209
Araba oxu qolların altında sabit qalmaq üçün oxun qollara «çəkəcək»
adlanan əyri uclu
mıxçalar vurulurdu. Qolların ox üzərinə düşən hissəsi Azərbaycanın qərb bölgəsində «aya»
adlanırdı. Ölkənin digər bölgələrində araba oxu qolların altına «zor ağacı» vasitəsilə
birləşdirilirdi.
Boyunduruqlu arabaların ikinci tipoloji qrupunu nisbətən böyük ölçülü təkərlərə malik olan
burazlı arabalar təşkil edirdi. Hündür bana malik olan burazlı arabalar, əsasən, Abşeron, Şamaxı,
Quba, Qusar, Oğuz, Qəbələ, Şəki və Lənkəran rayonlarında geniş yayılmışdır. Belə arabalar,
adətən, yayıldığı məkanın adı ilə «Şamaxı arabası», «Quba arabası», «Bakı arabası», «Salyan
arabası» və s. tanınırdı.
Xalq arasında «cığ-cığ» adlanan bu qrup arabaların böyük ölçülü təkəri, bir qayda olaraq,
oxa birlikdə fırlanırdı. Bu qrup arabaların təkərləri burazlanıb, oxa kip otuzdurulurdu.
Bunun
üçün təkərləri nisbətən sivri oxun uclarına keçirəndən sonra kəndir və ya zəncir vasitəsi ilə onları
səkkizvari formada bir-birinə bağlayırdılar. Sonra iki nəfər, hərəsi bir təkəri əks istiqamətə
fırlatmaqla, zəncir dolağını dartıb daraldır və beləliklə, təkərləri oxa kip otuzdururdu. Elə bu
səbəbdən də, ikitəkərli arabaların bu tipi çox vaxt «burazlı araba» adlanırdı.
Üçbucaqlı arabalar qoşqu hevanlarına boyunduruq vasitəsilə qoşulurdu.
Azərbaycanda
tarixən «tək» (tay) və «çənəli» olmaqla, boyunduruğun iki tipoloji növü yayılmışdır.
Şəki bölgəsində arabanı boyunduruğa
«taraq» (daraq) adlanan əlahiddə qurğunun köməyi
ilə birləşdirirdilər.
Yüklü araba qoşqu heyvanının boynunu «döyüb» incitməsin deyə, boyunduruğun
«yalman» adlanan hər iki ucu bir qədər enli düzəldilirdi.
Bundan əlavə,
bəzən yumşaq olmaq
üçün boyunduruğun yalman hissəsinə keçə və ya tüklü dəridən «yastıq» düzəldilib bağlanırdı.
Bundan fərqli olaraq, «çənəli» boyunduruq bir-birinə paralel dayanan iki taydan ibarət
düzəldilirdi. Onun üst tayı yoğun, alt tayı isə nisbətən nazik hazırlanırdı.
Qoşqu heyvanı boyunduruğa dörd ədəd
samı (sinəçula) və
samıbağı vasitəsilə qoşulurdu.
Bütün bunlardan əlavə, kəl arabasına «kağan»
adlanan köşədən hörülmüş gövdəbənd əlavə
edilirdi. Qoşqu heyvanına geydirilmiş kağanın qabaq ucları boyunduruğa, arxası isə kəlin sırtına
keçirildiyindən bu vasitə ilə enişli yolda yüklü arabanı ləngitmək mümkün olurdu.
Burazlı arabaların bir xüsusiyyəti də onların banının nisbətən kiçik olmasından ibarət idi.
Məhz bu səbəbdən də, bu arabaların banının yük tutumunu artırmaq üçün Quba-Xaçmaz bölgəsi
əhalisi bir sıra əlavə texniki vasitələrdən:
çali, çəpərə, dərz ağacı və s. istifadə etmişlər. Arabanın
qabaq və dal çağlarına bərkidilmiş bu texniki vasitələrin köməyi ilə ban tutumlu hala salınırdı
İkitəkərli arabanın xüsusi bir növünü maye məhsulları daşımaq üçün istifadə olunan
su və
ya
neft arabası təşkil edirdi. Bu məqsədlə arabanın qolları üzərində ban əvəzinə, bir ədəd böyük
çəllək quraşdırılırdı. Maye çəlləyin üst deşiyindən «ağızlıq» adlanan,
mis və ya tənəkədən
düzəldilmiş böyük
qıf vasitəsi ilə tökülürdü. Çəlləkdən mayeni qablara süzüb tökmək üçün onun
arxasının aşağı hissəsinə deşikli
tıxac və ya
kran bərkidilirdi.
İkitəkərli arabaların digər qrupunu təşkil edən əskeşli araba çox vaxt «at arabası» adlanırdı.
Ən çox Bakı, Şamaxı, Quba və Salyan ərazilərində işlədilən at arabalarının təkərləri çox iri və
enli, banı isə kiçik olurdu. Digər burazlı arabalar kimi, onun da oxu təkərlə birlikdə fırlanırdı. Bu
tip arabaların təkərlərinin böyük diametrdə hazırlanması yerli şəraitlə bağlı olmuşdur. X.A.Ver-
mişev yazırdı ki, Şamaxı və Göyçay qəzalarının düzənlik hissəsində və Qobustanda yolları tez-
tez qum basdığına görə, at arabalarının qurşaqsız təkərləri adi arabaların təkərlərindən iki dəfə
böyük olurdu. Çox qıvraq və yüngül olan bu arabaların banı dördbucaqlı formada düzəldilirdi.
Arabanın paralel uzadılmış qoşa qollarının qabaq hissəsi at qoşmaq üçün yedək (əskeş)
vəzifəsini görürdü.
47
İkitəkərli at arabası Azərbaycanın qərb bölgəsində «daşqa», Abşeronda isə
«qazalaq»
adlanırdı. Kiçik həcmli olmasına
baxmayaraq, ucuz başa gəlməsi və rahat idarə olunması
sayəsində o, öküz və ya kəl arabalarına nisbətən kəndli təsərrüfatlarında üstün yer tutmuşdur. At
arabasında müxtəlif növ yüklər (ot, odun, dən, un, su, neft və s. ) daşınırdı. Həm də keçmişdə at
arabası ilə təkcə yük deyil,
sərnişin də daşınırdı. Bu mənada o, orta əsrlərdə işlənmiş
cəng
arabalarını xatırladırdı.
At arabasının qoşqu ləvazimatı
gərdənbənd (vəlbənd),
gövdəbənd, qaltaq, palan, tapqır,
210
uzun cilovlu
yüyən və s.-dən ibarət idi.
Azərbaycanın qərb bölgəsində işlədilən at arabaları təkərlərinin nisbətən kiçik olması ilə
Bakı arabalarından fərqlənirdi. Bundan əlavə, Abşeron qazalaqlarının banında sürücü üçün
xüsusi oturacaq düzəldilirdi. Sərnişin daşınan qazalağın «dümbə» adlanan arxa hissəsinə
sərnişinlərin xırda yükləri də yığılırdı.
Əskeşli arabanın nisbətən kiçik növünə
qatır və ya
ulaq qoşub ev təsərrüfatında, xırda
yükləri yaxın məsafəyə daşıyırdılar.
Dostları ilə paylaş: