207
ayaqlarını bağlayandan sonra onu yanı üstə yıxıb ayaqlarını çarmıxın oxuna bağlayırdılar.
Bundan fərqli olaraq, «at çarmıxı» 4 ədəd dik basdırılmış dirəklərin arasında qurulurdu.
Bundan
əlavə, öyrədilmiş at «dizləmə» üsulu ilə də nallanırdı.
Çəpə. Sürütmənin bəsit növlərindən biri olan «çəpə» son vaxtlara qədər Lənkəran
bölgəsində işlədilməkdə idi. Çəpə, xüsusilə, suçaq sahələrdəki çəltik zəmilərində ən sərfəli və
yüngül yükdaşıma vasitəsi sayılırdı. Sürütmənin bu nisbətən təkmil növü başı yuxarıya doğru
əyilib çənbərlənmiş bir cüt ağac qol üzərində qurulurdu. Paralel uzadılmış çəpə qollarının üstü
bir cüt törpü vasitəsi ilə bir-birinə birləşdirilib bərkidiləndən
sonra qollara paralel olmaqla,
onlara iki ədəd döşəmə taxtası bənd edilirdi. Daha sonra qol və döşəmələrin üzərinə əvvəlcədən
hörülüb hazırlanmış çubuq çəpərə bərkidilirdi. Çəpənin üzərinə yük yığandan sonra onu qoşqu
heyvanına qoşur və sürütləyib lazımi yerə çatdırırdılar.
Kirşə. Sürütmə nəqliyyatının ən təkmilləşmiş və iri tutumlu növü sayılan
kirşənin banı iki
ədəd əyri başlı ağac qol üzərində quraşdırılırdı. Yaxşı sürüşmək üçün kirşə qollarının qabaq başı
yonulub yuxarıya doğru bir qədər maili hala salınırdı. Kirşə tayları paralel vəziyyətdə, 1,5-2 m
qədər aralı qoyulandan sonra «törpü» adlanan ağac döşəmələr vasitəsilə bir-birinə birləşdirilirdi.
Bunun üçün kirşə qollarının yan tərəfində törpü deşikləri açılırdı. Qoşa qolların hər birinin
üzərində, həmçinin, dik vəziyyətdə 4-5 ədəd deşik açıb
onlara ağac cağ bərkitməklə kirşənin
banı hazırlanırdı. Kirşə, adətən, haça
əskeş (yedək) və yaxud
zəncir vasitəsilə boyunduruğa
bağlanırdı.
Şimal ölkələri üçün səciyyəvi olan maral, it və s. kimi heyvanlar vasitəsilə hərəkət etdirilən
yüngül xizəkdən fərqli olaraq, Azərbaycanda kirşəyə bir cüt kəl və ya öküz qoşulurdu.
Keçmişdə
kirşə ən çox ölkənin dağ rayonlarında geniş yayılmışdır. Dağlıq ərazilərdə kirşədən nəinki qışda,
hətta yay vaxtı da müəyyən yükləri daşımaq üçün istifadə olunmuşdur.
45
Şamaxı, Quba, Qusar,
İsmayıllı və bir sıra dağ rayonlarında XX əsrin 60-cı illərinə qədər odun, dərz, küləş, ot və s.
kimi yükləri daşımaq üçün kirşə ən əlverişli nəqliyyat vasitəsi olaraq qalırdı.
Azərbaycanın ayrı-ayrı bölgələrində kirşə müxtəlif adlarla tanınmışdır. Muğan və
Lənkəranda o, «havza», Şirvan düzündə (Kürdəmir və Ağsuda) «kəriskə», Dağlıq Şirvanda
(Şamaxı, Quba, Qusar və İsmayıllı rayonlarında) isə «kirşə» adlanırdı.
Yükün səciyyəsindən asılı olaraq, kirşə bəzən «təzək», «odun», «dərz kirşəsi» və s.
olmaqla müxtəlif adlarla da tanınırdı.
Ənənəvi təkərsiz nəqliyyat növlərinə yekun vurarkən daş mədənlərində sal daşın
gırdın və
ling vasitəsi ilə, itələmə üsulu ilə nəqliyyat
ayağına daşınması
faktını də qeyd etmək lazımdır.
Qədim Misir ehramlarının azman daşlarının daşınmasında tətbiq olunduğu kimi, Azərbaycanın
daş ustaları da tava, sənduqə, başdaşı, dəyirman daşını kəsib, yatağından qoparandan sonra onu
yatağından düşürüb nəqliyyat ayağına çatdırmaq üçün ling vasitəsilə arxadan itələmə üsulundan
istifadə etmişlər. Bu məqsədlə onlar qopardıqları daş qaiməsinin altına bir cüt ağac gırdın atıb
arxadan linglə onu itələyirdilər.
Gırdınlar diyirləndikcə daş irəli hərəkət edirdi. Dəyirman daşı da
işlənmək
üçün bu cür itələmə üsulu ilə, lakin girdə başlı
mayallaq vasitəsi ilə hərəkət etdirilirdi.
Çox güman ki, oxlu təkər mənşə etibarilə mayallaqdan törəmişdir.
Dostları ilə paylaş: