12
cəmləşmişdi. Azərbaycanda antik şəhərlərin yaranması ölkənin ümumi mədəni-iqtisadi həyatına,
o cümlədən, onun maddi mədəniyyətinin tərəqqisinə əsaslı təsir göstərmişdir. Siyasi-inzibati və
mədəni- ticarət mərkəzlərinə çevrilmiş İzirtu, Ziviyə, Mərlik, Sulduz, Qəluraz, Qazaka, Qəbələ,
Şamaxı, Dərbənd və başqa şəhərlər sənət məhsulları istehsalı sahəsində yüksək səviyyəyə
çatmışdılar. Təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, antik mənbələrdə 30-dan çox alban
şəhərinin adı çəkilir.
27
Erkən dəmir dövrünün şəhər-qalaları əsasında təşəkkül tapmış antik şəhərlər (Qəbələ,
Şamaxı, Şəki, Xunan, Dərbənd, Paytakaran və s.) ətraf mahalların mədəni həyatına ciddi təsir
göstərirdilər. Həsənli və Mərlikdən tapılmış zəngin dulus məmulatı, qızıl və gümüş işləməli
soyuq silahlar, dəbilqə, qiymətli metallardan düzəldilmiş müxtəlif növ zinət əşyaları, bəzəkli
parça hissələrinin qalıqları Azərbaycanın o zamankı maddi mədəniyyətinin yüksək
səviyyəsindən soraq verirdi. Antik dövr abidələrindən aşkar olunmuş arxeoloji materiallar
arasında Azərbaycanın ətraf ölkələrlə iqtisadi-ticarət əlaqələrini əks etdirən xeyli gətirilmə
(idxal) məmulatı nümunələrinə də təsadüf olunmuşdur. Onların tipoloji oxşarlarının yerli istehsal
qalıqları diqqəti cəlb edir.
Dostları ilə paylaş: