227
çaylar daşqın zamanı evlərə və həyətyanı təsərrüfatlara zərər yetirməsin deyə, şəhər daxilində
onların məcrası daş hörgülü
bəndə salınırdı. Belə halda şəhərin sağ və sol sahillərindəki
məhəllələri arasında
gediş-gəliş yaradan tirli, yaxud daş (kərpic) tağ-körpülər salınırdı.
Tirli körpülərin nisbətən təkmilləşdirilmiş mükəmməl növü
pərdibasma dayaqlara malik
körpü olmuşdur. Körpünün bu növü həm də təkərli nəqliyyat vasitələrinin keçməsini təmin
edirdi. Bunun üçün əvvəlcə çayın dar axınlı sahilində pərdibasma dayaq düzəldilirdi. Bu
məqsədlə çayın sahilində bir cərgə nərdi düzəndən sonra onların üstündən köndələn pərdilər
döşənirdi. Növbəti pərdi düzümləri bu qayda ilə üst-üstə quraşdırılarkən üst pərdilər alt
qatdakından bir qədər qabağa çıxırdı. Bunun sayəsində dayaq quraşdırıldıqca, həm yuxarı qalxır,
həm də tədricən irəliyə doğru çıxıb pərvaz forması kəsb edirdi.
Beləliklə, dayaqların yuxarı
hissəsi bir-biriniə yaxınlaşır.
Pərdibasma dayaqlar hazır olandan sonra onların üzərinə yoğun tirlər uzadılırdı. Körpünün
aşırımını əmələ gətirən tirlər düzülüb qurtarandan sonra onların üzərinə köndələn vəziyyətdə
pərdilər döşənirdi. Minik və qoşqu heyvanlarının pərdi döşəməyə təsirini azaltmaq üçün
körpünün üstü xır və ya xırqatışıq torpaqla örtülürdü.
Ağac körpülərə nisbətən
tağlı daş və ya kərpic körpülər qismən az yayılsa da, mükəmməl
memarlıq quruluşuna və uzun ömürlü olmasına görə diqqəti cəlb edirdi.
Minik-yük heyvanlarının və təkərli nəqliyyat vasitələ- rinin keçməsinə imkan verən tağlı
körpülər maneənin səciyyə sindən asılı olaraq, müxtəlif uzunluqda inşa edilirdi.
Elə bu səbəbdən
də tağlı körpülərin çox aşırımlı tikilirdi. Çoxaşırımlı körpülərin tipik nümunəsi sayılan Araz çayı
üzərində salınmış 11 və 15 aşırımlı Xudafərin körpüləri tanrı möcüzəsi kimi, orta əsr körpü
salma təcrübəsindən soraq verir.
XIX əsrin son qərinəsində çəkilmiş Şuşa-Zəngəzur yolu üzərində 4 ədəd tağlı daş körpü
tikilmişdir.
129
Bu sayaq tağlı daş körpülər XIX əsrdə digər poçt yolları üzərində də inşa
olunmuşdur. Onların bir qismi yaxın keçmişədək qalmaqda idi.
Azərbaycanda ilk çuqun körpü XIX əsrin 70-ci illərində Gəncəçay və Akstafa çayları
üzərində tikilmişdir.
130
Bundan əlavə, Bakı-Tiflis dəmir yolunun çəkilməsi ilə əlaqədər bir sıra
körpülər, o cümlədən Kür çayının üstündən Poylu və Yevlax yaxınlığında
metal dayaqlı iki
möhtəşəm körpü salınmışdır. Belə körpülər 1900-cü ildə istifadəyə verilən Dərbənd-Bakı
dəmiryolu xətti boyunca da salınmışdır.
Azərbaycanda «cisir» adlanan yeganə ponton körpü növü Kür çayı üzərindəki məşhur
Cavad keçidində qeydə alınmışdır. 14 ədəd iri və 14 ədəd xırda kolaz üzərində quraşdırılmış və
200 arşın uzunluğunda olan bu yığamat körpü növü hələ orta əsrlər dövründə məlum idi.
131
Yaz
daşqınları zamanı sel aparmamaq üçün sökülüb saxlanılan cısırdən XIX əsrin əvvəllərinə qədər
istifadə olunmuşdur.
132
Dostları ilə paylaş: