213
üzərinə salğar sərirdilər.
Qədim insanlar yükdaşıma əməliyyatı zamanı bəsit su nəqliyyatı vasitələrinin (kötük və
ya salın) çatışmayan cəhətini aradan qaldırmağa çalışmışlar. Onların həcm tutumunun kifayət
etməməsi, burun hissəsinin küt olması səbəbindən suda yaxşı şütüməsi, habelə axının köməyi ilə
istiqamətini lazımi səmtə meylləndirmək imkanının məhdud olması onları daima
narahat
etmişdir. Bu əməli səylər çay nəqliyyatının daha təkmil növlərinin, tutumlu yükdaşıma
vasitələrinin yaranmasına gətirib çıxarmışdır.
Kolaz. Yükdaşıma ilə bağlı əməli səylər nəticə etibarı ilə içərisi yonulub tutumlu hala
salınmış təkgövdəli çay nəqliyyatı vasitəsinin yaranması ilə nəticələnmişdir. Çay nəqliyyatının
bu növünün meydana gəlməsində keçmişdə ölkədə əlaqə yollarının zəif inkişafı və böyük xərc
tələb edən tağlı körpülərin mövcud olmaması faktı da mühüm rol oynamışdır.
Qayığın bu tipi bütöv ağac kötüyündən, ən çox isə qovaq ağacından yonulub müvafiq
formaya salınırdı. Azərbaycan
etnoqrafik gerçəkliyində o, daha çox «kolaz» adı ilə tanınmışdır.
Kolaz düzəltmək üçün qovaq kötüyünün (boyu 4-5 m, diametri isə 2 m altı yastı və hamar
şəkildə yonulurdu. Bu onun suya az batmasını təmin etməklə, həm də suyun müqavimətini
azaltmağa imkan verirdi.
Kolazın arxa tərəfi enli, qabaq hissəsi (burnu) isə dar, həm də yuxarıya doğru maili
formada düzəldildiyindən onun gövdəsinin su ilə təması xeyli azalırdı. Kolazın belə forması
onun hərəkətini asanlaşdırıb surətini artırmağa imkan verirdi.
Kolazı tutumlu hala salmaq üçün onun içərisi
kərki, balta, iskənə kimi kəsici və yonucu
alətlərlə yonulub çıxarılırdı. Həmin alətlər kolazın erkən dəmir dövründən
gec olmayaraq peyda
olduğunu söyləməyə əsas verir. Görünür, antik dövrdən etibarən kolazın yonma texnikası xeyli
təkmilləşmişdir.
Hazırlandığı ağac kötüyünün boyndan asılı olaraq, kolazın müxtəlif ölçülərinə təsadüf
edilir. Kolazın uzun ölçülü (5-6 m) növü Kürboyu kəndlərdə «nebit» adı ilə qeydə alınmışdır.
Kolaz, adətən, kiçik və orta ölçülərdə, 2-3 və 4-5 m uzununda hazırlanırdı.
Kolazı, adətən
çəpçi (çəpkeş) adlanan 1 nəfər idarə edirdi. O, kolazın arxa tərəfində ayaq
üstə dayanıb çəp vasitəsi ilə onun hərəkət istiqamətini tənzimləyirdi. Ona görə də kolazın arxa
tərəfi xeyli enli olub, çəpçinin sərbəst və rahat dayanmasına imkan verirdi.
Kiçik ölçülü kolazdan fərqli olaraq, böyük kolazı (nebiti) iki nəfər müştərək idarə edirdi.
Belə halda çəpçi yenə də kolazın arxasında, «avarçı» adlanan kürək
çəkən isə qabaq tərəfdə
düzəldilmiş oturacaqda əyləşib
avar (kürək) vasitəsilə onu irəliyə doğru hərəkət etdirirdi. Bunun
üçün də o, avarı gah sağdan, gah da soldan suya batırıb qabaqdan geriyə doğru çəkirdi.
Kolaz həm tək, həm də qoşa avarla hərəkət etdirilirdi. Qoşa avarlı böyük kolazı idarə
etmək üçün onun üst kənarının orta hissəsinə «kürşün» adlanan bir cüt dayaq bərkidilirdi. Avar
«kürşün bağı» vasitəsi ilə kürşünün sərbəst başına bağlanırdı.
55
Bir qayda olaraq, kolaz çayın «bərgah» adlanan sakit axına malik sahilində saxlanılırdı.
Kolaz idarə olunan ənənəvi su nəqliyyatı vasitələrinin ən qədim növlərindən olmaqla
uzun müddət özünün əməli əhəmiyyətini itirməmişdir. Kür çayının orta və aşağı axarı boyunca
yerləşən kəndlərdə o, indi də işlənməkdədir.
56
Dostları ilə paylaş: