunun yaranmasına, insanların təbiətdən asılılığının xeyli dərəcədə azalmasına gətirib
çıxarmışdır.
Qida məhsullarının bişirilməsi (çörək və xörəkbişirmə) ənənələrinin sabitləşib müntəzəm
səciyyə alması da Azərbaycanın neolit mədəniyyətinin ən mühüm nailiyyətlərindən idi.
Əhliləşdirilmiş ev heyvanlarının bir qismindən həm də yük daşımaq
üçün ilk dəfə nəqliyyat
vasitəsi kimi istifadə olunması faktı yenə də neolit dövründən başlanmışdır.
Neolit dövründə baş verən «aqrar inqilabı»nın gedişində torpağı becərmək üçün bir sıra
əkinçilik alətləri icad olunmuş, başlıca mədəni bitkilərin becərilməsinə başlanılmış, ev
heyvanları əhliləşdirilmiş, saxsı məmulatının ilk tipoloji növləri meydana gəlmişdir. Beləliklə,
insanın təbiətdən asılılığının aradan qaldırılması və ətraf mühitdən səmərəli istifadə olunmasına
keçid yolunda həlledici addımlar atılmışdır. Bütün bu mütərəqqi irəliləyişlər nəticəsində
yurdumuzun qədim sakinlərinin bütöv bir kompleks mədəni nailiyyətləri yaranmışdır.
Neolit dövrünün elə ilk mərhələlərindən etibarən əkinçiliyin maldarlıqdan ayrılması
ictimai
Dostları ilə paylaş: