25
torpaq sahəsinin şumlanmasından, yaxud hansı bitki növü üçün şum ediləcəyindən asılı olaraq,
xış gavahınları böyük və ya kiçik olurdu.
Bundan əlavə, gavahınların ucunun oval və yaxud iti
olması ilə də onlar bir-birindən seçilirdi. Bir qayda olaraq gavahın sifarişlə yerli dəmirçilərə
düzəltdirilirdi.
Azərbaycanda istifadə olunmuş xışlar quruluş və formalarına görə, bir sıra məhəlli
xüsusiyyətlərə malik olmuşlar. Bunların ən təkmil növü «ulamalı xış», «qollu xış», «çatma xış»,
«işkilli xış» və s. adlarla tanınmışdır. Xışın bu növlərinə Azərbaycanın,
demək olar ki, əksər
etnoqrafik bölgələrində rast gəlinirdi.
Ulamalı xış Şəki-Zaqatala, Qarabağ, Naxçıvan bölgələrində, xüsusilə, geniş yayılmışdır.
Ulamalı xışın qolu, adətən, onun bazısına calaq əlavə etməklə düzəldilirdi. Bazı calağı
Azərbaycanın ayrı-ayrı bölgələrində «ulama», «çilə», «çatma», «məsənə», «uzatma» və s.
adlandırılırdı. Xışın bu növü çox vaxt elə həmin adlarla da fərqləndirilib tanınırdı.
Ulamalı xış, adətən, kötüyünün arxadan «qulaqlı», dəstəyinin iki əlcəkli düzəldilməsi və
metal
qılınca malik olması ilə fərqlənirdi. Xışın qılıncı torpağı kəsmək, qulaqları torpaq layını
çevirmək
məqsədi güdür, onun qoşa dəstəyi isə alətin sanballığını tənzimləməyə xidmət edirdi.
Ulamalı xış nisbətən təkmilləşmiş şum aləti olub, torpağı daha yaxşı şumlayırdı. Belə
xışlardan dağavar və dəmyə torpaqların şumlanmasında daha çox istifadə edilirdi. Adətən, ona
iki, üç, bə’zən isə dörd boyun öküz qoşulardı.
2
Çəltikçilik təsərrüfatında istifadə edilən xış yüngül və kiçik ölçülü olması ilə fərqlənirdi.
Suvarılan torpaqların şumlanması nisbətən çətin olduğundan qaim torpağı kəsmək üçün
xışların qoluna həm də «qılınc» bərkidilirdi. Bundan əlavə xışın kötüyündə «qulaq» adlanan
ayaq yeri düzəldilirdi. Torpağı dərin şumlamaq üçün dəstəçi (majgəl) ayağı ilə arabir həmin
«qulağı»n üstündən aşağı basırdı.
İkinci il təkrar əkilən çəltik sahəsi nisbətən yüngül xışla şumlanırdı. Xalq arasında çəltik
gərinin şumlanması əməliyyatı «gərvanlama» adlandığından xışın bu növünə, adətən, «gərvan
xış» da deyilirdi.
Azərbaycanın ənənəvi şum alətləri arasında
istehsal göstəricilərinə görə,
kotan xüsusi yer
tutmuşdur. Xalq arasında o, daha çox «diyircəkli» kotan və ya «qara kotan» adı ilə məlum idi.
Azərbaycanda şum aləti qədim tarixə malikdir. Diyircəkli kotan xış ilə qara kotan arasında
bir növ keçid vəsiləsi təşkil edirdi. Onun «xəmsə» adlanan və iki hissədən ibarət olan qolunun
bir ucu kotanın «kötük» və ya «künə» adlanan binəsinə, digər ucu isə
məsənəyə birləşdirilirdi.
Məsənə isə öz növbəsində qoşa təkərli oxa bərkidilirdi.
Diyircəkli kotan kötük (künə, binə),
Dostları ilə paylaş: