ÖLÜMÜN ASTANASINDA
24 yaşlı Valeh Sahib oğlu Hüseynov 26 gün ermənilərin ölüm kamerasında qalıb. Qohumlarının
əksəriyyətini itirmiş bu gəncə 26 gün içərisində ermənilər vəhşicəsinə divan tutmuşdular. həyat yoldaşını, əmisi
Zəkaranı, ağsaqqal Allahverdini, əmisi oğlanları Talehi, Əkbəri, əmisi qızı Zərifəni, əmisi arvadı Şuranı, əmisi
nəvələri Samiri, Sevinci, Laləni, yaxın qohumlarının çoxunu itirib.
Valehin dediklərindən: Fevralın 25-də təxminən axşam saat 11-də şəhər hər tərəfdən tanklardan, BTR-
lərdən, pulemyotlardan atəşə tutuldu. Şəhər od tutub yanmağa başladı. Döyüş dostlarıma köməyə getmək
istəsəm də, gec idi. Tanklar şəhərə doluşub, qarşısına çıxanı əzib-tapdalayırdı.
Min nəfərə qədər adam çayı keçib meşəyə çıxdıq. Meşə ilə Ağdamın Şelli yolunda mühasirəyə düşdük.
Ermənilər bizi gülləyə tutmağa başladılar. Yüzlərlə adam öldü. Əlli nəfərə qədərimiz meşəyə qaçsaq da,
mühasirəyə düşdük. həyat yoldaşım Sədaqəti və bir çox başqalarını ermənilər qətlə yetirdi.
Fevralın 26-da məni 14 nəfər əsirlə birlikdə gətirib, Əsgəranda başqa əsirlərə qoşdular. 200-ə qədər
Xocalı əsiri elə kökə salınmışdı ki, baxanda çoxunu tanıya bilmədim. hamını lüt soyundurmuşdular. Burda məni
də möhkəm döydülər. Dişlərimi vurub saldılar. Dodaqlarım şişib, dilim parçalanmışdı. Ağzımda, burnumda,
qulaqlarımda qan laxtalandığından nə danışa bilir, nə də eşidirdim. Gözümün qabağında Xocalı
müdafiəçilərindən olan Hüseyn Əzizovu güllələdilər. Bir neçə saatdan sonra əsirlərdən cavanları ayırdılar,
ölümə məhkum olduğumuzu bildirib, bizi ayrıca kameraya saldılar. Bir nəfər erməni azərbaycanlılar tərəfdən bir
qohumunun öldürüldüyünü bildirib, üç nəfəri götürüb apardı. Səhəri gün məlum oldu ki, onları min əzabla
öldürüblər.
Orda bizim əvvəllər nə işlə məşğul olmağımızı ermənilər bilirdilər. Bizi Xocalı sovxozunun anbardarı
Arif satmışdı. Çox çəkmədən Arifi azad etdilər.
Mənim gitara çalmağımı, pulemyotum olduğunu, Elxanın «Alazan» atmasını ermənilərə satmışdılar.
[19-20]
11
Haşiyə: Elxan Nəsib oğlu Səfiyev qorxmaz, cəsur bir igid idi. Demək olar ki, radionu, maqnitofonu,
televizoru, maşını, ümumiyyətlə, bütün texnikanı beş barmağı kimi bilirdi. Bir dəfə dörd erməni Daşbulaq kəndi
tərəfdən Qaladərəsi qəsəbəsini atəşə tutanda Elxan ov tüfəngi ilə onların qarşısına yerimiş, ermənilərdən birini
öldürmüş, birini ölümcül yaralamışdı.
1988-ci ildə Xocalının dərdini Moskvaya bəyan etməyə o da getmişdi. Ümumiyyətlə, ölümdən
qorxmurdu, ölümə hazır idi.
Ermənilərdən biri:
— Gitara çalan, düzünü de, sən pulemyotçusan?—deyə soruşdu.
Mən dinmədikdə əlindəki dəyənəklə başıma elə bir zərbə vurdu ki, peçin üstünə yıxıldım. Peçin boruları
dağıldı. Bədənimin bir tərəfi pörşələndi. Quduzlar buna əhəmiyyət verməyib, peçi düzəltməyi mənə əmr etdilər.
Borular isti olduğundan əynimdəki yeganə köynəyimi çıxarıb, əlimdə tutmaq istədim. İmkan verməyib dedilər
ki, əllərinlə düzəlt. Əllərimin yağı axa-axa peçi düzəltdim. Bununla da ürəkləri soyumadı. Bir erməni əllərimi
peçə basıb yandırdı. Elxan haqda sorğularına cavab vermədikdə dəmirlə, təpiklə məni huşum itənəcən döydülər.
Elə Elxanı da mən günə salmışdılar. Handan-hana ayılanda Elxan pıçıldadı: «Bizi satıblar. Sabah məni
öldürəcəklər. Sağ qalsan, məni unutma». Səhəri gün Səlimi, Rasimi, Vidadini aparıb öldürdülər. Ölümə
məhkum olanların sıraları seyrəlirdi. Mənimlə Elxanın növbəsinə az qalırdı.
Gərək ki, martın 5-i idi. Günortaya yaxın ermənilər kameramıza gəldilər. Bizi ələ salmağa başladılar.
Elxanın gözləri qəzəbdən yanırdı. Bu quldurlardan birinin nəzərlərindən yayınmadı və qəflətən əlindəki bıçağı
Elxanın sinəsinə sancdı. Qan ətrafa fışqırdı. Elxansa heç nə olmamış kimi durub baxırdı. Sinəsinə sıxılmış
barmaqlarının arasından qan süzülürdü. Ermənilər çıxıb getdilər. Bir az keçmiş Elxanı və üç nəfəri öldürmək
üçün gəlib apardılar. Beş nəfər qaldıq. Bir erməni mənə dedi:
— İstəsən, sağ qala bilərsən. 100 min manat tapıb versəniz, səni buraxdıraram. Buraxılan əsirlərdən
qohumlarına xəbər elə.
[20-21]
Cavanların hamısını öldürmüşdülər. Məhəmməd kişi və Ələmdar qalmışdı: Məhəmməd kişini də döyüb
öldürdülər. Ələmdar kişi isə ölümcül halda dəyişdirildi.
Onlar susuzluqdan ölürdü. Mən razı olurdum ki, məni döysünlər, ancaq onlara su verməyimə icazə
versinlər. Beş dəqiqə məni döyəndən sonra su gətirib verməyimə icazə verirdilər. Suyu tam içməyə
qoymurdular. Vedrəni vurub əlimdən salır, yenidən döyürdülər. Ağdamlı Allahverdi və Zahid olmasaydı, indi
çoxdan məni də öldürmüşdülər. Ömrüm boyu onlara və işlədiyim Xocalı bankının işçilərinə minnətdaram.
|