Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə4/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   2   3   4   5   6   7   8   9   ...   194
əmək bölgüsünü  daha da dərinləşdirmişdir.  İbtidai icma tarixində baş verən bütün bu sosial-
mədəni nailiyyətlər öz növbəsində  Cənubi Qafqazda etnik  və  məhəlli xüsusiləşməni  xeyli 
gücləndirmişdir. Bunun sayəsində də, hər birinin özünə məxsus sosial-mədəni xüsusiyyətləri və 
texniki  əmək vərdişləri olan müxtəlif etnosların yaranması prosesi başlanmışdır. Etnikləşmə 
prosesində  əmək məşğuliyyətinin təmayülü də mühüm rol oynamışdır. Oturaq əkinçi tayfalar 
təsərrüfat məişəti və həyat tərzi baxımından maldar elatlardan seçilirdi. 
Qeyd olunan mütərəqqi irəliləyişlər  polimetal dövrü insanlarının mədəni tərəqqisində 
müstəsna rol oynamışdır. Dulus kürələrinin təkmilləşməsi hərarətin artırılmasını  təmin edən 
körüklü metaləritmə və metalişləmə kürələrinə keçmək üçün yol açmışdır. Bu irəliləyişlər nəticə 
etibarilə Azərbaycanda  metallurgiyanın yaranmasına gətirib çıxarmışdır. Kiçik Qafqaz sıra 
dağlarının Azərbaycan  ərazisinə düşən filiz yataqlarının mənimsənilməsi sayəsində bu zəngin 
diyar Qafqazın ən qədim metallurgiya ocaqlarından birinə çevrilmişdir. 
E.ə.VI-IV minillikləri  əhatə edən  eneolit dövrünün mədəni-texniki irəliləyişləri həmin 
prosesləri daha da gücləndirmiş, qan qohumluğuna əsaslanan etnik xüsusiləşməni xeyli dərəcədə 
artırmışdır. 
İlk metal (mis) məmulatının (bıçaq, biz, iynə, sancaq, ox ucluğu)  əldə olunması o zamanki 
Azərbaycan icmalarının sosial-iqtisadi həyatında ciddi irəliləyişə  səbəb olmaqla, ölkəmizdə  tunc 
texnologiyasına keçidin əsasını qoymuşdur. 
Naxçıvan, Mil-Qarabağ, Gəncə-Qazax, Muğan, Qobustan, Urmiyaətrafı  ərazilərdən aşkar 
olunmuş oturaq əkinçi və maldar tayfalara məxsus eneolit abidələri (Kültəpə,  Şomutəpə, 
Qarğalar təpəsi, Babadərviş, Əlikömək təpəsi, Mişarçay, İlanlıtəpə, Yanıqtəpə, Dəlmətəpə və s.) 
Azərbaycan  əhalisinin istehsal təsərrüfatı sahəsində neolit sakinlərinə nisbətən xeyli qabağa 
getdiklərini göstərir.
10
 Məhsuldar qüvvələrin inkişafı və əhalinin sayının artması ölkənin dağlıq, 
dağətəyi və düzənlik bölgələrində yeni-yeni ərazilərin təsərrüfat cəhətdən mənimsənilməsinə 
şərait yaratmış, qonşu ölkələrlə iqtisadi əlaqələri gücləndirmişdir.  
Mis külçəsi  ərintisinə  mərgümüş, qalay, qurğuşun və ya sink qatmaqla əldə olunmuş 
tuncun ilk dəfə harada, hansı etnos tərəfindən kəşf olunması tarixi dəqiq bəlli olmasa da, 
Azərbaycanda tuncun istehsalına və ondan daha möhkəm  əmək alətləri və silahlar 
hazırlanmasına hələ beş min il bundan əvvəl başlanmasına dair tutarlı arxeoloji dəlillər 
mövcuddur. Hər  şeydən  əvvəl, qeyd edək ki, Azərbaycanın Kiçik Qafqaz bölgəsi (müasir 
Gədəbəy, Daşkəsən, Dağlıq Qarabağ  əraziləri) qədim zamanlardan tuncun əldə olunması üçün 
zəruri xammal olan zəngin mis yataqlarına malik olmuşdur. Görünür, elə Azərbaycanın eneolit 
sakinləri də ilk dəfə mislə  məhz burada, Kiçik Qafqaz həndəvərində tanış olmuşlar. 
Azərbaycanda hələ eneolit mədəniyyəti dövründə peyda olmuş dulus kürələrinin sonrakı 
təkmilləşməsi, misəritmə sahəsində  əldə edilmiş  əməli təcrübə  və  vərdişlər burada tunc 
texnologiyasının mənimsənilməsi üçün əlverişli zəmin hazırlamışdır. 
Əvvəlcə mis filizinin əridilməsi, bir qədər sonralar isə qatışıq  ərinti texnologiyasının 
mənimsənilməsi  misgərlik,  daha sonra isə tuncgərlik  peşələrinin, başqa sözlə, tunc metallurgi-
yasının yaranmasına gətirib çıxarmışdır. Beləliklə, 2 min ildən çox davam etmiş Eneolit 
mədəniyyəti tədricən Erkən tunc dövrü mədəniyyəti ilə əvəz olunmuşdur. Erkən tunc dövründən 


 
 
8
(e.ə. IV minilliyin sonu və III minillik) başlayaraq ənənəvi döymə texnikası tökmə üsulu ilə əvəz 
olunmuşdur. Azərbaycanın erkən tunc dövrü abidələrindən tökmə üsulu ilə hazırlanmış  əmək 
alətləri və soyuq silahlarla yanaşı, xeyli miqdarda tunc üzüklər, bilərzik nümunələri, qəbzəsinin 
üzəri bəsit oyma və həkketmə üsulları ilə naxışlanmış qılınc və xəncər aşkar olunmuşdur.  
Tunc metallurgiyasının yaranması ilə yanaşı heyvanlardan qoşqu qüvvəsi kimi istifadə, 
toxuculuğun inkişafı, yağ emalı, gil nehrələrin peyda olması, çörəkbişirmə vasitələrinin (gil sac, 
təndir) təkmilləşməsi Erkən tunc dövrü mədəniyyətinin mühüm nailiyyətləri idi. Əkinçilik və 
maldarlıqla yanaşı, sənətkarlığın, xüsusilə metal emalının inkişafı bu mədəniyyətin daşıyıcısı 
olan yerli tayfaların ictimai həyatında ciddi dəyişikliklərə səbəb olmuş, əmlak bərabərsizliyinin 
artmasına, patriarxatın cəmiyyətdə hakim mövqe tutmasına və tayfa başçılarının imtiyazlarının 
artmasına şərait yaratmışdır. 
Azərbaycanın tunc dövrü abidələrindən (Kültəpə, Babadərviş, Qaraköpəktəpə, Qobustan, 
Həmşəra təpələri) misəritmə kürələrinin qalıqları, saxsı və daş qəliblər, puta, saxsı görük ucluğu 
və s. aşkar olunmuşdur. Arxeoloji tapıntılar göstərir ki, Azərbaycanın tunc ustaları mis-
mərgümüş  ərintisindən müxtəlif növ təsərrüfat alətləri, silah və  bəzək  əşyaları düzəltməyin 
texnoloji üsullarına mükəmməl yiyələnmişlər. 
Tunc dövrünün maddi mədəniyyət tarixi özünün inkişaf səviyyəsi və məhəlli etnomədəni 
xüsusiyyətlərinə görə müxtəlif mərhələlərə  və bir-birindən fərqli arxeoloji mədəniyyətlərə 
ayrılır. 
Azərbaycanda erkən tunc dövrü Kür-Araz mədəniyyəti ilə xarakterizə olunur. Etnik 
mənsubiyyəti hürrilərə aid olduğu güman edilən bu mədəniyyətə xas olan abidələr ətrafı hasarla 
möhkəmləndirilmiş  təpə tipli məskənlərdən ibarət olub, Naxçıvan, Mil, Muğan, Min-gəçevir, 
Qobustan, Urmiyaətrafı ərazilərdə (Göytəpə, Yanıqtəpə) geniş yayılmışdır.  
Kür-Araz mədəniyyəti «təbərzin» adlanan tunc  balta, oraq, biz, nizə ucluğu, sancaq 
nümunələri ilə  təmsil olunur. Bu mədəniyyətin daşıyıcıları çox vaxt daş, çiy kərpic və ya 
möhrədən tikilmiş dairəvi planlı evlərdə yaşamışlar. Onlar toxa əkinçiliyindən şum əkinçiliyinə 
keçmiş, torpağı iribuynuzlu heyvan (öküz və ya kəl) qoşulmuş xış vasitəsi ilə şumlamışdılar. Bu 
səbəbdən də neolit və eneolit mədəniyyətlərinə xas olan buynuz və ya sümükdən hazırlanmış 
toxalar bu dövrdən etibarən istifadədən çıxmağa başlamışdır.  Kətan bitkisi ilk dəfə erkən tunc 
dövründə becərilməyə başlamış, bu dövrdə bəsit suvarma sistemləri yaranmış, bağçılıq meydana 
gəlmişdir.
11
 
Kür-Araz mədəniyyətinin mühüm nailiyyətlərindən biri də  qoşqu  nəqliyyatının, xüsusilə

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin