Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə5/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   2   3   4   5   6   7   8   9   ...   194
ikitəkərli arabaların meydana çıxması olmuşdur. Bu dövrə aid arxeoloji abidələrdən ortasında ox 
keçirmək üçün deşik olan dairəvi lövhəcikdən ibarət saxsı təkərciklər («diyir»), qoşqu heyvanı 
kimi istifadə olunmuş öküz fiqurları  və s. tapılması bunu aydın göstərir.
12
  Dəlidağın 
yamaclarındakı qayaüstü rəsmlər arasında öküz qoşulmuş  təkərli araba rəsmi də bu nəqliyyat 
növünün o zaman yükdaşımadakı təsərrüfat rolundan xəbər verirdi. 
Tunc dövründə maldarlığın, xüsusilə  də,  qoyunçuluğun inkişafı dağlardakı yaylaqlar 
hesabına yeni otlaq sahələrinin mənimsənilməsini zəruri etmişdir. Yaylaq-qışlaq yemləmə 
üsulunun meydana gəlməsi yarımoturaq səciyyə daşıyan köçəbə maldarlıq formasının və köçəbə 
mədəniyyətinin  təşəkkül tapmasına səbəb olmuşdur. Bu həm də yaylaqlarda daimi məskən 
tiplərinin meydana gəlməsinə  şərait yaratmışdır. Maldarlıq məhsullarının artması  sərnic, goduş, 
badya, nehrə və s. kimi bir sıra zəruri qab tiplərinin yaranmasını labüd etmişdir. 
Məhsuldar qüvvələrin sonrakı inkişafı e.ə. II minilliyin əvvəllərində  orta tunc dövrünün 
daha yüksək mədəniyyət örnəyinin yaranması ilə  nəticələnmişdir.  Şəhər  tipli ilk yaşayış 
məskənləri – möhkəm müdafiə divarları ilə  əhatə olunmuş  şəhər-qalalar  məhz bu dövrdə 
yaranmış, daş və ağac vəllər, külbəli təndir, dulus çarxı və s. peyda olmuşdur.
13
 
Əmək məhsuldarlığının artmasına təkan verən bütün bu texniki irəliləyişlər qəbilə üzvləri 
arasında əmlak bərabərsizliyinin artmasına, tayfa əyanlarının meydana çıxmasına sosial-iqtisadi 
zəmin yaratmışdır. 
Orta tunc dövründə metal məmulatı nümunələrinin hazırlanmasında döymə, tökmə, basma, 
oyma, cızma, həketmə, lehimləmə texnikası başlıca yer tutmuşdur. 
E.ə. II minilliyin ikinci yarısında Azərbaycanda son tunc dövrü başlanmışdır. Mingəçevir, 


 
 
9
Yaloylutəpə, Xocalı, Qəbələ, Xınıslı, Qaratəpə  və s. abidələrdən tapılan metal bəzək  əşyaları 
Azərbaycanda  zinət istehsalının çox geniş  əraziyə yayıldığını göstərir.
14
 Mingəçevir və 
Xocalıdan tapılmış tunc kəmərlər, həmçinin, Urmiya gölü ətrafındakı Həsənli təpəsindən aşkar 
edilən qızıl cam, Ziviyə mahalından  əldə edilən qızıl döşlük zərgərlik sənətinin  ən gözəl 
nümunələridir. 
Bu dövrün sosial-iqtisadi inkişafı Xocalı-Gədəbəy, Talış-Muğan və Naxçıvan mədəniyyəti 
adı ilə  bəlli olan bir sıra məhəlli arxeoloji mədəniyyətləri törətmişdir. Son tunc dövründə  şum 
əkinçiliyi, köçəbə maldarlıq formaları, sənət istehsalı daha da inkişaf etmiş, erkən  şəhər 
mədəniyyəti  təşəkkül tapmağa başlamışdır. Məhsuldar qüvvələrin artmasına, izafi məhsul 
istehsalına və xüsusi mülkiyyətin meydana çıxmasına  şərait yaradan bütün bu mütərəqqi 
proseslər sinifli cəmiyyətin və dövlətin meydana gəlməsinə əlverişli zəmin hazırlamışdır. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin