221
kənd, qəsəbə, yaylaq və qışlaq obalarını bir-birinə qovuşduran quru yolları minilliklər boyu
örtüksüz, təbii halında qalmışdır.
Daş və ya
çınqıl örtüklü yollar burada yaxın keçmişdə, XIX
əsrin ikinci yarısından sonra peyda olmağa başlamışdır. Mütəmadi
poçt rabitəsi və sərnişin
daşınmasının meydana gəlməsi
döşəməli yolların salınmasına təkan vermişdir. Elə bu səbəbdən
də,
asfalt yolların salınmasına qədər daş döşəməli yollar «poçt» və ya «şosse» yolu adı ilə
tanınırdı. Yük dövriyyəsi və yükdaşıma əməliyyatları artdıqca şosse yolları şəbəkəsi də
genişlənib saxələnmiş və çoxalmışdır.
Dostları ilə paylaş: