208
dülgərlik sənəti ilə bağlı olub xüsusi peşə sahəsi təşkil edirdi. Bu sayaq ixtisaslaşma təkər
istehsalında da baş vermişdi. Araba bağlayan ban ustası çox vaxt təkər hazırlamırdı.
Xüsusi peşə
hazırlığı və spesifik əmək alətləri tələb edən təkər istehsalı ilə bilavasitə
təkərçi məşğul olurdu.
Elə bu səbəbdən də keçmişdə təkərə tələbatın çox olması üzündən
təkərçilik ayrıca sənət
sahəsinə çevrilmişdir. Sinkretik səciyyə daşıyan təkərçilik peşəsi digər bir sıra sənət sahələri
(
dülgərlik, xarratlıq və dəmirçilik) ilə üzvi surətdə bağlı olmuşdur. Belə ki, təkərin
dəndə və
qəsəkləri dülgərlik alətləri ilə yonulub hazırlanır, onun
topu xarrat çarxında yonulur,
metal
hissələri (
qurşaq, dulğu, çüyütkə, işgil və s.) dəmirçi tərəfindən zindan üzərində döyülüb
hazırlanırdı.
Azərbaycanda arabanın tarixən
ikitəkərli və
dördtəkərli olmaqla, iki tipoloji növünün
yaranmasını labüd etmişdir. İkitəkərli araba daha qədim tarixə malik
olub uzun bir təkamül yolu
keçməklə, həm də dördtəkərli arabaların yaranmasına təkan vermişdir.
Azərbaycan ərazisinin dağlı-dərəli relyef quruluşundan asılı olaraq, burada ikitəkərli araba
daha geniş yayılmışdır.
Qoşqu üsulundan asılı olaraq, ikitəkərli arabaların
haça qollu və
əskeşli olmaqla, iki
başlıca tipi təşəkkül tapmışdır. Haçaqollu araba qoşqu üsuluna görə «boyunduruqlu» araba da
adlanmışdır.
Üçbucaqlı formaya malik olan boyunduruqlu arabaya bir qayda olaraq, öküz və ya kəl
qoşulduğundan o, həmin adla «öküz», yaxud «kəl arabası» da adlanırdı.
Arabanın təkərləri qoşqu heyvanını «vurmamaq» üçün kəl arabasının banı öküz arabasına
nisbətən bir qədər böyük düzəldilirdi.
Buna müvafiq olaraq, kəl arabasının banı daha tutumlu
olub xeyli çox yük götürürdü.
Qolları düzbucaqlı əmələ gətirən
əskeşli arabaya tək at, qatır, ulaq qoşulduğundan el
arasında o, həmin adlarla da tanınırdı. Qoşqu qüvvəsindən asılı olaraq əskeşli arabanın və ölçüsü
dəyişirdi.
Üçbucaqlı quruluşa malik olan boyunduruqlu arabadan fərqli olaraq,
paralel qollar
üzərində quraşdırılmış əskeşli arabaların
banı düzbucaqlı forma kəsb edirdi. Həm də tək at
qoşulmuş əskeşli arabaların banı tutum etibarı ilə boyunduruqlu arabaların banından xeyli kiçik
olurdu.
Boyunduruqlu arabalar ən çox Azərbaycanın qərb və şimal-qərb bölgələrində geniş
yayılmışdır. Bu
tip böyük arabalar, iri tutumlu bana malik olmaları səbəbindən xalq arasında
bəzən «qara araba» adlanırdı. Bu cür ağır arabalar etnoqrafik ədəbiyyata «Qafqaz arabası» adı ilə
daxil olmuşdur.
46
Belə arabaların təkərləri nisbətən kiçik olub arabanın «aya»sında sabit dayanan
Dostları ilə paylaş: