Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti


BƏZƏK  MƏDƏNİYYƏTİ: TƏTBİQİ  SƏNƏT MƏMULATI



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə9/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   5   6   7   8   9   10   11   12   ...   194
 
Feodalizm dövrünün maddi-mədəni örnəkləri 
Feodalizmin erkən mərhələsində maddi mədəniyyət sahəsində antik dövr ənənələri hələ 
davam etsə  də, aramsız baş verən ara müharibələri və xarici hücumlar ölkənin ümumi sosial-
iqtisadi həyatına ağır zərbə vurmuş, onun mədəni inkişafını xeyli dərəcədə ləngitmişdi. Bununla 
belə, feodal kəndlərinin natural təsərrüfatla səciyyələnən «avtoxton» istehsal ənənələri ilə antik 
şəhər mədəniyyəti örnəklərinin sintezi prosesi də baş vermişdir. Feodal şəhərlərində cəmləşmiş, 
əsasən də, zadəgan-kübar zümrələrinin sifarişlərini yerinə yetirən sənət ustaları ölkədə ümumi 
mədəni səviyyəni müəyyən etməklə yanaşı, kənd sənətkarlığına da təsir göstərə bilirdilər. 
Belə bir əlamətdar cəhəti də qeyd etmək lazımdır ki, erkən orta əsrlərin sonlarına doğru 
türkdilli vahid Azərbaycan xalqı  təşəkkül tapsa da, onun mədəniyyətində  hələ  də  məhəlli 
xüsusiyyətlər güclü olaraq qalmaqda idi. Onun ümumxalq mədəniyyəti səciyyəsi kəsb etməsi 
üçün uzun müddət davam edən mərkəzləşmiş vahid dövlətin yaranması  tələb olunurdu. 
Azərbaycan əyalətləri isə çox vaxt ya onun hüdudlarını aşan imperiyaların, ya da kiçik miqyaslı 
məhəlli siyasi qurumların tərkibində olmuşdur. Belə  vəziyyət  Ərəb Xilafəti dövründə  və onun 
süqutundan sonrakı tarixi mərhələlərdə də təkrarlanmışdır. 
VII əsrdə Ərəbistan yarımadasında yeni dini dünyagörüşü olan İslamın peyda olması bəşər 
tarixinin gedişatında ciddi dönüş  məqamlarından biri oldu. Ərəb xilafətinin yaranmasının ilk 
çağlarından  İslamı yaymaq məramı ilə  işğalçı yürüşlərə  rəvac verildi. İlk növbədə Sasani 
imperiyası  zəbt edilib çökdürüldü. İmperiyanın paytaxtı  Mədain  şəhəri alınandan sonra ərəb 
qoşunları sabiq Atropatena torpaqları olan Cənubi Azərbaycanı tutdular. Az sonra «Arran» ad-
landırılan Albaniya, yəni Şimali Azərbaycan təslim edildi. İslam etiqadı dini alabəzəkliyin uzun 
müddət hökm sürdüyü bu ərazidə də yayılmağa başladı. Ölkədə yeni dini etiqadın bərqərar ol-
ması sosial-mədəni həyatın bütün sahələrinə ciddi təsir göstərmiş, maddi və mənəvi mədəniyyət 
sahəsində  təzə  məfkurə  tərzinin, yeni bədii-estetik dəyərlərin təşəkkül tapması ilə 
nəticələnmişdir. 
İslamın yayıldığı ölkələrdə  tədricən  «müsəlman mədəniyyəti» adlanan ümumi bir ortaq 
mədəniyyət örnəyi təşəkkül tapmağa başlamışdır. Bu ortaq mədəniyyətin yaranmasında  İslamı 
qəbul etmiş bütün müsəlman xalqlarının, o cümlədən Azərbaycan xalqının sanballı əməyi və lay-
iqli töhfəsi olmuşdur. Daha doğrusu,  İslama qədərki Azərbaycan mədəniyyəti tədricən  İslam 
məzmunu kəsb etməyə başlamışdır. Mənəvi dəyərlər sahəsində olduğu kimi, maddi mədəniyyət 
sahəsində  də  İslam rəmzləri (ələm, ay-ulduz, günbəz,  ərəb hürufatı  və s.) özünə üstün yer tut-
mağa başlamışdır. Həm də bu təmas və  təsir mədəni örnəklərin hamısında eyni olmayıb, bir 
sahədə özünü az, digər sahədə çox büruzə vermişdir. 
Memarlıq sahəsində İslam dəyərlərinin təsiredici rolu daha böyük olmuşdur. Sabiq atəşgah 
(atəşgədə), məbəd, kilsə və bütpərəst ibadətgahları əvəzində tanrı məkanı sayılan göy qübbəsini 
xatırladan günbəzli məscidlər,  şərəfəli minarələr, tağlı  mədrəsələr, xəznəli hamamlar, saray 
kompleksləri, köşklü darvazalar, sərdabə və türbələr ucaldılır, xanəgahlar, hücrə və təkyələr ti-


 
 
13
kilirdi. 
Bunlardan əlavə, yaşayış məskəni olaraq, əməli əhəmiyyətini itirməkdə olan qala və qala-
çaların müqabilində Şərq memarlığı üçün səciyyəvi sayılan bürclü və mazğallı istehkamlarqəsr 
tipli möhtəşəm yaşayış və müdafiə kompleksləri ucaldıldı. 
Erkən orta əsrlər  dövrünün  əvvəllərində Azərbaycan  şəhərlərindəki bazar və çaraslarda 
sərbəst fəaliyyət göstərən tənha sənətkarlardan əlavə, xüsusi saray karxanaları da mövcud idi. 
Hakim zümrələrin mədəni-məişət ehtiyaclarını ödəyən bu karxanaların zərif və texniki cəhətdən 
mükəmməl sənət məhsulları  ənənəvi maddi mədəniyyət nümunələrinin inkişafının sonrakı 
gedişinə güclü təsir göstərmişdir. 
Erkən orta əsrlərdə Azərbaycanda 100-dən çox şəhər mövcud olmuşdur. Bunların arasında 
Partav (Bərdə), Qazaka (Şiz), Bakı, Şabran, Xunan, Xalxal, Naxçıvan, Gəncə, Şəmkir, Dərbənd, 
Şirvan mühüm sənət və ticarət mərkəzləri kimi ölkənin mədəni həyatında xüsusi yer tuturdu.
28
 
VII  əsrdən etibarən Azərbaycanın maddi mədəniyyət tarixi tədricən ümumislam 
mədəniyyəti ilə bağlanmağa, onunla müştərək inkişaf etməyə başlamışdır. Maddi mədəniyyətin 
yerli örnəklərinə müsəlman mədəni standartları tədricən öz təsirini göstərməkdə idi. 
İslam dəyərləri Azərbaycanın maddi mədəniyyətinə müxtəlif yollarla, həm də müxtəlif 
tarixi dövrlərdə sirayət etmişdir. Bu mədəni dəyərlərin bir qismi İslamın yayılmasının ilk 
mərhələsində birbaşa  ərəb miqrantları  və Azərbaycan  şəhərlərindəki hərbi qarnizonların 
döyüşçüləri vasitəsilə keçmişdi.  Ərəb işğallarının ilk mərhələsində  İslamla bağlı maddi və 
mənəvi dəyərlərin ötürülməsində məhsuldar Azərbaycan torpaqlarına ərəblərin kütləvi miqrasi-
yasının mühüm rolu olmuşdur.  Əvvəlcə Kufə, Bəsrə  və Suriyadan, sonra isə Xilafətin digər 
əyalətlərindən məhsuldar torpaq sahələri əldə etmək üçün buraya kütləvi ərəb axınları baş ver-
mişdir.
29
 Gəlmə ərəblər Xilafətin siyasi hakimiyyətinə arxalanaraq özlərinin bədəvi məişət tərzi 
ilə yanaşı, müsəlmanlığı  qəbul etmiş digər  Şərq xalqlardan əxz elədikləri mütərəqqi maddi və 
mənəvi dəyərləri də Azərbaycan əhalisinə sirayət etdirirdilər. Bu dövrdən etibarən yerli əhalinin 
maddi mədəniyyət nümunələri tədricən ərəb terminləri ilə əvəz olunmağa başlamışdır. Bununla 
belə, gəlmə  ərəblər (onların izləri Azərbaycanın tarixi və müasir toponimiyasında hələ  də qal-
maqdadır) Azərbaycanın türkdilli əhalisi əsasında təşəkkül tapmış etnosunu assimilyasiyaya uğ-
rada bilməmiş, əksinə, onlar özləri tədricən türkləşmiş və azərbaycanlaşmışlar. İslam mədəni və 
mənəvi dəyərlərinin ilk nümunələrinin daşıyıcısı olan həmin  ərəblərin mədəni irsi tədricən 
xalqımızın maddi sərvətlərinə qovuşaraq sinkretik mədəni lay əmələ gətirmişdir. 
İslam dəyərləri Xilafətin zəifləməsi və onun süqutundan sonra da müsəlman xalqlarının, o 
cümlədən, azərbaycanlıların mədəni həyatına öz təsirini davam etdirmişdir.  Ərəb dili xeyli 
müddət müsəlman ölkələrində, o cümlədən, Azərbaycanda rəsmi kargüzarlıq, şəriət, elmi-ədəbi 
dil olaraq öz təsir gücünü saxladığından maddi mədəniyyətə dair terminologiyanın yaranmasında 
yerli istilahlarla yanaşı, ərəb müştərəkliyindən geniş istifadə olunmuşdur. Bütün bu inteqrasiya 
prosesləri nəticəsində mədəni sərvətlərin sonrakı təşəkkülündə terminoloji və faktoloji cəhətdən 
türk, ərəb və fars müştərəkliyi yaranmışdır. Məhz bu səbəbdən, ortaq müsəlman mədəniyyətinin 
yaranmasında  İslamı  qəbul etmiş digər qeyri-ərəb mənşəli etnosların, o cümlədən, Azərbaycan 
xalqlarının da sanballı əməyi olmuşdur. 
Feodal cəmiyyətinin sonrakı inkişafı, hakim zadəgan zümrələrin təsərrüfat və məişət ehti-
yacları ilə bağlı olaraq sənət və ticarətin tərəqqisi, nəhayət,  şəhər həyat tərzinin qəti surətdə 
bərqərar olması  elitar feodal mədəniyyətinin təşəkkül tapmasını labüd etmişdir.  Əhalinin çox 
hissəsini təşkil edən və natural təsərrüfat  şəraitində maddi sərvətlərin  əsas istehsalçıları olan 
geniş xalq kütlələrinin yaratdığı ümumxalq mədəniyyətindən kəskin surətdə fərqlənən bu elitar 
mədəni dəyərlər, əsasən, məhdud bir zümrəyə, əhalinin zadəgan-ruhani təbəqəsinə xidmət edirdi. 
Feodalizmin son mərhələsinədək dönmədən davam edən belə hal Şərq ölkələrində, o cümlədən, 
onun bir parçası olan Azərbaycanda mədəni tərəqqini xeyli dərəcədə  ləngitmiş, Qərbi Avropa 
xalqlarının mədəni-texniki yüksəlişi ilə müqayisədə onu kifayət qədər geri salmışdır. 
İnkişaf etmiş feodalizm dövründə Azərbaycanda bir sıra türk mənşəli sülalə dövlətləri 
yaranmışdır. Xilafət tənəzzülə  uğrayıb süqut edəndən sonra onun ərazisində yaranmış sülalə 
dövlətlərinin hakimiyyətləri dövründə məhəlli səciyyəli bir sıra mədəniyyət örnəkləri də təşəkkül 
tapmışdır. Albaniya dövlətinin süqutundan sonra onun mədəni mirası üzərində Aran, Şirvan və 


 
 
14
Naxçıvan mədəni mərkəzləri təşəkkül tapmışdır. Yerli məhəlli mədəniyyət örnəklərinin yaran-
masında Azərbaycan ərazilərində meydana gələn və çox vaxt bir-birini əvəzləyən siyasi qurum-
ların – Məzyədilər, Kəsranilər və  Dərbəndilərin  Şirvanşahlar dövləti, Sacilər, Salarilər, 
Rəvvadilər və Şəddadilərin qısa ömürlü siyasi dövlət qurumları, XI əsrdən etibarən onları özünə 
tabe etmiş Səlcüq sultanlığı, Azərbaycanda onun varisi və davamçısı olmuş Eldəgizlər dövlətinin 
siyasi fəaliyyətinin müsbət rolu olmuşdur. 
XIII əsrin əvvəllərində başlanan monqol istilaları Azərbaycanın təsərrüfat həyatına dağıdıcı 
təsir göstərmiş, onun mədəni inkişafını xeyli ləngitmişdir. Elxanilərin hakimiyyəti dövründə 
Qızıl Orda xanları ilə 100 il çəkən müharibələr nəticəsində bu dağıntılar daha da artmışdır. İstila-
çılar  əsarət altına saldıqları xalqların minilliklər boyu yaratdıqları  mədəniyyət xəzinələrini da-
ğıdır, incəsənət abidələrini, kitabxanaları, suvarma sistemlərini, saray komplekslərini, məscid və 
mədrəsələri yerlə-yeksan edirdilər. Buna baxmayaraq, Azərbaycan xalqı öz tarixinin bu 
məşəqqətli dövründə də mədəni inkişafını davam etdirirdi.  
Elxanilərin hakimiyyətinin ilk çağlarında bütün orta əsr  Şərqində ilk dəfə Marağa 
rəsədxanası yarandı. Onun əsasını astronomiya, riyaziyyat və  fəlsəfəyə dair bir sıra dəyərli 
əsərlərin müəllifi olan görkəmli Azərbaycan alimi Məhəmməd Nəsirəddin Tusi qoymuşdur. 
Elxanilərin hakimiyyəti dövründə Azərbaycan memarlığı özünün köhnə  ənənələrini davam 
etdirərək, bir sıra diqqətəşayan abidələr yaratmağa müvəffəq olmuşdur. Abşerondakı Bayıl, 
Mərdəkan, Ramana, Nardaran qəsrləri, Təbriz  şəhərində ucaldılmış  əzəmətli  Ərk qalası, 
Naxçıvanda Qarabağlar, Bərdədə  rəngli kaşı ilə  bəzədilmiş  məqbərələr, Urmiya və  Mərənddə 
tikilmiş möhtəşəm məscidlər o dövrdə yaşayıb - yaratmış Azərbaycan memarlarının sənət 
hünərindən soraq verən ən dəyərli abidələr idi. 
Elxanilərin hakimiyyəti süqut edəndən sonra (1335) onun xarabaları üzərində yaranmış 
qısa ömürlü Çobanilər və  Cəlairilər hakimiyyətinə son qoyan (1387) Teymurilərin ağalığı da 
uzun sürmədi (1408). Teymurilər dövründə öz müstəqilliyini, qismən də olsa, qoruyub saxlaya 
bilmiş  Şirvan dövləti eyniadlı  məhəlli mədəniyyət örnəyinin sonrakı inkişafına  əlverişli sosial-
siyasi zəmin yaratmışdır. 
İnkişaf etmiş feodalizm dövründə Azərbaycanda şəhərlərin sayı xeyli artmışdı. XI-XII əsrə 
aid məxəzlərdə Azərbaycan ərazisində şəhər və şəhər tipli yaşayış məskəninin bir qisminin adı 
xatırlanır. Bunların arasında köhnə  şəhərlərlə  (Şamaxı,  Şirvan, Bakı,  Şəki, Gəncə, Amaras, 
Naxçıvan, Şabran, Şirvan, Şamaxı, Xunan, Marağa, Təbriz, Ərdəbil, Xoy, Varsan, Miyanə, Sisar, 
Gülsarə, Zəncan, Mimaz, Bərzənd, Nəriz, Cəbrəvan, Salmas, Sarab, Şiz, Əhər, Dihərqan və s.) 
yanaşı, Guştasfi və Muğanın da adı çəkilir.
30
 
XV əsrdə Azərbaycan əyalətləri Şirvanşahlarla yanaşı, oğuz mənşəli Qaraqoyunlu (1410-
1467) və Ağqoyunlu (1467-1501) tayfalarının hakimiyyəti altında idi. 
Azərbaycanın Son orta əsr maddi mədəniyyət tarixinin ilk çağları Şirvanşah, Qaraqoyunlu 
və  Ağqoyunlu hökmdarlarının hakimiyyəti illərinə  təsadüf edir. Bu dövrdə tikilmiş möhtəşəm 
memarlıq abidələrinin çoxu zəmanəmizədək gəlib çatmışdır. Bunların arasında orta əsr memar-
lığının incisi sayılan  Şirvanşahlar sarayı xüsusi yer tutur. 1565-ci ildə  Təbrizdə tikilmiş «Göy 
məscid» Cahanşah Qaraqoyunlu dövrünün ən möhtəşəm abidələrindən idi. 1483-cü ildə 
Ağqoyunlu Yaqub padşah Təbrizdə «Həşt-beheşt» («Səkkiz cənnət») adlanan əzəmətli bir saray 
kompleksi tikdirmişdir.  
XVI  əsrin  əvvəllərində  mərkəzləşmiş  Səfəvilər dövlətinin yaranması  nəticəsində yadelli 
basqınların azalması, təsərrüfat həyatının canlanması, sənət və ticarətin yüksəlməsi Azərbaycan 
mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaratmışdır.  

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin