Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə190/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   186   187   188   189   190   191   192   193   194
Magistral yollar.  Əyalət və ölkə  əhəmiyyətli magistral yolların və onlara qovuşan kənd 
yollarının vəziyyəti sabit qalmayıb arabir dəyişirdi. Köhnə siyasi-inzibati, yaxud sənət və ticarət 
mərkəzi olan iri şəhərlər tənəzzülə  uğrayıb yeniləri ilə  əvəz olunduqca magistral yolların 
istiqaməti dəyişirdi. Qəbələ, Bərdə, Beyləqan, Qədim Gəncə, Mehpəvan, Şirvan, Şabran, Zəyəm, 
Mahmudabad və b. şəhərlərdən keçən qədim və orta əsr yollarının aqibəti bunu aydın göstərir. 
XIX əsrin əvvəllərində, rus işğalı nəticəsində Tiflis şəhəri Qafqaz canişinliyinin mərkəzinə 


 
 
223
çevriləndən sonra buradan başlanan magistral yolların abadlaşdırılmasına diqqət artırılmağa 
başlamışdır. O zamankı Qafqaz canişini general Yermolovun göstərişi ilə Tiflis-İrəvan magistral 
yolunun yenidən qurulmasına başlandı. 250 verstə qədər məsafəsi şosseləşdirilmiş bu yolun bir 
hissəsi Azərbaycan  ərazisindən keçirdi. Həmin yol Ağstafa poçt məntəqəsinə çatandan sonra, 
Gəncədən keçməklə, Bakı istiqamətinə şaxələnirdi.
110
  
XIX əsrin ikinci yarısından etibarən Bakının iqtisadi qüdrətinin artması, siyasi-inzibati və 
mədəni-ticarət mərkəzinə çevrilməsi ilə əlaqədər olaraq, yeni quberniya mərkəzini ölkənin digər 
əyalət  şəhərləri ilə birləşdirən magistral əlaqə yollarının  əhəmiyyəti artmışdı. Bakı-Quba-
Dərbənd, Bakı-Salyan-Lənkəran, Bakı-Gəncə-Tiflis, Bakı-Yevlax-Şuşa, Bakı-Şəki-Zaqatala kimi 
magistral əyalət yolları fəaliyyət göstərirdi. Bunlardan əlavə, Şamaxı-Hacıqabul-Salyan, Şamaxı-
Ağsu-Kürdəmir,  Şamaxı-Göyçay-Ucar yolları özlərinin iqtisadi-ticarət  əhəmiyyətini hələ  də 
itirməmişdir.
111
  
XIX  əsrin 20-ci illərində Azərbacanda  poçt xidmətlərinin meydana gəlməsi poçt yolları 
şəbəkəsinin genişləndirilməsi üçün əlverişli  şərait yaratmışdır. Həm də  çapar xidmətinə malik 
olan poçt yollarının çoxu köhnə magistral yollar zəminində qurulurdu.
112
 Daha doğrusu, qədim 
və orta əsrlər dövründə salınmış sabiq araba  yolları abadlaşdırılıb daş döşəməli yollara 
çevrilirdi. 
Əsas vəzifəsi poçt rabitəsi xidmətlərindən ibarət olmasına baxmayaraq, post yolları, 
qismən də olsa, abad halda olmaları  səbəbindən ölkənin ayrı-ayrı  məhəlli  əraziləri arasında 
iqtisadi və mədəni əlaqələrin genişlənib möhkəmlənməsinə yardım etmişdir. 
Köç yolları.  İqtisadi  əhəmiyyətinə görə ölkədaxili  əlaqə yolları arasında qışlaq və 
yaylaqları bir-birinə qovuşduran ənənəvi köç yolları xüsusi yer tuturdu. Məhəlli səciyyə daşıyan 
koç yollarının bir qismi dağların  ətəyinə  qədər araba yolları ilə üst-üstə düşür, sonra təkərli 
nəqliyyatın hərəkəti mümkün olmadığı üçün yaylağa qədər minik-yük heyvanlarının gedə 
biləcəyi darısqal piyada cığırları ilə davam edirdi. Bu sayaqla təhlükəli cığırlardan ibarət olan 
yaylaq yolları təkərli nəqliyyat üçün yararlı olan qışlaq (aran) yollarından fərqlənirdi. Bununla 
belə, köç yolunun hər iki mərhələsinin özünəməxsus çətinlikləri və üstün cəhətləri var idi. Həm 
də  qışlaq (aran) yollarından fərqli olaraq, yaylaq yollarının çoxunun özünə  məxsus adları 
yaranmışdır. Bu yolların adı ya onların vəziyyətindən («Naltökən», «Qatıruçan», 
«Səbətkeçməz», «Təngi» və s.), ya da yaylaqların adından («Lilpər», «Gəlinqaya», «Quşdonan», 
«Cantəpə», «Xaçbulaq», «Dəli dağ», «Soyuqbulaq», «Qırxbulaq», «Dibrar», «Sarıdaş» və s.) 
götürülürdü. 
Məlum olduğu kimi, Kür çayı Azərbaycan  ərazisindən keçərkən ovalığı iki hissəyə 
böldüyündən onun sol sahili boyundakı  qışlaqlar Baş Qafqaz sıra dağlarındakı yaylaqlara, sağ 
sahilindəki Mil, Qarabağ, Muğan düzlərinin maldarları isə Kiçik Qafqaz yaylaqlarına qalxırdılar. 
Ona görə  də, köç yollarının bir qrupu şimal, digər qrupu isə  cənub-qərb istiqamətinə doğru 
uzanırdı. Bu cəhətdən yalnız Kürün sol sahilindəki Qarayazı  və Ceyrançöl qışlaqlarından 
başlanan köç yolları istisnalıq təşkil edirdi. 
Qarayazı və Ceyrançöl qışlaqlarının maldar elatları Kür keçidlərini (Şıxlı, Salahlı, Poylu, 
Qıraq Kəsəmən) keçib qərb və  cənub-qərb istiqamətində uzanan köç yolları ilə Kiçik Qafqaz 
yaylaqlarına qalxırdılar.  Ədəbiyyat məlumatlarından bəlli olduğu kimi, Kür çayının Qazax 
qəzasına məxsus sol sahili qışlaqlarından başlanan köç yolları 6 marşrut üzrə yaylaqlara qalxıb 
enirdi. 
Şıxlı-Qalaçı marşrutu ilə  hərəkət edən maldarlar Gəmiqayası keçidini gəmi-bərə ilə 
keçəndən sonra Qulp çayının sahilinə çatanda iki istiqamətdə ayrılırdı: onlardan biri Çətir-dağa 
qalxmaqla, Borçalı qəzasında Babacan vadisinə, digəri isə Aleksandropol qəzasında Ələp dağına 
istiqamət alırdı. 
Şıxlı və Salahlı keçidləri vasitəsilə Aslanbəyli kəndinə çıxan ikinci bir köç yolu yenə də 
Balakənd və Borana yolu olmaqla iki şaxəyə ayrılırdı. 
Kürü Poylu və Qıraq Kəsəmən keçidləri vasitəsilə keçənlər Qazax yolu ilə Ağstafa çayı 
boyunca, Dilcan dərəsi ilə üzü yuxarı uzanıb gedirdi. Uzuntala kəndini keçəndən sonra yol uzunu 
xırda cığırlara ayrılıb yaylaqlara qalxırdılar. 
Nəhayət, axırıncı yol Qırax Kəsəmən keçidini keçəndən sonra Həsənsu çayının vadisi ilə 


 
 
224
Murğuz dağına qalxırdı.
113
  
Bu cür çoxşaxəli köç yolları digər bölgələrin qışlaqlarını da səfalı yaylaqlara 
qovuşdururdu. Məsələn, Gəncə yaylaqlarına 11 köç yolu qalxırdı. Bunlardan ən başlıcası 
Yasamal aşırımından keçən «Yasamal yolu» idi. Çardaxlı, Gədəbəy, Qalakənd və Çayqarışandan 
keçən bu yolun 90 km-ə  qədəri təkərli nəqliyyat üçün əlverişli idi. Gəncəbasar qışlaqlarından 
başlanan digər bir köç yolu Gəncəçay vadisi ilə üzü yuxarı, «Naltökən yolu» ilə Xaçbulaq və 
Çobandağ yaylaqlarına qalxırdı.
114
 
Qarabağın elat əhalisinə məxsus qışlaq və yaylaqlar kimi, onları qovuşduran köç yolları 
da çox idi. Qarabağın çoxsaylı elat tayfa və tirələrinin az qala hər birinin özünə  məxsus köç 
yolları  və marşrutları yaranmışdı. Murovdağ yaylaqlarına 6, Qırxqız yaylaqlarına 2, Girs və 
Ziyarət yaylaqlarına gedən ayrıca bir köç yolu olmuşdur.
115
  Şuşa qəzasında Qaradolaqlar 
Əskəran vadisi ilə  Qırxqız yaylaqlarına, yaxud Xaçın yolu ilə Girs yaylaqlarına qalxırdılar.
116
 
Sonuncu yoldan ən çox Cavanşir qəzasının elatları istifadə edirdilər.  
Koç yollarının bir qismi kənd yolları ilə çarpazlaşırdı. Bu onların iqtisadi-ticarət 
əhəmiyyətini daha da axtarırdı. Bunun nəticəsində aran kəndlərinin oturaq əhalisi  əkinçilik 
məhsullarını (taxıl, çəltik, meyvə, bostan bitkiləri) maldar elatlara satmaq və onların 
heyvandarlıq məhsullarına (yağ, pendir, şor, ət, yun, dəri və s.) dəyişmək imkanı əldə edirdilər. 
Koç yolları üzərində yerləşən kənd və şəhərlərin əhalisi də bundan böyük fayda götürürdü. Koç 
yolları sayəsində onlar həm ucuz xammal əldə edə bilir, həm də istehsal etdikləri məmulatları 
satmaq üçün maldar elatların timsalında özlərinə sərfəli müştəri tapırdılar.
117
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin