Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə181/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   177   178   179   180   181   182   183   184   ...   194
Dördtəkərli arabalar. Qoşqu qüvvəsindən asılı olaraq, dördtəkərli arabaların öküz (kəl) 
arabası; b) at arabası; v) uzunqulaq arabası olmaqla üç tipoloji növü yaranmışdır.  
Azərbaycanda dördtəkərli öküz arabasının qoşqu üsuluna görə, bir-birindən müəyyən qədər 
fərqlənən iki əsas növü - «yedəkli» və «çəkəcəkli» araba təşəkkül tapmışdır. Bunlardan birincisi 
dövr etibarilə daha qədim tarixə malik olub, yeni eradan xeyli əvvəllər meydana gəlmiş və XX 
əsrin ortalarına qədər işlənmişdir. Bu tip arabaların Zaqafqaziya ərazisində miladdan xeyli əvvəl, 
hələ ikinci minilliyin ortalarından istifadə edildiyi güman edilir.
48
  
Etnoqrafik çöl materialları  əsasında dördtəkərli nəqliyyatın bu növünün dal və qabaq 
oxlarından, onlara keçirilmiş iki cüt təkərdən, zor ağacı, paçalar, dördbucaqlı ban, çəkəcək və 
boyunduruqdan ibarət mürəkkəb quruluşa malik olması müəyyənləşdirilmişdir. Dördtəkərli 
arabanın mütəhərrik gövdəsi dal və qabaq olmaqla, iki ədəd «əyri»dən, bir cüt tardan və iki ədəd 
döşəkdən ibarət olmuşdur. Arabanın qabaq və dal oxları zor ağacı vasitəsi ilə bir-birinə 
birləşdiriləndən sonra onun üzərində ban qurulurdu. 
Dördtəkərli arabanın banı sağ  və sol məhəccərdən, onları dik saxlayan dörd ədəd 
dayaqdan, dal və qabaq qapaqlarından ibarət idi. Arabanın dal və qabaq oxları çəkəcək vasitəsilə 
birləşdirilirdi. Çəkəcək ağası bir cüt  paça  vasitəsi ilə dal oxu sabit vəziyyətdə saxlayırdı. 
Çəkəcəyin qabaq başı işgil vasitəsi ilə qabaq oxun yastığına birləşdirilirdi.  
Dördtəkərli öküz arabalarının bu tipinin yaran- masında XIX əsrin ortalarında Azərbaycana 
köçürülən rus təriqətçilərinin gətirdikləri furqonlar mühüm rol oynamışdır.  
Dördtəkərli arabaların digər bir tipoloji növü də tək at qoşulmuş əskeşli araba idi. Bu tip 
arabalar Azərbaycana XIX əsrin ortalarında rus təriqətçiləri tərəfindən gətirilmişdir. Ona görə də 
çox vaxt xalq arasında ona «Malakan arabası» da deyilir. Quruluş etibarilə o, dördtəkərli öküz 
arabası ilə tipoloji oxşarlıq təşkil edirdi. Onların arasında  əsas fərq qoşqu üsulunda nəzərə 
çarpırdı. Belə ki, öküz arabası qabaq oxa bərkidilmiş «yedək» vasitəsilə boyunduruğa qoşulurdu. 
Həm də öküz arabasında yedəyin qolları qayçısayağı birləşdirdiyi halda, əskeşli at arabasının 
qoşa qolları paralel vəziyyətdə aralı qalırdı. Digər tərəfdən dördtəkərli at arabasının qoşqu 
ləvazimatı uzun cilovlu yüyən, gərdənbənd, gövdəbənd, qaltaq və qövsdən ibarət idi. 
Dördtəkərli at arabalarının təkmil növlərindən biri də «furqon» adı ilə yayılmışdır. Furqona 
çox vaxt bir cüt, bəzən isə üç və ya dörd baş at qoşulurdu. Təkərli nəqliyyatın bu növü alman 
kolonistləri və rus təriqətçilərinin Azərbaycana köçürülməsindən sonra XIX əsrin ortalarında  
dəb düşmüşdür. 
XIX  əsrin 80-cı illərinə aid statistik faktlar göstərir ki, Yelizavetpol (Gəncə-A.M.) 
qəzasının Yelenendorf, Annenfeld və Bayan kəndlərində yaşayan almanlar ildə 300 furqon 
düzəldirdilər.
49
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin