Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə17/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   13   14   15   16   17   18   19   20   ...   194
Biçin və döyüm alətləri. Yetişdirilmiş taxıl məhsulunun yığılması  əməliyyatı  əkinçilik 
təsərrüfatında başlıca yer tuturdu. Azərbaycanda başlıca biçin aləti çin və oraq olmuşdur. Çin və 
oraq metal tiyə və «dəstək», yaxud «sap» adlanan ağac tutacaqdan ibarət olub, dəmirçi tərəfindən 
hazırlanırdı. Forma və quruluşlarına görə bir-birinə oxşar olan oraq və çin arasında mühüm fərq 
bundan ibarət idi ki, çin dişli, oraq isə dişsiz düzəldilirdi. Çinin tiyəsi dəmirçi tərəfindən dişənir, 
oraq isə daş bülöv vasitəsilə itilənirdi. 
Orağın böyük ölçülü növü «mərəndi» adlanırdı. Dəmir oraq peyda olandan sonra onun 
bəsit tipoloji növü olan «qurama» dişli oraqlar, tədricən aradan çıxmışdır.  
Biçin məqsədilə «kərənti» və ya «dəryaz» adlanan uzun dəstəkli əmək alətindən də istifadə 
edilirdi. Adətən, ot biçinində işlənən dəryaz qısa bəlimli taxıl növlərinin biçilməsi prosesində də 
istifadə edilirdi. Bir qayda olaraq onun dəstəyinin ortasına «əlcək» adlanan tutacaq bərkidilirdi. 
Azərbaycanın etnoqrafik bölgələrində geniş yayılmış universal döyüm aləti  ağac vəl 
olmuşdur. Vəl ağır və möhkəm oduncaqlı  ağacdan,  əsasən, palıddan düzəldilirdi. Yerli iqlim 
şəraitindən, taxıl növünün bəlimindən və qoşqu qüvvəsindən asılı olaraq, vəlin tay və qoşa 
olmaqla, quruluşca iki növünə təsadüf olunurdu. Vəl taylarının uzunluğu təxminən 1,5-1,7 m-ə 
qədər, eni 60-70 sm, qalınlığı isə 7-8 sm olurdu. Döyüm prosesini sürətləndirmək və məhsuldar 
etmək üçün vəlin işlək alt hissəsində açılmış gəzlərə xırda daş parçaları pərçimlənirdi. Bəzən bu 
daşları  xırda metal parçaları ilə  də  əvəz edirdilər. Bu isə döyüm prosesini xeyli tezləşdirməyə 
imkan verirdi. 
Vəlin qabaq hissəsi bir qədər yuxarıya doğru qatlanmış  vəziyyətdə düzəldilirdi. Bunun 
sayəsində  vəlin xırmanda hərəkəti nizama salınır və küləşin topalanıb bir yerə  yığılmasının 
qarşısı alınırdı. Vəlin qabaq hissəsində «vəlbənd» adlanan düzbucaqlı formalı xüsusi çıxıntı 
düzəldilirdi. Vəli boyunduruğa qoşmaq üçün vəlbəndin kənarlarında kərt açılırdı. Vəlbəndə 
keçirilən ip və ya zəncir vasitəsilə vəl boyunduruğa birləşdirilirdi. Vələ, adətən, tək at və ya bir 
boyun öküz qoşulardı. 
Taxıl döyümündə vaxtilə  daş  vəldən də istifadə olunmuşdur. Daş  vəl,  əsasən, bazalt 
daşından hazırlanırdı. Onun uzunluğu təxminən 70-80 sm, eni 50-60 sm, qalınlığı 18-20 sm, 
ağırlığı isə 70-80 kq-a qədər olurdu.
10
  
Əsasən, dağavar bölgələrdə işlənən daş vəlin girdə növünə də təsadüf olunurdu. Qabırğalı 
formada yonulmuş girdə vəli hərəkət etdirmək üçün onun hər iki başında oyuq açılırdı. Daş vəlin 
ağac çərçivəsinin ox rolunu oynayan çıxıntıları  həmin oyuqlara keçiriləndən sonra o, 
boyunduruq və ya gərdənbəndə qoşulurdu.  
Taxıl döyümündə istifadə edilən  ənənəvi  əmək alətlərindən biri də  carcar olmuşdur. 
Naxçıvan bölgəsində geniş yayılmış  carcar üç əsas hissədən:  çərçivə, pərli  ox  və  oturacaq 
olmaqla üç hissədən ibarət düzəldilirdi. Dördbucaqlı formada olan carcar çərçivəsinin ortasına 
pərli ox keçirilirdi. Çarçarın eni 1 m, uzunu 2-2,5 m olurdu. Carcar xırmanda bir boyun qoşqu 


 
28
qüvvəsi vasitəsimlə hərəkət etdirilirdi. Çarçar hərəkət etdikcə ox fırlanır və dəmir dişlər küləşi 
doğrayıb əzirdi. Lakin carcar vasitəsilə sünbüllər kifayət qədər əzilmədiyindən onların bir qismi 
«diri» qalırdı. Ona görə də, taxıl sünbülü xırdalanıb «dənə düşəndən» sonra, çox vaxt carcardan 
sonra xırmanda ağac vəl sürülürdü.
11
 
Xırmanda taxıl döyümü zamanı ağac yaba, şana, kürək xəlbir, şadara, hövsər və b. əmək 
alət və vasitələrindən istifadə edilirdi. Qədim tarixə malik olan bu alətlərin, demək olar ki, 
hamısı XIX əsrə qədər gəlib çatmışdır.  
Taxıl döyülüb qurtarandan sonra sovrulub bir kənara «tığ» yığılır, xırmanda qalan saman 
yığan vasitəsilə topalanır, sonra da səbət və ya çalı araba ilə daşınıb samanlığa yığılırdı. 
Digər dənli bitkilərdən fərqli olaraq, çəltik döyülüb bəlimdən çıxarılandan sonra həm də 
sərilib qurudulur və təkrar dibək və ya ding vasitəsilə döyülüb qılafdan təmizlənirdi. 
Bütün bu proseslər bitəndən sonra dənli bitkilər kirkirə və ya dəyirman vasitəsilə üyüdülüb 
yarma, yaxud un halına salınırdı. Azərbaycanda unüyütmə vasitələrinin tarixən su dəyirmanı və 
həngli dəyirman olmaqla iki başlıca tipoloji növü yayılmışdır. Həm də su də-yirmanının alt 
çarxlı növü səciyyəvi olmuşdur. «Malakan dəyirmanı» adlanan yan çarxlı su dəyirmanları XIX 
əsrin ikinci yarısından etibarən dəb düşmüşdür. Digər dənli bitkilərdən fərqli olaraq düyü dibək 
vasitəsilə əzilib üyüdülür və un halına salınırdı. 
Çəltiyi qılafdan təmizləmək üçün nisbətən geniş yayılmış döyüm alətlərdən biri də  ding 
olmuşdur. Azərbaycanda tarixən dingin ayaq və əl dingi olmaqla iki əsas növü yayılmışdır.  
Ding yerli ustalar tərəfindən palıd, qoz, şabalıd və möhkəm oduncaqlı  ağac növlərindən 
hazırlanırdı. Ayaq dinginin qabaq hissəsində girdə çala, arxa hissəsində bir cüt qol olurdu. Ding 
ağacı ox vasitəsilə həmin qolların arasına salınır və təpmə yolu ilə qaldırılıb-endirilirdi. Dibəyin 
dişli dimdiyi çalaya doldurulmuş çəltiyə dəydikcə onu qılafdan ayırıb təmizləyirdi. 
Çəltiyi  vaxtı ilə su dingi vasitəsilə  də döyüb təmizləmişlər. Bu tip dinglər Azərbaycanın 
bütün çəltikçilik bölgələrində geniş yayılmışdı. Quruluşuna və istehsal gücünə görə su dingi ayaq 
dingindən fərqlənirdi. Su dingi novpər (su çarxı), şapalaqlı oxding qoludöyəc və 5-6 ədəd 
girdə çaladan ibarət düzəldilirdi. 
Dinglərin çarxına birləşdirilmiş ox fırlandıqca onun üzərindəki şapalaqlar dingin qollarına 
toxunaraq onları müəyyən qədər yuxarıya qaldırıb buraxırdı. Beləliklə, qollar zərblə aşağı enib 
ding çalasındakı çəltik dənlərinin qabığını çıxarırdı. Su dingləri, adətən, 4-6 qollu düzəldilirdi.
12
 
Ənənəvi əmək alətlərinin böyük bir qismi sənət istehsalı ilə bağlı olmuşdur. Sənət və peşə 
sahələrində işlənən əmək alətlərinin zəngin tipoloji növləri zəmanəmizədək gəlib çatmışdır. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin