Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə6/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   2   3   4   5   6   7   8   9   ...   194
 
Qədim dövrün etnomədəni inkişaf mərhələləri 
Dəmirin peyda olması  və onun istehsal xüsusiyyətlərinin mənimsənilməsi bəşər tarixində 
inqilabi rol oynamış, məhsuldar qüvvələrin inkişafına güclü təkan vermişdir.  Döymə üsulu ilə 
hazırlanan və daha yüksək mexaniki keyfiyyətlərə malik olan dəmir alət və silahların istehsalı 
çox tezliklə kütləvi səciyyə almışdır. 
Azərbaycanda erkən dəmir dövrü e.ə. I minilliyin əvvəlində başlamışdır. Dəmirin istehsal 
texnologiyasının mənimsənilməsi, dəmir alət və silahların yaranması müasir sivilizasiyanın 
təməlini qoymuşdur. Dəmirdən istifadə Azərbaycanın  ənənəvi maddi mədəniyyətinin inkişafı 
tarixində ciddi tərəqqiyə  səbəb olmuş, sosial-iqtisadi və texniki tərəqqinin sonrakı gedişatına 
əsaslı təsir göstərmişdir. Bundan sonra daşdan düzəldilmiş kəsərsiz əmək alətləri təsərrüfat və ev 
məişətindən sıxışdırılıb çıxarılmış, tunc məmulatı geniş surətdə  dəmir alət və silahlarla əvəz 
olunmuşdur. 
Dəmir dövründə  silahsazlıq  sənəti gur inkişaf etmiş, xəncər, qılınc, nizələrin müxtəlif 
tipoloji növləri yaranmış, təbərzin və balta tipli soyuq silah növləri təkmilləşmiş, cəng yabası, 
toppuz, qanadlı ox ucluqları, mühafizə  ləvazimatı (zireh, dəbilqə, qalxan və s.) meydana 
çıxmışdır. 
Dəmir və poladdan düzəldilən kəsici alətlərin istehsalının genişlənməsi, sənət növlərinin 
təkmilləşdirilməsinə imkan yaratmış, ağacişləmə, tikinti, əkin, biçin işlərinin inkişafına güclü 
təkan vermişdir.  
Dəmir alətlərin istehsalının genişlənməsi nəticəsində məhsuldar qüvvələrin sürətli inkişafı 
cəmiyyətin sosial-mədəni həyatında köklü təbəddülat yaratmışdır.  Əmək məhsuldarlığının 
yüksəlməsi nəticəsində izafi məhsul istehsalı artmış, insanın insan tərəfindən istismarı güclənmiş, 
bununla da tayfa quruluşu, ibtidai icma münasibətləri sürətlə dağılmağa başlamışdır.  İstehsal 
vasitələrinin hakim azlığın mülkiyyətinə çevrilməsi, sosial təbəqələşmənin dərinləşməsi ilk 
sinifli cəmiyyətlərin və siyasi dövlət qurumlarının yaranması ilə nəticələnmişdir.
15
 
Azərbaycan ərazisində ilk sinifli cəmiyyətlər onun sosial-iqtisadi cəhətdən ən çox inkişaf 
etmiş cənub ərazilərində, xüsusilə, məhsuldar Urmiyaətrafı bölgələrdə təşəkkül tapmışdır. Əmlak 
bərabərsizliyi və sosial təbəqələşmənin güclü olduğu belə  cəmiyyətlərin  əmələ  gəlməsinin 
başlıca şərtləri hələ e.ə. III minilliyin sonu və II minilliyin əvvəllərində görünməyə başlamışdır. 
Erkən  şəhər  sivilizasiyasının yaranması  həmin cəmiyyətlərin maddi-texniki bazasını  təşkil 
etmişdir. Siyasi idarəetmə qurumu səciyyəsi kəsb edən belə  cəmiyyətlərin çoxu 
möhkəmləndirilmiş iri şəhər-qalalar əsasında, onların mədəni-iqtisadi təsir dairəsində olan kənd 
və oba tipli məskənlər sayəsində yaranırdı. Yazılı mənbələrdə belə xırda siyasi birliklər arasında 
e.ə. I minilliyin əvvəllərində  ən önəmli yer tutan Zamua, Allabriya, Gilzan, Andiya, Zikertu 
çarlıqlarının adı çəkilir.
16
 E.ə. I minillikdən bəhs edən Assur və Urartu mənbələri Urmiya gölü 
ətrafında çoxsaylı yaşayış məskənləri, şəhər-qalalar və paytaxt əhəmiyyəti kəsb edən, bürclü qala 
divarları, müdafiə istehkamları ilə möhkəmləndirilmiş, möhtəşəm saraylı «çar şəhərləri» 
haqqında məlumat verirlər.
17
 Assur hökmdarı II Sarqonun e.ə. 714-cü ilə aid kitabəsində Manna 
ərazisində İzirtu, Uşkay, Aniaştaniya, Ulxu, Tarun, Tarmagis kimi şəhər-qalaların adı çəkilir.
18
 
Bu məlumatların həqiqətə uyğun olduğunu Həsənli, Mərlik, Həftəvan, Qəluraz, Ziviyə, Rezayə, 
Yanıqtəpə və digər abidələrdə aparılan arxeoloji qazıntılardan əldə edilmiş şəhər mədəniyyətinə 


 
 
10
xas olan zəngin maddi mədəniyyət nümunələri aydın göstərir.
19
 
Azərbaycan  ərazisində erkən sinifli cəmiyyətlərin təşəkkül tapdığı dövrdə sivilizasiyanın 
daşıyıcıları onun yerli (aborigen) əhalisi: lullubi, kuti, hürrilər və onların sonrakı varislərindən 
sayılan manna tayfaları olmuşdur. 
E.ə. I minilliyin əvvəllərində Azərbaycanın cənub torpaqlarında hakim etnomədəni və 
sosial-siyasi qüvvəyə çevrilmiş manna tayfaları bir qədər sonralar (IX əsrin ikinci yarısı) Urmiya 
gölü ətrafinda zəngin maddi mədəniyyətə malik olan çox qüdrətli Manna dövlətini yaratmışlar.
20
 
E.ə. I minillikdə Azərbaycanın cənub torpaqlarında  Ərdəbil, Qanzak, Fraaspa (Marağa), 
Salmas, Nəriz, Xoy, Naksuana (Naxçıvan) diqqəti çəkən  şəhərlər sırasında idi.
21
 Bunlar erkən 
şəhər mədəniyyətinin daşıyıcıları və onun məhəlli mərkəzləri idi. 
Bu dövrdə Şimali Azərbaycan torpaqlarında dil mənsubiyyəti etibarilə Şimal-Şərqi Qafqaz 
dillərinə yaxın hesab edilən  alban tayfalarının
22
 erkən sinifli cəmiyyətə  qədərki maddi 
mədəniyyəti təşəkkül tapmaqda idi. Həmin dövrdə Alban tayfalarının sosial-iqtisadi və mədəni 
həyatında gözə çarpacaq irəliləyişlər baş verməkdə idi. Bu mədəni tərəqqinin ən bariz nümunəsi 
Yaloylutəpə mədəniyyəti idi.  

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin