Zeynalov Tofiq Zeynal oğlunun dedikləri:--«Niva» Xocalıdan keçəndən sonra Aqil dilxorçuluqdan
bilmirdi nə etsin. Fevralın 23-də gecə mən və beş nəfər bakılı qaz idarəsinə hücum etmək qərarına gəldik. Aqil,
İlqar, Cabbar, Cəbrayıl, İlham və mən Həsənabaddakı qaz idarəsini mühasirəyə aldıq. Orda çoxlu erməni
«boyeviki» qalırdı. Əvvəl biz atəş açdıq. Ermənilər çölə çıxdıqca atırdıq. Gözətçi erməninin meyidi qüllədən
asılı qaldı. Orda 12 erməni qulduru öldürdük. Aqil, Cabbar, İlqar bu döyüşdə yaralandılar. İlqar lap ağır idi.
Onun 19 yaşı vardı.
[16-17]
Söz vermişdik ki, bir-birimizin toyunda iştirak edəcəyik. Gətirəndə yolda gülə-gülə «deyəsən, toyumuzu
görmədik»,—deyib keçindi. Onun meyidini Bakıya aparmaq üçün üç gün vertolyot gözlədik. Üç aya gəlməyən
vertolyot üç günə də gəlmədi. Onu Xocalı qəbiristanlığında dəfn edib, ehsan verdik.
İlqar dəfn olunan günün axşamı erməni və rus birləşmələri Xocalıya hücum etdi. Salamat qalan bakılılar
döyüşə-döyüşə camaatı azad etmək istəyirdilər. Aqil və Cabbar yaralı idi. Xocalılardan Əliyar, Zakir, Camal və
başqaları Aqili xərəkdə Ağdama doğru gətirirdilər. Naxçıvanikdə Aqil təzədən xərəkdə yaralandı. O yalvarırdı
ki, məni qoyub gedin. Ancaq Aqil kimi oğlanı heç kəs qoyub getmək istəmirdi. Dolu kimi yağan güllə altında
Aqil də, Aqili gətirənlərdən də həlak olanlar oldu.
Ermənilər həlak olanların cəsədlərini elə günə salmışdılar ki, onlar tanınmaz olmuşdular. Birinin başını
kəsib götürmüşdülər. Jurnalist Nadejda İsmayılova Ağdam məscidində başı kəsilmiş meyidi görəndə huşunu
itirib yerə yıxıldı. həkimlər onu zorla ayılda bildilər. Bu meyid Hafizin meyidi idi. Elçinlərdən isə birinin
ürəyini çıxarmışdılar. Azad, Azər, Məlikağa, Elşən, balaca İsmayıl, Fariz bəri tərəfdə olduqlarından dostlarının
köməyinə çata bilməmişdilər. Orda olan on altı nəfərdən on ikisi həlak oldu. Bakılılardan Vidadi, Cabbar, uzun
İsmayıl, Nizami Xocalı döyüşündən salamat qurtardı. İndi o igidlərdən sağ qalanlar yenə də döyüşür. Xocalının
və şəhid dostlarının qisasını düşməndən alırlar.
|