Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə193/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   186   187   188   189   190   191   192   193   194
Rabitə vasitələri. Azərbaycanın özünə məxsus ənənəvi rabitə vasitələri təşəkkül tapmışdır. 
Bəsit rabitə növlərinin bir qismi burada XIX əsrin əvvəllərinədək, başqa sözlə, Rusiya tərəfindən 
poçt xidməti təşkil olunana qədər özünün əməli əhəmiyyətini itirməmişdir.  
Məlum olduğu kimi, insanlar iqtisadi güzəranlarını, sosial-mədəni tələbatlarını  təmin 
etmək üçün bir sıra zəruri məlumatları uzaq məsafədən bir-birinə çatdırmaq məcburiyyətində 
qalırdılar. Ölkənin inzibati-idarə sistemi ilə bağlı informasiyaların yerlərə ötürülməsi, yaxud 
müharibə və digər təhlükəli xəbərlərin əhaliyə çatdırılması, ölkə başçısının əmr və fərmanlarını 
yaymaq üçün tarix boyu bəsit rabitə vasitələrinə kəskin ehtiyac duyulmuşdur. Bu mənada rabitə 
vasitələrinin vəziyyəti ölkənin mədəni inkişafının bir növ göstəricisi sayılırdı. Ölkə  əhalisinin 
normal təsərrüfat fəaliyyətinin təşkili, nəqliyyat və sənaye istehsalının idarə olunması, ictimai və 
mədəni-maarif işlərinin nizamlanıb yoluna qoyulması xeyli dərəcədə rabitə vasitələrindən asılı 
idi.  
Qədim zamanlardan başlayaraq, insanlar lazımi məlumat və xəbərləri uzaq məsafədən bir-
birlərinə çatdırmaq üçün daima sərfəli rabitə vasitələri axtarmışlar. Onlar bu məqsədlə ilk vaxtlar 
müxtəlif növ səs siqnallarından istifadə etməli olmuşlar.  Təbil, gərənay  və digər zərb, yaxud 
nəfəsli alətlər, həyəcanlı  xəbərləri çatdırmaq üçün ilk bəsit rabitə vasitəsi rolunu oynamışdır. 
Hətta bəzən adamların uzaq məsafədən bir-birini ucadan səsləmə yolu ilə çağırması da bəsit 
rabitə vasitəsinə çevrilmişdir. Lakin səs siqnalı vasitəsi ilə  hər hansı bir məlumatın ötürülməsi 


 
 
228
məsafə baxımından məhdud səciyyə daşımışdır. Elə bu səbəbdən də bu və ya digər xəbəri bir 
qədər uzaq məsafəyə çatdırmaq üçün səs siqnalını işıq (tonqal), bayraq və ya əl-qol hərəkəti ilə 
əvəz etmişlər. Hətta bu məqsədlə öyrədilmiş göyərçin də  məlumat ötürücüsü kimi istifadə 
edilmişdir. Bunun üçün göyərçinin ayağana rəmzi məna daşıyan müxtəlif rəngli ip, parça tikəsi, 
pitik və s. bağlamaqla bu və ya digər xəbər lazımi ünvana çatdırılırdı. 
Yazının meydana gəlməsindən  əvvəl yaranmış bu bəsit rabitə vasitələrinin bir qismi son 
vaxtlaradək özlərinin  əməli  əhəmiyyətini itirməmişdir. Hətta məscid minarələrindən hər gün 
müəzzin tərəfindən ətrafa yayılan azan sədaları da səsli rabitənin bir növü idi. Bu yolla Quranda 
yazılan kəlamlar müsəlmanlara çatdırılırdı. 
Arxaik rabitə vasitələrindən biri də  tonqal olmuşdur. Adətən, uzaq ətraflardan yaxşı 
görünmək üçün tonqal hündür yerlərdə, çox vaxt uca dağların başında yandırılırdı. Həm də bu 
həyəcan siqnalı tək tonqalla deyil, zəncirvari görünüş düzümü əmələ gətirən tonqallar vasitəsi ilə 
çatdırılırdı. Tonqallardan qalxan tüstü dumanının qəlizliyi düşmən ordusunun çoxsaylı olduğunu 
bildirirdi. 
Uzaq məsafələrə xəbər çatdırmaq üçün ən etibarlı rabitə vasitəsi «qasid», «şatır», «carçı», 
«çapar», «salayçı» və s. adlarla bəlli olan peşəkar xəbər yayanlar olmuşdur. Bu peşələrin çoxu 
rəsmi sənəd, fərman və sərəncamları vaxtlı-vaxtında çatdırmaq məqsədi ilə yaranmışdır. 
İnsanlardan rabitə vasitəsi kimi istifadə olunması çox qədim tarixə malikdir. Hələ qədim 
zamanlarda insanlar vacib xəbərləri yaxın tanışları vasitəsi ilə «ismarıc» yolu ilə lazımi ünvana 
çatdırırdılar. Xəbərin etibarlı çatdırılmasını  və  məxfi qalmasını təmin etmək üçün, adətən, onu 
şifahi qaydada, yaddaş vasitəsilə göndərirdilər. Hətta keçmişdə  səlahiyyətli  şəxslərin, xüsusilə 
yüksək vəzifəli məmurların hər birinin özünə məxsus şəxsi qasidi olurdu. Onlar lazımi məlumat 
və xəbərlərin vaxtında öz ünvanına çatdırılmasına məsuliyyət daşıyırdılar. 
Qasid həm piyada, həm də minik nəqliyyatı ilə hərəkət edirdi. Piyada qasid yüksək vəzifəli 
məmur və ya hökmdarlara məxsus olduqda «şatır» adlanırdı. Şatırçılıq peşəsi yüksək fiziki güc 
və dözüm tələb etdiyindən o, uzun müddətli təlim və  məşq yolu ilə hazırlanırdı. İdmançı kimi 
yetişdirilmiş şatır yüngül ayaq və əyin geyimi ilə seçilirdi.  
Atlı qasid minik vasitəsi ilə hərəkət etdiyindən çox vaxt «çapar» adlanırdı. Keçmişdə rəsmi 
dövlət xəbərlərinin tez çatdırılmasını  təmin etmək üçün yolun hər mərhələsində  çaparxana  və 
minik atları saxlanılırdı. Bəzən növbəti çaparxana karvansaraya təsadüf edirdi. Çatdırılmalı 
xəbər təcili səciyyə daşımadıqda çapar karvansara və ya çaparxanada gecələyib, ertəsi gün yola 
düşürdü. Çapar təcili xəbər çatdırmalı olduqda yorğun atını  dəyişməklə, dincəlmədən yolunu 
davam etdirirdi.  
Bəzən qasid elçi qismində, heyət halında göndərilirdi. Belə olan halda onu dəvə karvanına 
qoşub yad ölkəyə göndərirdilər. Bu onların təhlükəsizliyinə müəyyən qədər təminat yaradırdı. 
Carçı uca səslə müəyyən bir xəbəri camaata car çəkib bildirən peşə sahibi olub ən çox 
bazarlarda fəaliyyət göstərirdi. Keçmişdə camaatın gur olduğu bazar və meydanlarda rəsmi 
xəbərləri yaymaq ənənə halını almışdı. Onlar rəsmi dövlət sərəncamlarından  əlavə, yerli 
məlumatları da əhali arasında elan edib yayırdılar. Çarçılar bir növ sonralar yaranmış dövri 
mətbuatın xəbər yayma vəzifəsini yerinə yetirirdilər.  
Yazı meydana çıxandan sonra məktub  ənənəvi rabitə vasitələrinin  ən etibarlı  və mötəbər 
növünə çevrilməyə başlamışdır. Elə kağız üzərinə köçürülmüş ümdə  xəbər və  məlumatların 
məktub formasında ünvanlara çatdırılması  zərurəti ilə bağlı poçt  xidməti meydana çıxmışdır. 
Həm də müntəzəm və mütəşəkkil səciyyə daşıyan rəsmi rabitə vasitəsi olmaq etibarilə poçt 
xidmətlərinin vəzifəsi təkcə məktubları ünvanlara çatdırmaqla məhdudlaşmamışdır. Poçt vasitəsi 
ilə digər əməliyyatlar, o cümlədən müxtəlif növ bağlama, maliyyə sənədləri və s. də göndərilirdi.  
Qeyd etmək lazımdır ki, Şərqdə ilk poçt xidməti Əhəməni hökmdarı I Daranın (e.ə. 522-
486-cı il) hakimiyyəti dövründə təşkil olunmuşdur.
 133
 Azərbaycanda poçt xidməti  XIX əsrin 30-
40-cı illərində çar Rusiyasının rəsmi rabitə sisteminin tərkib hisəsi kimi yaranmışdır. Poçt yolları 
üzərində hər 25-30 verst məsafədə «yamxana» və ya «çaparxana» adlanan poçt stansiyaları təşkil 
olunmuşdur. Yamxanalar həm də poçt xidməti işçiləri və sərnişinlər üçün mehmanxana rolunu 
oynayırdı. Burada, habelə at tövləsi, ehtiyat qoşqu və minik atları, mehtərlər, nalbənd və b. peşə 
adamlarına da təsadüf edilirdi. 


 
 
229
Ənənəvi rabitə vasitələrindən biri də toy-nişan dəvətnamələrini, yaxud yas mərasimlərində 
mərhumun ölüm xəbərini qonşu kəndlərə, qohum-əqrəbaya, dost-tanışlara çatdıran xüsusi salayçı 
və  xəbərçilər olmuşdur. Belə  xəbərləri yaymaqla məşğul olanlar Abşeron bölgəsində «dəsti-
fərman», Qarabağda «şatır», Lənkəran bölgəsində «salayçı» adlanırdı. 
XIX əsrin 60-cı illərində Azərbaycanda teleqraf rabitəsinin əsası qoyulmağa başlamışdır. 
1864-cü ildə Tiflisdən Naxçıvana ilk teleqraf xətti çəkildi. Qafqaz canişinliyinin mərkəzi olan 
Tiflis  şəhəri 1868-ci ildən etibarən Bakı,  Şəki, Gəncə  və b. şəhərlərlə teleqraf xətti ilə 
birləşdirilirdi. Gədəbəy mis zavodundan Gəncəyə 60 verst uzunluğunda teleqraf xətti çəkildi. 
1879-cu ildə  Xəzər dənizinin dibi ilə Bakıdan Krasnovodsk şəhərinə teleqraf kabeli çəkilməsi 
başa çatdırıldı. 1886-cı ildə Bakıda ilk telefon xətti çəkilməyə başlandı.
134
  
Bununla belə, XIX əsrin sonu və XX əsrin  əvvəllərində Azərbaycanda poçt-teleqraf 
idarələrinin sayı yenə  də az olub əhalinin tələbatını ödəyəcək səviyyədə deyildi. Onların çoxu 
Bakıda cəmləşmişdi. 1903-cü ildə Yelizavetpol quberniya- sında cəmi 23 poçt-teleqraf idarəsi 
var idi.
135
 
Azərbaycanda poçt-teleqraf xidmətinin yaradılması mahiyyət etibarilə çarizmin 
müstəmləkəçilik idarə üsulunun təkmilləşdirilməsinə xidmət etsə  də, yerli əhali üçün o, 
mütərəqqi əhəmiyyət kəsb edirdi. 
Ölkədə rabitə xidmətinin artmasında realnı  məktəblərin, müəllimlər seminariyasının, 
texnikum və peşə  məktəblərinin açılmasının mühüm rolu olmuşdur. Ziyalıların və  təhsilli 
adamların sayı artıqca həm poçt-teleqraf müştərilərinin sayı çoxalır, həm də rabitə xidməti 
sahəsinə yerli kadrlar cəlb olunurdu. Bütün bunların sayəsində poçt əməliyyatları genişlənir, poçt 
vasitəsi ilə  məktub, pul baratları, bağlama və digər  əmanətlərin göndərilməsi barədə  əhali 
arasında yeni təsəvvürlər əmələ gəlir, rabitə xidməti canlanırdı. Şəhər küçələrindən asılmış poçt 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin