Allahyar xocali


BİZƏ ÖZÜMÜZÜNKÜLƏR DƏ ATIRDI



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə5/56
tarix02.01.2022
ölçüsü1,26 Mb.
#2532
1   2   3   4   5   6   7   8   9   ...   56
TALEHİN TALE YAZISI 

 

Taleh Quliyev 1966-cı il iyulun 26-da dünyaya gəlmişdi. 1992-ci il fevralın 26-da həyatla vidalaşdı. 

Təkcə özümü həyatdan getdi? Xeyr! Bu gün Talehin ata ocağı söndü. Özü öldüsə  də, ona qədər erməni 

quldurunu da cəhənnəmə vasil etdi. Taleh ata ocağının qisasını elə bu döyüşdə almışdı. O döyüşürdü, çalışırdı 

ki, hamını xilas etsin. Ancaq bilmirdi ki, xilasına çalışdığı adamlardan atası  Zəkaranı, anası  Şuranı, bacısı 

Zərifəni,   böyük bacısı   Elmiranın 17 

[17-18]

 yaşlı oğlu Mahiri, onun atasını, qardaşı Əkbəri, Əkbərin 7 yaşlı 

qızı Sevinci və özünün körpə balası Samirəni də itirəcək. Talehin həyat yoldaşı, Talehin ölümündən sonra 

dünyaya gəlmiş balaca Zərifənin anası Ramilənin fevralın 26-sı gününü xatırlamalarından: 

— Camaat Xocalıdan çıxmaq qərarına kələndə Talehgil hələ də postlarda düşmənin şəhərə girməsini bir 

az da ləngitməyə çalışırdı. Saat üçə işləmiş o, qəlib bizi tapdı. Qadınların, uşaqların çaydan keçməsinə Valehlə 

birlikdə köməklik göstərdi. Ağdam tərəfə  gəlirdik.  Əsgəran—Naxçıvanik yolunun üstünə çatanda ermənilərin 

bir BTR-i gəldi. Camaat vahimələnərək bir çökəkliyə tökülüşdü. Biz bir müddət bir-birimizi itirsək də, yenidən 

tapışdıq. O, bizi asfaltın bu üzünə keçirmək istəyəndə atışma başlandı  və  mən üç yerdən yaralandım. Samiri 

kürəyimə şələləmişdim. Mənə atılan qüllələrdən biri də onu ölümcül yaraladı. Biz Qaraqayaya tərəf irəliləyirdik. 

Birdən qayanın üstündə iyirmiyə kimi erməni göründü və əl edib, bizi yanlarına çağırdılar. Bu vaxt Xocalı polis 

idarəsinin  əməkdaşı  Əbülfət  Əliyev də  gəlib bizim yanımıza çıxdı. Burda yüzə kimi arvad-uşaq var idi. 

Ermənilərin çağırışına əməl etmədikdə onlar bizə atəş açdı. Erməni silahlıları çox, bizimkilər isə iki nəfər idi. 

Talehlə Əbülfət də onları atəşə tutdu. Talehin patronu qurtardı. O,

 

Əbülfətin avtomatını götürdü. Çünki Əbülfət 



üç-dörd yerdən ağır yaralanmışdı. Ermənilərin bir neçəsi öldürüldü. Lakin tezliklə  Əbülfətin avtomatının da 

güllələri qurtardı. Taleh özündəki yeganə qumbaranı atıb, dörd erməni öldürdü. Ermənilərin bizə atdıqları 

qumbara isə çoxlu arvad-uşağın ölməsinə  səbəb oldu. Sağ qalmış silahlı ermənilər bizi mühasirəyə alıb, 

üstümüzdəki pulları və qızılları aldılar. Talehi isə öldürdüyü ermənilərin qanını almaq üçün güllələdilər. Mən 

gözlərimi yumub, bu dəhşəti görmək istəmirdim. Onlar məni güclə məcbur edirdilər ki, Talehin faciəsinə baxım. 

Ermənilər sağ qalanların hamısını maşına yığıb aparmaq istəyirdilər. Son anda Ağdam tərəfdən kələn kömək 

nəticəsində bir neçə adam qaçıb canını qurtara bildi. Onlardan biri də mən oldum.

  

 



[18-19] 

 


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin