çul salınır, sonra yəhər qoyurdular. Bu qayda ilə atın öyrədilməsinə 3-4 gün, bəzən bir həftə vaxt
tələb edirdi.
13
Atı qoşquya öyrətmək üçün onun boynuna keçirilmiş kəndirə ağır daş, yaxud kötük
bağlayıb sürütlədirdilər. Bəzən isə xam atın boynuna gərdənbənd keçirib, qoşquya alışmış digər
atla birlikdə arabaya qoşurdular. Adətən, minik atı qoşquya da tez alışırdı.
Xam atın minik və yük üçün öyrədilməsinə 3-4 yaşlarından başlanırdı. Xam at 4 yaşında
artıq bədəncə möhkəmlənir və minik üçün yararlı sayılırdı. At sərrafları miniyə öyrədilmiş xam
ata yüksək tələblər qoyurdular. Bu cəhət öz əksini atalar sözündə də tapmışdır: «Atı birində
bəslə, ikisində gözlə, üçündə min, dördündə oldu at, olmadı sat».
Minik və ya yük atlarını noxta və yüyən (qaytarğan) vasitəsi ilə idarə edirdilər. Yüyən
203
qayışdan hazırlanır, noxta isə yun ipdən hörülürdü. Yüyənin gəm və qaytarğanı metaldan olub,
sifarişə dəmirçi tərəfindən hazırlanırdı.
Minik atına bir qayda olaraq, yəhər, yük atına isə navar vurulurdu. Adətən, minik üçün
yəhər ləvazimatı dəst halında hazırlanırdı. Azərbaycanda tarixən yəhərin iki növü: minik və yük
yəhəri mövcud olmuşdur. 2-3 qat keçədən hazırlanan yük yəhəri xalq arasında «navar», «palan-
navar», yaxud «çul» adlanır. Yük heyvanının belinə navar qoyandan sonra onun üstündən
«keyvənd» adlanan çul salınır üstü tapqır və ya örkən ilə çəkilib bərkidilirdi. Qərbi
Azərbaycanda navarın təkmilləşmiş forması «qom» adlanırdı. Navar kimi, qomun da içərisinə
saman və ya küləş doldurulurdu.
Yük yəhərlərini «palanduz» adlanan peşəkar ustalar hazırlayırdı.
Bundan fərqli olaraq, minik yəhərləri mürəkkəb quruluşa malik olub, ağac qaltaq, keçə
təkaltı, üzəngi qayışı, tapqır, tərlik, sinəbənd və quşqun kimi müxtəlif hissələrdən ibarət
hazırlanırdı. Azərbaycanda vaxtı ilə «müsəlman yəhəri» («ərəb yəhəri», «Ərdəbil yəhəri»)
adlanan yerli yəhərlərlə yanaşı, «çərkəz» rus (kazak), ingilis tipli minik yəhərləri də geniş
yayılmışdır.
Yerli (müsəlman) yəhərlər nisbətən mürəkkəb quruluşa malik olduğundan onun
hazırlanmasına xeyli material və çox vaxt tələb olunurdu. Bununla belə, yerli yəhər növü uzun
müddət dəbdən düşməmişdir. Şuşada hazırlanan «Şahsevən yəhəri» rus və ingilis yəhərlərindən
üstün hesab edilir və yüksək qiymətləndirilirdi.
Etnoqrafik çöl materialları keçmişdə qadınlar üçün də xüsusi yəhər növü hazırlandığını
göstərir. Qadın yəhərlərinin fərqləndirici xüsusiyyəti onların qaltağının arxa hissəsinin enli,
qabaq hissəsinin isə dar düzəldilməsindən ibarət idi.
Yəhər dəstini «sərrac» adlanan peşəkar ustalar hazırlayırdılar. XIX əsrdə Azərbaycan
şəhərlərində xeyli sərrac dükanı fəaliyyət göstərirdi. 1859-cu ildə təkcə Şamaxı şəhərində 36
nəfər sərrac çalışırdı.
14
Yəhərə olan tələbatla bağlı olaraq sərraclıq sənəti təkcə şəhərlərdə deyil
hətta kənd yerlərində də inkişaf etmişdir.
Minik atını yəhərləmək üçün əvvəlcə onun belinə tərlik, onun üstündən təkaltı, onun
üstünə qaltaq, qaltağın üstünə isə «yastıq» adlanan yəhər döşəkcəsi qoyulurdu. Yəhər, adətən,
atın belinə tapqır, sinəbənd və quşqun vasitəsilə bərkidilirdi. Ata minmək üçün yəhərin qaltağına
ucu üzəngili qoşa qayışlar bərkidilirdi.
Minik və yük atlarının ayaq dırnaqlarını zədələnməkdən qorumaq üçün onların altına metal
nal vurulurdu. Nallanmış atlar daşlı, kəsəkli yollarda yükə daha dözümlü olurdular.
Vaxtilə Azərbaycanda girdə və aypara şəkilli (dımıqlı) nallardan istifadə olunmuşdur.
Qoşqu atları üçün aypara şəkilli (dımıqlı) nallar daha əlverişli olduğundan nalın bu növü nisbətən
geniş yayılmışdır.
Atı, adətən, «nalbənd» adlanan peşəkar ustalar nallayırdılar. XIX əsrin ortalarında
Azərbaycanın iri yaşayış məntəqələrinin hər birində nalbəndxana var idi.
15
Nalbənd çox vaxt həm nal düzəldir, həm də yük və minik heyvanlarını nallayırdı. Ona
görə də, nalbəndxanada müxtəlif əmək alətləri: zindan, kəlbətin, dəmir kəsən qayçı, isgənə, yiyə,
yonacaq (sintaraş), çəkic və s. olurdu.
At «dizləmə» və «çarmıx» vasitəsi ilə olmaqla, iki üsulla nallanırdı. Dəlisov və ürkək atlar
bədnal olduğundan, adətən, çarmıx vasitəsilə nallanırdı.
16
Azərbaycanda qədim zamanlardan minik-yük məqsədi ilə istifadə olunan ev
heyvanlarından biri də qatır olmuşdur. Ondan, əsasən, yükdaşıma, qismən isə minik vasitəsi kimi
istifadə etmişlər.
Hər cür çətin şəraitə dözümlü olmasına görə, qatır Azərbaycanın bir sıra bölgələrində yük
atından üstün tutulmuşdur. Sabiq Yelizavetpol quberniyasında yük daşınmaq üçün xeyli qatır
bəslənilirdi.
17
200 kq-a qədər yük götürə bilən qatır gündə 20-25 km yol qət edirdi.
18
Bu
səbəbdən də Azərbaycanın dağ yollarında qatır əvəzedilməz yük heyvanı hesab edilirdi.
Azərbaycan əhalisinin təsərrüfat məişətində yük daşımaq məqsədi ilə işlədilən ev
heyvanlarından biri də ulaq olmuşdur. O ən çox ev təsərrüfatında (odun, un, duz, su və s.
yüklərin daşınmasında) işlədilirdi. Elat təsərrüfatında, xüsusilə köç yollarında yük daşımaq üçün
ulaq ən sərfəli nəqliyyat vasitəsi sayılırdı. Atı olmayan ailələr ulaq saxlamaq məcburiyyətində
204
qalırdı.
Keçmişdə hətta ticarət yollarının üstündə yerləşən, yaxud ticarət mərkəzlərinə yaxın
kəndlərdə ulaq vasitəsilə çarvadarlıqla məşğul olanlar da var idi.
19
Ulaq köçəbə təsərrüfatı üçün də sərfəli yük heyvanı idi. Sakit və rahat heyvan olması, az
yem tələb etməsi, qoyun sürüsü ilə ayaqlaşması onu çobanlar üçün əlverişli nəqliyyat vasitəsinə
çevirmişdir. Çobanlar özlərinə gərək olan lazımi yükləri ulağa yükləyəndən sonra onu onları
sürüyə qatır və birgə hərəkət edirdilər.
Uzunqulağı yükləmək üçün onun belinə palan, yaxud palan-navar vurulurdu. Yükün
növündən asılı olaraq, xurcun, kisə, tuluq və s. vasitələrdən istifadə olunurdu.
İş heyvanının belini əzib yağır etməmək üçün, adətən, ağır yuklər ağac qaltaq vasitəsilə
daşınırdı. Abşeronda qaltaq «xərəkə»,
20
Şirvanda isə «qaş» adlanırdı. Talışlar arasında o, «xərçü»
və ya «tayçü» adı ilə tanınırdı.
Qədim zamanlardan yükdaşıma məqsədi ilə istifadə olunan yük heyvanlarından biri də
dəvə olmuşdur. Aclığa və susuzluğa dözümlü olmaqdan əlavə, çox yük götürə bilməsi
səbəbindən dəvə başlıca yükdaşıma vasitəsinə çevrilmişdi. Elə bu səbəbdən də Azərbaycanın bir
sıra bölgələrində dəvəçilik maldarlıq təsərrüfatının ən gəlirli, sərfəli sahələrindən biri sayılırdı.
Təkərli nəqliyyat vasitələrindən istifadə oluna bilməyən yerlərdə yük dövriyyəsi, əsasən, dəvə
karvanları vasitəsilə həyata keçirilmişdir. Ona görə də Azərbaycanın bir sıra bölgələrində
dəvəçilik ayrıca təsərrüfat forması kəsb etmişdir.
21
İsti iqlim şəraitinə alışmış dözümlü heyvan
olması səbəbindən dəvə, Azərbaycanın aran rayonlarında daha çox yayılmışdır.
Keçmişdə Azərbaycanda dəvə ən çox Bakı, Quba, Şamaxı, Nuxa, Şuşa, Lənkəran, Ağdam
və Salyan qəzalarında saxlanılırdı. 1858-ci ildə bu qəzalarda dəvələrin sayı 11542 başa
çatmışdır.
22
Dəvəçiliklə, əsasən, Mil-Qarabağ, Muğan və Şirvan düzənliklərində yaşayan maldar
elatlar, qismən də Abşeron əhalisi məşğul olmuşdur. Dəvə ilə başlıca olaraq uzaq məsafəyə neft,
duz, pambıq, yun və s. yüklər daşıyırdılar. Bundan əlavə, keçmişdə köçəbə məişəti keçirən,
qışlaq və yaylaqlar arasında müntəzəm hərəkət edən elat əhalisi arasında dəvə ən sərfəli
yükdaşıma vasitəsinə çevrilmişdi.
XIX əsrin ortalarından etibarən Bakı neftinin qəzalara daşınması Abşeronda dəvəçiliyin
sürətlə artmasına təkan vermişdir. XIX əsrin 80-ci illərində Abşeron kəndləri arasında Corat (300
baş) və Qobu (200 baş) ən çox dəvə saxlanılan kəndlər idi. Maştağa və Saray kəndlərinin
hərəsində neft daşımaq üçün 100 baş, Novxanı, Qala, Sabunçu, Fatmayı, Nardaran, Biləcər,
Güzdək, Əmircan və Zabrat kəndlərinin hərəsində isə onlarla dəvə saxlanılırdı.
23
Lakin XIX
əsrin axırlarında Zaqafqaziya dəmir yolu və neft kəmərinin çəkilməsi ilə əlaqədar olaraq, bu
kəndlərdə dəvəçiliyin inkişafı zəifləmişdir.
24
Azərbaycanda həm bir, həm də ikihörgüclü
25
dəvə növü saxlanmışdır. İkihörgüclü dəvənin
erkəyinə «buğur», dişisinə «haça maya» deyilirdi. Birhörgüclü dəvənin erkəyi «lök», dişisi
«arvana», hər iki növün cütləşməsi nəticəsində yaranmış erkək dəvə «nər», dişi dəvə isə
«pəsərək» adlanırdı.
26
Həm də çarpaz cütləşmə nəticəsində həmişə bir hörgülü dəvə törəmişdir.
27
Buğur və lök dəvə 130-170 kq-a qədər yük götürə bilirdi. Maya dəvənin yükü 65-100 kq-dan
artıq olmurdu.
28
Nər güclü olduğu üçün başqa dəvələrə nisbətən daha çox yük götürür və yüksək
qiymətləndirilirdi.
Dəvə üç yaşından başlayaraq yükə öyrədilirdi. Bunun üçün onu «qaraçı» adlanan kəndir
vasitəsilə əvvəlcədən öyrədilmiş başqa dəvənin navarına bağlayırdılar. Dəvəni minməyə və
yükləməyə tədricən alışdırırdılar. Öyrətmə müddətində ona ancaq quru yem verilirdi. Təzə
öyrədilmiş dəvəni 50-60 gün fasiləsiz işlədirdilər ki o, xamlamasın. Sonra navar və ya arqana
öyrənmiş dəvəni karvana alışdırmaq üçün onun belinə yük vurub başını ovsar vasitəsilə özündən
qabaqkı dəvəyə, arqanından isə arxadakı dəvəyə bağlayırdılar. Karvana alışmış dəvəyə 80-100
kq yük vurub uzaq səfərə çıxırdılar. Hər 5-6 aydan bir dəvənin yükünü bir qədər artırırdılar. Beş-
altı yaşlarında dəvəni normal qaydada yükləyirdilər.
Abşeron kəndlərində dəvəni qışda kəndin kənarında, daşdan tikilmiş « dəvəlik» adlanan
xüsusi tövlələrdə saxlayırdılar.
29
Dəvə tövlələrinin qapısı hündür olduğundan yüklü dəvə ora
sərbəst girə bilirdi. Yayda dəvə talvar altında saxlanılırdı.
205
Qoşa hörgüclü dəvəni yükləmək üçün onun belinə navar, və arqan, tək hörgüclü dəvənin
belinə isə cihaz qoyurdular. Dəvə navarı uzunluğu təxminən 1-1,2 m-ə çatan bir cüt ağac milə
dolanmış keçədən və onları birləşdirən paldımaşırmadan ibarət düzəldilirdi.
30
Dəvə güvəninin sayından asılı olaraq, navarın qolları iki, yaxud üç yerdən paldımaşırma
vasitəsilə bir-birinə bağlanırdı. Navar dəvənin hörgücləri arasında kip dayanandan sonra onun
üstü örkən ilə bağlanıb bərkidilirdi.
31
Dəvə ilə yük daşımaq üçün yükün səciyyəsindən asılı olaraq, iri ölçülü «dəvə çuvalı»ndan,
mafraş, sandıq, səbət və tuluqlardan istifadə edilirdi. Ərzaq məhsulları (taxıl, un, dən, qənd və s.)
çuvala doldurulub dəvəyə yüklənirdi. Silah, sursat, saxsı və mis qablar sandıq və səbətlərə
doldurulub dəvəyə yüklənirdi. Maye məhsulları (neft, su) tuluq vasitəsilə daşınırdı. Vaxtı ilə Bakı
nefti tuluqlara doldurularaq, ölkə daxili mahallara və uzaq şəhərlərə dəvələrlə daşınırdı.
Dəvəni yükləmək üçün hazır yük tayları bir-birindən təxminən 1,5-2 m aralı yan-yana
qoyulduqdan sonra dəvənin noxtasından tutub tayların arasına çəkirdilər. Kiçik çubuqla dəvənin
dizlərinə vurub «xıxladır» və onu tayların arasında yerə yatırdandan sonra yük taylarını dəvəyə
yaxın çəkirdilər. Daha sonra ucu ilgəgəkli örkən və çilik vasitəsi ilə tayları bir-birinə çatıb dəvəni
qaldırırdılar.
32
Dəvənin başlıca yükdaşıma vasitəsinə çevrilməsində Azərbaycanın təsərrüfat həyatında
əmtəə istehsalının üstün yer tutması faktı mühüm rol oynamışdır. Azərbaycanda istehsal olunan
ipək, kətan, pambıq, taxıl, neft, duz, barama və s. məhsullar istər daxili, istərsə də xarici
bazarlara əsrlər boyu dəvə karvanları ilə daşınmışdır.
Gədəbəy mis mədəni işə düşəndən sonra hər il buradan Rusiyaya göndərilən 40.000 puda
qədər mis Bakıyadək dəvələrlə daşınırdı.
33
İsti yay aylarında dəvə karvanı ilə, əsasən, sərin vaxtlar, çox vaxt isə gecə yarıdan sonra
hərəkət edirdilər. Gecələr yol getmək və yük daşımaq üçün dəvə karvanı ən münasib nəqliyyat
növü sayılırdı.
Ağır heyvan olmasına baxmayaraq, iri addımlara malik olan dəvə uzun müddət fasiləsiz
yol gedə bilirdi. Sürəti saatda 4-4,5 km-ə çatan yüklü dəvə bir gündə fasiləsiz 30-35 km, fasilə
ilə isə 50 km-ə qədər yol qət edirdi.
34
Səfər zamanı dəvənin yemi arpa unundan düzəldilən nuğa və yol boyu bitmiş tikanlı
bitkilərdən ibarət olurdu. Digər ev heyvanlarının xoşlayıb yemədiyi dəvətikanı bitkisini dəvə
daha iştahla yeyirdi.
35
Bu mənada dəvə yemi onun sahibi üçün çətinlik yaratmırdı.
Bir qayda olaraq, dəvə karvanı bir neçə qatara bölünürdü. Bu səbəbdən də karvanı bir neçə
nəfər idarə edirdi. Bunlardan biri «sarvan» adlanan karvan başçısından, qalanları isə onun
köməkçilərindən ibarət olurdu.
Cərgə ilə dalbadal düzülmüş qatarlarda dəvələrin hər birinin ovsarı özündən qabaqkı
dəvənin navarına bağlanılırdı. Qabaqdakı nər dəvənin ovsarının ucu isə karvanın önündə atlı,
yaxud piyada gedən karvan başçısının əlində olurdu. Karvanın sonunda gedən dəvənin
boynundan, adətən, zınqırov asılırdı. Zınqırov vasitəsi ilə karvanın ön və arxa qatarları arasında,
bir növ, əlaqə yaradılırdı. Hərəkət vaxtı zınqırov səsi kəsilərdisə, karvan başçısı dayanıb arxaya
baxır və gözləyirdi ki, onun köməkçiləri qatarların əlaqəsini bərpa etsinlər.
36
Dəvəçiliklə məşğul olan Abşeron kəndliləri neft və duzu Azərbaycanın digər bölgələrinə
çatdırmaqdan əlavə, həm də buradan əkinçilik və maldarlıq məhsullarını daşıyıb qonşu əyalətlərə
satırdılar.
37
Çoxlu dəvəsi olan kəndlilər bir qayda olaraq, çarvadarlıq peşəsi ilə güzaran
keçirirdilər. Abşeronda neft və duzun bolluğu, habelə o vaxt hələ neft kəmərlərinin mövcud
olmaması səbəbindən burada çarvadarlıq ən gəlirli peşə sahəsinə çevirilmişdi.
Keçmişdə dəvə ilə yük daşıma işində Bakı kəndləri ilə yanaşı, Şamaxı və Nuxa qəzasının
bir sıra kəndləri də xüsusilə fərqlənirdi. Onlar Azərbaycanın müxtəlif şəhərləri arasında dəvə ilə
yük daşıyırdılar. Hər il Lahıc sənətkarları üçün Gədəbəydən, Zəngəzur və digər mədənlərdən
alınan min pudlarla mis Lahıca dəvə ilə gətirilir, onların hazırladığı mis qablar dəvə karvanları
ilə müxtəlif yerlərə daşınırdı.
38
XIX əsrdə Azərbaycanda 50-60 nəfərə yaxın çarvadarı olan bir sıra kəndlər var idi. Onların
hər biri 10-12, bəzən isə 25 başa yaxın dəvə saxlayırdı.
39
XIX əsrin 80-ci illərində təkcə Şamaxı
qəzasında 4282 baş dəvə var idi.
40
İnformatorların verdiyi məlumata görə, Abşeronun Əmircan
206
və Güzdək kəndlərində 20-30 dəvəsi olan karvan sahibləri var idi. Həm də onlar təkcə ölkə
daxilində deyil, Tiflis, İrəvan, habelə Şərq ölkələrinə (İran, Türkiyə, Əfqanıstana) mal aparıb
gətirirdilər.
41
Etnoqrafik materiallardan göründüyü kimi, keçmişdə yük daşıma əməliyyatında
iribuynuzlu heyvanlar, xüsusilə kəl və öküz mühüm yer tutmuşdur. Bu hal xüsusilə köçəbə
maldarlar arasında daha geniş yayılmışdır. Məlum olduğu kimi, maldar elatlar yaylağa köçən
zaman yolun müəyyən məsafəsini araba ilə qət edir, təkərli nəqliyyatın hərəkəti mümkün
olmayan dağ yollarında isə barxana və ərzaq məhsullarını yük heyvanları vasitəsilə daşıyırdılar.
Bu fakt ədəbiyyat materiallarında daöz əksini tapmışdır.
42
Azərbaycanın dağlıq bölgələrində yükdaşımada xüsusilə öküz çox mühüm yer tutmuşdur.
Quba qəzasının Şahdağ qrupu xalqları (xınalıqlılar, qırızlılar, buduqlular ) arasında öküz əsas
yükdaşıma vasitəsi sayılırdı.
43
İribuynuzlu heyvanları qoşqu və yükə alışdırmaq məqsədi ilə onları hələ 1-2 yaşında
olarkən «buruqçu»ya burdurur,yaxud axtaladırdılar. 3-4 yaşlarından heyvanı yükə öyrətmək üçün
onun başına sicim və ya çatı ilə «buruntaq» vurulur, belinə ağır yük qoyulurdu. Yüklənmiş
heyvan bir neçə saat yedəkdə gəzdirildikdən sonra ram edilirdi.
Öküz və kəli yükləmək üçün onun belinə keçə və ya köhnə palazdan hazırlanmış
qoyulurdu. Alıq ucu doğanaqlı örkən vasitəsilə heyvanın belinə bağlanıb bərkidilirdi.
44
Dostları ilə paylaş: |