2.Sənətkarlıq alətləri Azərbaycan xalqı özünün çoxəsrlik tarixi ərzində zəngin sənət irsi yaratmışdır. Ayrı-ayrı
sənət sahələrində istehsal prosesinin tələbindən asılı olaraq, tarixən müxtəlif növ əmək alətləri
yaranmışdır. Çox vaxt universal səciyyə daşıyan bu alətlərin bir qismi ev peşəsi və sənət
istehsalının müxtəlif sahələrində müştərək işlənmişdir. Bununla belə, xüsusi peşə yönümlü əmək
alətləri də az deyildi.
Daşişləmə sənətində sal daşın çıxarılması və daşınması prosesində külüng, ling, bel, kürək, para (paz), yanpara (nalçaq), qalaqburun, gürz, gırdın və s. kimi əmək alət və vasitələrindən
istifadə edilmişdir.
Daşyonma prosesində adətən, daş baltası, dişək (təvər-dişək),düsəri, dəzgə, künyə, gireh və s. işlənirdi. Bəzək daşının cilalanıb hazırlanmasında iri və narın dişli törpü, yastı, üçgül,
dördgül, yuvarlaq formalı («bülül») yeyə, ülgü, künyə, pərgar və s. istifadə olunurdu.
13
Ağacişləmə sənətində müxtəlif növ kəsici, deşici, yonucu, oyucu, kərtləyici alətlər başlıca
yer tutmuşdur. Ağacın kəsilib doğranması prosesində xüsusi meşə baltası, nacaq və batman balta işlənirdi. Tay və qoşa üzlü baltalardan fərqli olaraq nacaq kiçik tiyəli və yüngül olurdu.
Polad tiyəli dəmir baltalar antik dövrdən etibarən dəb düşməklə, tipologi baxımdan tunc təbərzini
xatırladırdı. Bunlardan əlavə, ağac həm də kərkivasitəsilə yonulurdu. Ağacişləmə sənətində «əl
kərkisi» və «ayaq kərkisi» olmaqla, ölçü etibarilə bir-birindən fərqlənən iki cür kərki işlənirdi.
Ağac materiallarının yonulmasında tətbiq olunan əmək alətlərinin ən mürəkkəb növü
«xarrat dəzgahı» adlanan mexaniki yonma çarxı olmuşdur. Ağacişləmə sənətində yeganə
mexaniki əmək aləti sayılan xarrat çarxının əl və su düvvəsi ilə hərəkət etdirilən iki növü
29
zəmanəmizədək gəlib çatmışdır.
Ağac məmulatının yonulub hamarlanmasında dartı və rəndə, mexaniki yonma işində lisə və əydi, oyuq açmaq üçün burğu (burov), lobur, matqab və müxtəlif formalı isgənənö-vündən
istifadə edilmişdir.
Ağac ustaları, xüsusilə, xarratlar hazırladıqları məmulatları formaya salmaq və onlara
bəzək vermək üçün lisə, əydi, tişə, xətkeş və s. əmək alətindən istifadə edirdilər.