Qarın.Kərə yağı saxlamaq məqsədilə ən çox xırdabuynuzlu heyvanların qarnından istifadə
olunardı. Yağı qarına yığmaq üçün onu duzlayıb kiçik kündələr halına salırdılar. Sonra onları qarına
yığır və üstündən əllə basırdılar ki, aralarında hava qalıb yağı xarab etməsin. Həcmindən asılı olaraq
hər bir qarın 8-10 kq-dan 15-16 kq-a qədər yağ tuturdu.
72
Motal, əsasən,qoyun dərisindən hazırlanırdı. Ən yaxşı motal erkək heyvan, xüsusilə qoç
dərisindən düzəldilirdi. Böyük həcmli motal dərisində 15-16 kq-a qədər pendir saxlaya bilirdilər.
Pendir yığmaq üçün bütöv soyulmuş qoyun dərisinin qolları və arxa hissəsi iplə möhkəm
bağlanırdı.
Cılğı təzə pendir və ya şor saxlamaq məqsədilə bütöv soyulmuş keçi dərisindən hazırlanırdı.
Təzə şor və pendir cılğıda bir müddət qalıb özünü tutandan sonra onu çıxardıb motal dərisinə
doldururdular.
Dağarcıq.Dəri məmulatının ən qədim növü olubərzaq məhsulları: yarma, un, duz, çörək və s.
saxlanılırdı. Dağarcıq, əsasən, xırda buynuzlu heyvan dərisindən düzəldilirdi. Motal və cılğıdan
fərqli olaraq, dağar dərisi yumşaq qalmaq üçün xalq üsulu ilə aşılanıb yararlı hala salınırdı.
Eymə. Maldarlıq təsərrüfatında ağartı məhsullarının emalında eymə xüsusi yer tuturdu.
Eymənin böyük ölçülüsü «tejən» adlanırdı. Qatıq yığmaq (yığıntı) üçün qoyun dərisi arpa unundan
hazırlanmış yal vasitəsi ilə aşılanırdı. Sonra onun arxası və qollarının ağzı tikilib bağlanır, yalnız
boğazı açıq saxlanırdı. Bir qayda olaraq, eymənin boğazına tənək çubuğundan düzəldilmiş çənbərə
tikilirdi.
Tuluq - Azərbaycanda tuluqdan başlıca olaraq maye (su, neft, ayran) daşınmasında istifadə
edilirdi. Hazırlanma üsuluna və formasına görə tuluq eyməyə bənzəyirdi. Tuluqdan, həmçinin yağ
hasil etmək üçün nehrə kimi də istifadə olunurdu. Tuluq habelə çay nəqliyyatı vasitəsi (kəlik, pələ)
kimi də istifadə olunmuşdur.
Keçmişdə Abşeronda əhalinin su təchizatında quyu suyu mühüm yer tuturdu. Quyudan su
çıxarmaq üçün aşılı göndən hazırlanmış «dol», habelə su daşımaq üçün istifadə edilən tuluq ən
sərfəli vasitə sayılırdı. Abşeron neftini dəvə karvanları vasitəsilə uzaq ölkələrə, həmçinin iri
tuluqlarda daşıyırdılar.